Salat tarifleri → Göbələkli Yay Sala
Deyirəm, yay qurtarmamış, sizə ləziz yay salatı reseptini yazım. Bu resepti mənə bibimoğlunun yoldaşı Səidə vermişdi. Olduqca yüngül və ləzzətli salatdır. Orijinal reseptdə turşu xiyar var, amma mən həm təzə, həm turşu xiyar əlavə etdim. Yaxşı alındı. Sizə də nuş olsun! Səidə, reseptə görə çox sağ ol.
GÖBƏLƏKLİ YAY SALATI
1 banka (təxminən 450 q və ya 3 stəkan) turşuya qoyulmuş göbələk (xırda, yumrulardan, adı şampinyondur)
1 ədəd orta boy yerkökü
1 ədəd kiçik qırmızı Bolqar bibəri
1 ədəd kiçik sarı və ya portağal rəngi Bolqar bibəri
1 ədəd kiçik yaşıl Bolqar bibəri
1 ədəd orta boy turşu-xiyar
1 ədəd orta boy təzə xiyar
zövqə görə şüyüd
1 ədəd orta Ardı »