Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salat tarifleriBakının işıqları

Tərkibi:

Qızıl balıq - 200 q
Kartof - 3 ədəd
Un - 50 q
Yumurta - 1 ədəd
Qoz ləpəsi - 100 q
Göy soğan - 50 q
Nar dənələri - 100 q
Duru yağ - 100 q
Mayonez
Duz

Hazırlanması:

1. Kartof soyulur, sürtgəcdən keçirilir və duzlanır.

2. Qızıl balıq döyülür və duzlanır.

3. Kartof qaşıqla hamarlanıb tavada qızardılır.

4. Yumurta çalınır, qoz ləpəsi xırdalanır.

5. Balıq əvvəl una, sonra yumurtaya, daha snra isə xırdalanmış qoz ləpəsinə batırıb qızardılır.

6. Ərzaqlar mayonez çəkilmiş boşqabda lay-lay bu şəkildə düzülür:qıardılmış kartof kütləsi, mayonez, qıardılmış balıq, mayonez, xırda doğanılmış, göy soğan, yenə qızardılmış kartof kütləsi, mayonez, qızardılmış balıq, mayonez və nar dənələri.

Nuş Olsun! Ardı »

Salat tarifleriÜzümlü Kələm Salatı

MATERİAL SİYAHISI:

1 parça ağ kələm
1 yaşıl alma
1 çay stəkanı quru üzüm
1 kasa qatıq
3 xörək qaşığı mayonez
1 dəstə cəfəri
Zeytun yağı

İÇİ:

Kələmi nazik nazik doğrayırıq. Rəndənin çips şəklində kəsmə qismi varsa, o şəkildə də rəndələmək. Böyük bir kasaya yoğurdu və mayonezi qoyub çırpma teliylə qarışdırırıq. İçinə doğranmış kələmi qoyuruq. Alma rəndələyirik və qarışığa əlavə edirik. Kişmişi də əlavə edirik. Cəfəri doğrayıb qoyuruq və qarışdırırıq. Boşqaba salatı qüllə şəklində qoyuruq. Üzərini cəfəri yarpaqları bəzəyərək xidmət edirik. Ardı »

Salat tarifleriRəngarəng kələm salatı

Bildiyiniz kimi, kələm sağlamlıq üçün çox faydalıdır. Yeməklərdə istifadə etməklə yanaşı bu tərəvəzdən tez-tez salat da hazırlamaq lazımdır. Çünki tərəvəzlər bişirilərkən qida dəyərlərini itirirlər.
Sizin üçün ən dadlı kələm salatının reseptini əldə etmişik:

Tərkibi:
150 qram ağ kələm
150 qram qırmızı kələm
2 ədəd kök
3 ədəd göy soğan
2 qaşıq mayonez
yarım qaşıq xardal
1 yemək qaşığı alma sirkəsi
duz, istiot,

Hazırlanması:
Kələmləri yaxşıca yuyun. Suyu süzüldükdən sonra uzun, amma ensiz şəkildə doğrayın. Kökləri rəndədən keçirin. Daha sonra göy soğanı xırda-xırda doğrayın. Böyük bir qabda hamısını qarışdırın. Mayonezi, sirkəni, xardalı duz və istiotu əlavə edin. Bu qarışımı salata əlavə edib yaxşıca qarışdırın. Salatınız hazırdır.

Nuş olsun! Ardı »

Salat tarifleriQatıqlı kök salatı resepti

Tərkibi:
4-5 ədəd böyük kök
1 yemək qaşığı zeytunyağı
Qatıq
Sarımsaq
Duz
Qoz

Hazırlanması:
Kökləri rəndələyin və üzərinə zeytunyağı əlavə, suyunu çəkənə qədər qovurun. Ocağın altını bağlayın və soyumasını gözləyin.
Göz qərarı qatıq ilə, sarımsaqlı qatıq edin.
Sarımsaqlı qatığın içinə soyuyan kök rəndəsini əlavə edin.
Xidmət qabına aldığınız salatın üzərinə qoz səpərək servis edə bilərsiniz.

Əgər isdəsəniz sarımsaqsızda edə bilərsiniz qatıqı mayanezlədə əvəz edə bilərsiniz.

