Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller → "Var"

Hər səri-müydə min aşiqi-nalanın var,
Məgər, ey şux ki, bir cismdə min canın var?

Leyliyə Qeys olur aşiq, sənə min-min Leyli,
Axtarırsan yenə bir aşiq, əcəb qanın var!

Xahişin tərki-dilü can idi, mən həm etdim,
Söylə, ey yar, görüm şimdi nə fərmanın var?

Eyd-əzhadə qoyun kəsmə, boyun qurbanı,
Aşiqi-zar kimi kəsməyə qurbanın var.

Suzi-binaleyi pərvanəni gör, ey bülbül,
Səhni-gülzarda ancaq sənin əfğanın var.

Həm mərəz çarəsini eyləmək asandı, təbib,
Mərəzi-eşqə nə tədbir, nə dərmanın var?

Sabira, qərq edər axır səni bu seyli-bəla,
Olma qafil belə kim, dideyi-giryanın var. Ardı »

Qezeller → "Bu cövri-yardən cigəri qan olan könül"

Bu cövri-yardən cigəri qan olan könül !
Mətlubə yetməyib belə giryan olan könül !

Bu qəm günündə bircə mədədkarı olmayan,
Zərdü zəif, xəstəvü nalan olan könül !

Mən çox dedim, eşitmədin əsla nəsihətim,
Ey eşq əlində valehü heyran olan könül !

Gördün səni nə günlərə saldı bəlayi-eşq,
Divanəvar gündə hərasan olan könül.

Müşküldür indi qurtarasan eşqi-yardən,
Xaki kimi cigərləri büryan olan könül ! Ardı »

Qezeller → Dolanır

Bir deyirman daşı tek dövreme dövran dolanır
Görüban her yanı qelbimde min üsyan dolanır.

Bu yeni esrimizin gör ne gözel cilvesi var
Nigar ismetli xanımlar daha üryan dolanır.

Var eger pul,para ,dövlet, ne keder var,nede qem
O pulun qudreti çoxdur ona "orqan"dolanır.

Daha ailmlere,aqillere yox kürsü ,mekan
Kürsü üstünde,mekan içrese nadan dolanır.

Menevi saflığımız maddeye qurban kesilir
Bir neçe "qelpe-quruş" oldusa iman dolanır.

Bir de pak,sevgi,mehebbet adını çekme gülüm
Bir tebessum göreli sevgli-canan dolanır.

Bir heqiqet var onu Aqila derk etmede ol
Bu cahan mülkünü viran eden insan dolanır.
2005 Ardı »

Qezeller → GÖZLƏRİNƏ

İcazə ver , baxım ey gül , o qarə gözlərinə ,
Vurulmuşam , nə edim , aşikarə gözlərinə .

Qəm etmərəm , məni yüz dəfə gündə öldürəsən ,
Baxanda bir də dirilləm , dübarə gözlərinə .

Camalın açma , gülüm , qorxuram görüb üzünü ,
Gün olsun hüsnünə aşiq , sitarə gözlərinə .

Olaydı qismət öpəydim o nazik əllərini ,
Ürəkdən eyləmişəm ixtisarə gözlərinə .

Kəməndi - ah ilə səyyadlar dalınca düşər ,
Bu naz ilə əgər etsən işarə gözlərinə .

Gözüm götürməyir əğyarlar baxanda sənə ,
Bir ayrı gözlə edirlər nəzarə gözlərinə .

Şikəstə Vahidə olmaz təbiblərdən əlac ,
Qalıbdır Ardı »

Qezeller → "Biz əzəldən ta əbəd meydanə gəlmişlərdənüz"

Biz əzəldən ta əbəd meydanə gəlmişlərdənüz,
Şahi-mərdan eşqinə mərdanə gəlmişlərdənüz.

Yazmağa həqdən kəlamüllahi-natiq şərhini
Kim, bəyani-elm ilən Qur’anə gəlmişlərdənüz.

