Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller → " Bu payız bir qədər erkən tökülüb yarpaqlar " qəzəli

Rəməli-müsəmməni-məxbüni-məhzuf
fə'ilAtün fə'ilAtün fə'ilAtün fə'ilün


Bu payız bir qədər erkən tökülüb yarpaqlar,
Saxlaya bilmədi yarpaqları tük saplaqlar.

Bu ağaclar nə köməksiz görünür, yarəbbi,
Bir soyuq xəzri didib gövdələrin cırmaqlar.

Ulu bir adəti xatırladığındandır ki,
Örtər öz eybini yarpaqla kasıb torpaqlar.

Bu payız əlcəyə əllər də bir az tez girdi,
İslanır bir qədər erkən bu payız başmaqlar.

Üşüdüb titrədib öskürdü buludlar tez-tez,
Çiləyib göz yaşı hönkürdü bizim çardağlar.

Dustaq ömrün yaşayır arzu, diləklər bu payız,
Xoş xəbər almadı könlümdə yatan dustaqlar.

Bu payız heç məni açmır nəsə, Yasin, vallah,
Nəsə çox tez saralır, tez tökülür yarpaqlar. Ardı »

Qezeller → "Dili - məhzunimi naşad edən məsrur edər bir gün"

Dili - məhzunimi naşad edən məsrur edər bir gün,
Bu matəmxanəni nəzhətsərayi-sur edər bir gün.

Binayi-səbrimi cövr ilə viran eyləyən memar,
Ümidim var ki, dəsti-lütf ilə məmur edər bir gün.

Həmən səbr etmək istər səngi-barani qəmə, yoxsa
Səbuyi-xatiri məksur edən, məcbur edər bir gün.

Cavanım, saqiyi-dövranə sən də etimad etmə,
Nə külli məsti-naz olsun səni məxmur edər bir gün.

Siyəh-ruzəm dedi Əsəd, şikayət etmə gərdundən,
Şəbüstani-qəmi, rövşənsərayi-nur edər bir gün.
Məşədi Əsəd Ardı »

Qezeller → "Öpsün"

Zülfün, gözəlim, darə, yanaqlarını öpsün,
Əsdikcə külək, qönçə dodaqlarını öpsün.

Bir sərv sayağı uzanıb göyləri seyr et,
Göylər səpələnmiş o budaqlarını öpsün,

Dəryada balıq tək burulub sahilə çırpın,
Daşlar, qayalar pullu daraqlarını öpsün.

Bir dəst kitab ol, səni sevsin bəni-adəm,
Barmaq dilin hökmüylə varaqlarını öpsün.

Qandalda yatan zülfünü əfv eylə, ey afət,
Təzim eləyib, incə ayaqlarını öpsün.

Çərşaba bürün, ruyini gizlət, gözə gəlmə,
Cüt əllərin ol lalə yanaqlarını öpsün.

Şəffaf su kimi qayna ki, daşlar arasından,
Ensin bu Səxavət də budaqlarını öpsün. Ardı »

Qezeller → " Həvəsiylə " qəzəli

Ey dil, nə gəzirsən yenə Leyla həvəsiylə,
Gülzardə bir tər güli-rəna həvəsiylə.

Mənasız olan surətə cahil baxar ancaq,
Seyr eylə, çalış surəti məna həvəsiylə.

Eşqiydi çəkən çöllərə Məcnunu o vaxtlar,
Gəzməzdi o boz çölləri səhra həvəsiylə.

Min sirr yatır hər açılan qönçədə, ey dost,
Seyr etmə onu təkcə təmaşa həvəsiylə.

Dünya malına səy elə göz dikmə, fənadır,
Arif olan ömr eyləyər üqba həvəsiylə.

Bir söz de ki, Yasin, deyələr-“sən sözə bir bax”,
Söz söyləmə, qurban sənə, misra həvəsiylə. Ardı »

Qezeller → "Heyrətdə qоyub yarim göydə Günəşi, Ayi"

Heyrətdə qоyub yarim göydə Günəşi, Ayi
Çıхsın - əgər aləmdə var isə оnun tayi!