Nuş-olsun! Ardı »

Salat tarifleriQuş yuvası salatı

İstifadə olunan məmulatlar:
Kartof - 3-4 ədəd.
Baş soğan – 2 ədəd.
Kök – 4 ədəd.
Yumurta – 5-6 ədəd.
Toyuq əti – 150 – 200 qr
Mayonez – 150 qr
Şüyud – yarım dəstə
Sarımsaq –iki diş
Salatın hazırlanması:
Kartofu və kökü nazik –nazik uzununa doğrayin.Soğanı isə halqa şəklində doğrayın.
Az yağda tərəvəzləri növbə ilə qızardın və sonra salfetin üzərinə düzun ki, yağı çəkilsin.Toyuq ətini bişirib ( həm qaynada həm də qizarda bilərsiniz) lifləri istiqamətində didin.Yumurtanı sarisından ayırın.
Yumurtanın ağini uzununa doğrayıb qızardılmış tərəvəzlər, mayonez və toyuq əti ilə birlikdə qarışdırın.Üzərinə xirda doğranmış sarımsaq və ya xardal əlavə edə bilərsiniz.
Alınmış kütləni boşqabda yerləşdirin , orta hissəsini dərinləşdirib quş yuvası formasına Ardı »

Salat tarifleriAğ Kələm Salatı

MATERİAL SİYAHISI:

1 ağ kələm
1 dəstə cəfəri
5 xörək qaşığı mayonez
1 kasa qatıq
1 yerkökü
Zeytun yağı
Duz

İÇİ:

Kələmi nazik nazik doğrayırıq. Kökləri soyuruq və rəndələyirik. Cəfəri də incə nazik doğrayırıq. Qarışdırma qabına kələmi, yerkökünü və cəfərini qoyuruq. Zeytun yağını tökürük. Duzunu atıb qarışdırırıq. Ayrı bir qabda qatığı və mayonezi qarışdırırıq. Salatının üzərinə tökürük və qarışdıraraq xidmət edirik. Ardı »

Salat tarifleri"Nərgiz" salatı

İstifadə olunan məmulatlar:
• 200 qr bişmiş toyuq,
• 2 ədəd soğan,
• 4 ədəd bərk bişirilmiş yumurta,
• 300 qr qızardılmış göbələk,
• 100 qr pendir,
• 2 ədəd qabığı soyulmamış bişirilmiş kartof,
• 2 ədəd bişmiş kök,
• mayonez,
• xama,
• göyərti,
• zövqə görə duz.


Hazırlanması
Soğanı kubik şəklində doğrayın və yarısını qaynar suda pörtün və 15 dəqiqəliyə kənaraqoyun.Soğanın qalan hissəsini isə doğranmış göbələk ilə qızardın.
Toyuq ətini kiçik hissələrə doğrayın.
Düz boşqaba salati lay – lay düzün:
- sürtgəcdən keçirilmiş kartof və pörtülmüş soğanın 1/2 hissəsı,
- mayonez,
- toyuq əti və pörtülmüş soğanın 1/2 hissəsi(qalan hissəsi),
- xama, Ardı »

Salat tarifleriBolqar Bibərli Toyuq Salatı

Bolqar Bibərli Toyuq Salatı


Ərzaqlar

450 qram dərisiz və sümüksüz toyuğun döş əti

1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)

1 ədəd qabığı soyulmuş xiyar (əgər təzə xiyarınız yoxdursa, onu turşu xiyarla əvəz edə bilərsiniz)

2 ədəd suda bişmiş və qabığı soyulmuş yerkökü

1 ədəd yaşıl Bolqar bibəri

1 ədəd qırmızı Bolqar bibəri

1 ədəd sarı və ya narıncı Bolqar bibəri

Zövqə görə xırda doğranmış şüyüt

Zövqə görə duz

Zövqə görə istiot

4 xörək qaşığı mayonez və yaxud 2 xörək qaşığı mayonez və 2 xörək qaşığı xama (zövqə görə bu miqdarı artırmaq da olar)


Hazırlanması

1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın Ardı »