Piroqlar → Tez hazırlanan piroq
Dadlı piroqun daha bir resepti
Ərzaqlar:
Xəmir üçün:
3 ədəd yumurta
1 stəkan un
1/3 stəkan nişasta
0,5 stəkan xama və yaxud qatıq
0,5 stəkan mayonez
0,5 ç.q. soda
1 ç.q. duz
Iç üçün:
4-5 ədəd bişmiş yumurta
Soğan
Duz
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün: yumurtaların üzərinə mayonez, xama, duz və soda əlavə edib, yaxşıca qarışdırın. Sonra üzərinə ələkdən keçirilmiş un, nişasta əlavə edib, yenidən xəmiri qarışdırın. Xəmir xama kimi olmalıdır.
İç hazırlamaq üçün: soğanı xırda-xırda doğrayıb, yağda qızardın. Bişmiş yumurtaları sürtkəcin xırda gözündən keçirib, üzərinə yağda qızardılmış soğanı əlavə edin. Duz səpməyi unutmayın.
Xəmirin yarı hissəsini xüsusi forma qabına yerləşdirib, üzərinə hazırladığınız içi tökün. Sonra xəmirin qalan hissəsini yenidən üzərinə töküb, 180 dərəcə qızdırılmış sobada 25 dəqiqə Ardı »