Köksümdəki bu охlar оl qaşı kamandandır,
Ох, охх! Belə sərt охlar çəkməz fələyin yayi!

Qоpmuş cigərim daği, qan seyli gələr gözdən
Qоymaz qurusun bir dəm dağlar bu qоşa çayi.

Vay, vay ki ah-vayim var bunca, inanmazlar,
Al canimi, görsünlər оlmuş Əvəzin vayi! Ardı »

Qezeller → Qezel (sozleri Babayev Sexavete Mexsusdu.

Yar awiq idi mense divaneydim o vaxtlar
Onsuz heyata sanki biganeydim ebesmiw.
Soyle hani o biz qowa gezdiyimiz o baglar...
Birce demeki solubdu
baglar kulek esmiw..

Tenhalig odundan aliwib wem kimi yandim..
Sen getdin o gunden demedin awiqim aglar
Sevda yuxusundan deli tek men gec oyandim..
Gordumki qalib tenha o sahilde limanlar..

Taleh meni zindanlara qerq etdi qocaldim..
Feryad edir indi xeyalim yara ne xeyri..
Her kes bilecey men nece bext ile ucaldim..
Fikr ile xeyalla yawayirdim nedi xeyri..

Her wey belece bitdi gozel yar sonudur bu..
Biz bir nagil idik yazilib dillere duwduk..
Bilmezdim axi getdiyim hicran yoludur bu..
Menasiz olub bir fesil idik tez otuwduk..

Her gun kececek bow bowuna gozlerim onde..
Cunki bir elametde Ardı »

Qezeller → "Söylədim açma şikən nafeyi-Çini-xütənimdən"

Söylədim açma şikən nafeyi-Çini-xütənimdən
Saçılır müşki-Xəta türreyi-ənbərşikənimdən.

Dəşt ahulərinə zülf kəməndin atam hərgah,
Damə raqib olu bu nərkisi-cadu zəğənimdən.

Nazü qəmzəm oxu çox tizidi, xunrizidi, leyk
Etməz üşşaq həzər navəki-Rüstəm fikənimdən.

Nə təəccübdür edə bərq əgər zayili-zülmət,
Tirə şəb rövşən olur, xəndeyi-dürri-ədənimdən.

Sərv azad isə yerdən mütəhərrik ola müşkil,
Əxz rəftar edə lazım bu xuraman bədənimdən.

Mənəm ol şaxəyi-simin ki, olur bəhrəvər aşiq,
Nari-püstan, ləbi-fındıqvəşü sibi-zəqənimdən.

Həsrətimdən gecənin hicridə üşşaqə nəsim ər,
Yetirə, zində edər, nekhəti-bərgi-səmənimdən.

Şövqi-ləlin eləyib Raqini gər badəyə mail,
Yoxsa sərxoş tapamaz ta ala kamın dəhənimdən. Ardı »

Qezeller → "Olmuşuq"

Güşeyi-meyxanədə mey nuş edib pak olmuşuq.
Saqidən dərs almışıq biz, əhli-idrak olmuşuq.

Kuyi-canan torpağı candan da məhrəmdir bizə,
Adəm olmazdan əzəl çün bir ovuc xak olmuşuq.

Ey bizə tə’n eyləyən, bihudə əfğan etmirik,
Ayrılıq möhnətlərindən sinəsi çak olmuşuq.

Soldurub badi-xəzanı dəhri-birəhmin bizi,
Bir zaman tər qönçələrdik, indi xaşak olmuşuq.

Rəhməti Həqqin bizi məğrur edib Cəmşid tək,
Ol səbəbdəndir əsiri-zülmi – Zöhhak olmuşuq.

Eşq odunda yanmağı pərvanə bizdən öyrənib,
Atəşə Ənvər kimi yanmaqda bibak olmuşuq. Ardı »