Kainati surəti-rəhmanə təfsir etməgə
Ruhi-qüdsi surəti rəhmanə gəlmişlərdənüz.

Bir müənbər türrənin küfrinə “amənna” deyib,
Həqqə təslim оlmuşuz, imanə gəlmişlərdənüz.

Saqiyi-baqi əlindən məst оlub içməkdəyüz,
Nərgisi-məstin kimi məstanə gəlmişlərdənüz.

Ğeybi-mütləqdən təmaşayi-rüxi-ziba içün
Bu şəhadət mülkinə seyranə gəlmişlərdənüz.

Ey Xətayi, eydi-əkbərdir cəmali dilbərin,
Biz bu eydi-əkbərə qurbanə gəlmişlərdənüz.
Şah İsmayıl Xətai Ardı »

Qezeller → "Nəcə mümkündü, ey vaiz, müsəlmanda..."

Nəcə mümkündü, ey vaiz, müsəlmanda nizam olsun,
Həmi əhli-kəlam olsun, həmi əhli-səlam olsun?!

Necə insafdır şeytan gəlib görsün bizim əhli,
Atıb şənü cəlalını, müsəlmanə qulam olsun?

Əgər hacı yola gəlsə, əgər vaiz desə doğru,
Vəli, lazım tutar onda gərək dünya tamam olsun.

Bular hər bir müsəlmanı edər qarət ələ düşsə,
Belə felü belə tinət görüm, yarəb, həram olsun.

Məni yar eyləmə, ya rəb, qiyamətdə bular ilə,
Mənə qismət cəhim olsun, ona cənnət məqam olsun,

Mənə, vaiz, qəmiş qoyma, yeri, rişə həna bağla,
Mənə meyxanə yer olsun, sənə mənzil hamam olsun,

Cəfər, ləğvin təvil etmə, gecə keçdi, tamam oldu,
Gecə yoxdur bu Ardı »

Qezeller → "Məhrəmdi həmdəmin qəmi, çək məhrəmin qəmin"

Məhrəmdi həmdəmin qəmi, çək məhrəmin qəmin
Mərhəmdi qəlbə çəksən əgər həmdəmin qəmin!

Qəm aləmində fanidir aləm qəmin çəkən,
Min şükr, yar verdi mənə aləmin qəmin!

Fərq etməz aşiqə, üzünü gördü-görmədi,
Fikrin elə həmindi, qəmin də həmin qəmin!

Yох dərd, çünki dərd qədər mərhəm etmisən,
Birdir qədrdə aşiq üçün mərhəmin, qəmin.

Min qəm əgərçi salmısan üşşaq könlünə,
Həm tab vermisən ki, dözə, çəksə min qəmin.

Qəm mübtəlasıyam, qəmi məndən əsirgəmə,
Mən binəvanı qоyma çəkəm həm qəmin qəmin.

Qəm yох Əvəzdən ayrı, yохam qəmsiz həm də mən,
Ya Rəbb, qоvuşdur həmdəminə həmdəmin qəmin! Ardı »

Qezeller → GƏLDİ

Qəm çəkmə könül, məclisi cana yenə gəldi,
Bu qalibi-biruhə verən can yenə gəldi.

Bir neçə gün olmuşdu günüm tirə qəmindən,
Şad etdi məni ol məhi-taban yenə gəldi.

Ahəstə yağıb başına öz ləşkəri-zülfün,
Könlüm evini etməyə viran yenə gəldi.

Sal boynuma,canana dedim,həlqəyi zülfün,
Güldü,dedi,divanəyə-dövran yenə gəldi.

Fərhada deyin,eyləməsin dafidə fərhad,
Bu məclisi ol xosrovi-xuban yenə gəldi.

Qan ağlama,bülbül,dəxi gülzar həvəsində.
Əyyami-xəzan keçdi,gülüstan yenə gəldi.

Vahid,bilir aləm məni,ol zülfə əsirəm,
Sən çox demə məcnunu-biyaban yenə gəldi. Ardı »