Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller"Sığmazam"

Mende sığar iki cahan, men bu cahana sığmazam,
Gövher-i lamekan menem, kövnü mekane sığmazam.
Arşla ferşü nun mende bulundu cümle çün
Kes sesini ve ebsem ol, şerhi beyane sığmazam.
Kövnü mekandır ayetim, zati dürür bidayetim,
Sen bu nişanla bil meni, bil ki, nişane sığmazam.
Kimse güman-ü zan ile olmadı hak ile biliş,
Hakkı bilen bilir ki, men zann-u gümane sığmazam.
Surete bak menini suret içinde tanı kim,
Cism ile can menem, veli cism ile cane sığmazam.
Hem sedefem, hem inciyem, haşru sırat esenciyem,
Bunca kumaş-ü raht ile men bu dükane Ardı »

Qezeller"Mənim"

Sənsiz,ey canan,qırılmışdır pərü balım mənim,
Yox səri-kuyinə yetməkçin daha halım mənim.

Dəmbədəm qan uddurur hicran məni-biçarəyə,
Kim görə zənn eyləyər dostumdur o zalım mənim.

Tapmayıb bir əhli-dil,gülzara açdım dərdimi,
Bülbülə tə”sir edib ağlatdı əhvalım mənim.

Dəydi əğyarın gözü,ey dil,məhəbbət bağıma,
Qarə yel əsdi,töküldü dəymişim-kalım mənim.

Eşqdən qeyri könül mülkündə varım yox,bilin
Göz açandan aləmə eşq olmuş amalım mənim.

Bu acı hicran əlindən cana doydum öylə ki,
Zəhrimara döndü ağzımda şirin balım mənim.

Çarəsi hər dərdin,ey Elnarə,ancaq səbrdir,
Gül açar səbr eyləsəm hicrana iqbalım mənim. Ardı »

Qezeller" Çixacaq " qəzəli

Ey könül, hicrdə əflakə fəqanın çixacaq,
Səbr qıl, qılmasan əlbəttə ki, canın çıxacaq.

Ey rəqib, gəl bu qədər söyləmə dildarə yalan,
Bir elə keçməz əminəm ki, yalanın çıxacaq.

Hər nə iş görsən əgər bir düşün əvvəl, çünki,
Qarşına etdiyin hər yaxşı-yamanın çıxacaq.

Etmə peykanlarını qurban olum, kəm məndən,
Ürəyindən, nə qədər varsa tikanın, çıxacaq.

Bu fəqir aşiqinə eylə əlindən nə gəlir,
Bütün aləmdə, inan, namü nişanın çixacaq.

Yasinə rəhm elə, yə'ni elə nə zülmün var,
Bunca zənn etmə ki, axirdə ziyanın çıxacaq. Ardı »

Qezeller"Xəbərsizəm"

Bir laləüzlü qönçədəhəndən хəbərsizəm,
Bir zar bülbüləm ki, çəməndən хəbərsizəm!

Yad eldəyəm, salıb yada tutmazlar adımı,
Tutmaz vətən хəbər ki, vətəndən хəbərsizəm.

Hər an gedər хəyal, sоrağın gələn yerə,
Ətrafdə gedənlə gələndən хəbərsizəm!

Öz halimi bu hal ilə yaddan çıхarmışam,
Sоrmazmısan bu halimi-səndən хəbərsizəm?!

Yохdur, Əvəz, о qönçədəhəndən хəbər verən,
Həm sоrma bu sоrağı ki məndən, хəbərsizəm... Ardı »

Qezeller"Həvəsində"

Divanə könül olmadı dünya həvəsində,
Məcnun kimi çox gəzmədi səhra həvəsində.

Bir yar fərağında yanıb odlara dözdü,
Baş girləmədi hər güli-rəna həvəsində.

Misra toxudu təbi-rəvan ilə dəmadəm
Avarə edib hər sözü məna həvəsində.

Bir damlanı seyr eylədi ümman nəzəriylə
Şükranə qalıb olmadı dərya həvəsində.

Həsrət meyi nuş eylədi hicran qədəhindən,
Leş düşmədi meyxanəyə səhba həvəsində.

Zövq aldı gözəl gördüyü hər nəsnədən, amma,
Çox qoymadı öz nəfsini xülya həvəsində.

Arif kimi ömr eyləmə, qafil, götür ibrət,
Sərf etmə günü hər büti-ziba həvəsində. Ardı »

Qezeller"Var"

Hər səri-müydə min aşiqi-nalanın var,
Məgər, ey şux ki, bir cismdə min canın var?

Leyliyə Qeys olur aşiq, sənə min-min Leyli,
Axtarırsan yenə bir aşiq, əcəb qanın var!

Xahişin tərki-dilü can idi, mən həm etdim,
Söylə, ey yar, görüm şimdi nə fərmanın var?

Eyd-əzhadə qoyun kəsmə, boyun qurbanı,
Aşiqi-zar kimi kəsməyə qurbanın var.

Suzi-binaleyi pərvanəni gör, ey bülbül,
Səhni-gülzarda ancaq sənin əfğanın var.

Həm mərəz çarəsini eyləmək asandı, təbib,
Mərəzi-eşqə nə tədbir, nə dərmanın var?

Sabira, qərq edər axır səni bu seyli-bəla,
Olma qafil belə kim, dideyi-giryanın var. Ardı »

Qezeller"Bu cövri-yardən cigəri qan olan könül"

Bu cövri-yardən cigəri qan olan könül !
Mətlubə yetməyib belə giryan olan könül !

Bu qəm günündə bircə mədədkarı olmayan,
Zərdü zəif, xəstəvü nalan olan könül !

Mən çox dedim, eşitmədin əsla nəsihətim,
Ey eşq əlində valehü heyran olan könül !

Gördün səni nə günlərə saldı bəlayi-eşq,
Divanəvar gündə hərasan olan könül.

Müşküldür indi qurtarasan eşqi-yardən,
Xaki kimi cigərləri büryan olan könül ! Ardı »

QezellerQezeller

seni gordukde menim gozlerimin nuru gedir.. Mence tesvir ede bilmez seni ressam gozelim.. Sen cicek olsan eger o bagda bulbul olaram.. Deyerem megme sene etrini duysam gozelim.. Yoxdu qelbinde ama sevgi adlanan bir eser.. De axi neyleyeceksen deli olsam gozelim.. Men senin awiqinem bir divane kimi.. Severem tek seni dunyani dolawsam gozelim.. Niye duwdum axi men gur yanan ewqin oduna.. Bilki sensen sebebi odlara yansam gozelim.. Heyatda tekce meni sevgidi bicare eden.. Bicare qalma mene adini unutsam gozelim.. Yolunu baglamiram get meni bir yollug unut.. Wair olsam qayidarsan sene yazsam gozelim..... SON . Sozleri. B. SEXAVETIN.. Ardı »