Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerHər kəsin əməlinin əvəzi verilər

Deyirlər ki, Harun ər-Rəşidin Bağdaddakı sarayının bağçasında rəngbərəng, növbənöv güllər var imiş. Dünyanın hər nöqtəsindən ən gözəl çiçəklərin toxumunu gətirib bu bağçada əkmişdilər. Amma çiçəklərdən birini xəlifə xüsusi sevirdi.

Həmin gül kolu çiçək açanda qoca bağban onu dərib Haruna gətirir, Harun çiçəyi ta solana kimi gözünün qabağında saxlayır, ətrini qoxlamaqdan doymurdu. Bağbana tapşırıq vermişdi ki, bütün güllər bir yana, bu çiçək kolundan xüsusi muğayat olsun. Çünki bu gül kolu ildə bir dəfə, özü də cəmi bircə çiçək açırdı.

Qoca bağban xəlifənin tapşırığına ciddi-cəhdlə əməl edirdi, çiçəyi istidən-soyuqdan qoruyur, gecə-gündüz qulluğunda dururdu. Amma qorxan gözə çöp batar, deyiblər. Xəlifənin sevimli gül kolunun çiçəkləmə vaxtı Ardı »

Maraqli HekayelerƏvvəlcə özün xoşbəxt ol!

Bir gün qoca və müdrik kişi yol ilə gedirdi. O, təbiətin gözəlliyinə, yazın rəngarəngliyinə tamaşa edirdi. Qəfildən çiynində nəhəng yük aparan kişi gördü. Yükün ağırlığından kişinin dizlərinin qatlandığını, bədəninin əsdiyini sezmək olurdu.

— Niyə sən özünü belə ağır əməyə və əzablara məhkum edirsən?– qoca soruşdu.

— Mən əzab çəkirəm ki, mənim nəvələrim və uşaqlarım xoşbəxt olsunlar — kişi cavab verdi. Mənim ulu babam özünü babama görə, babam isə atama görə, atam isə mənə görə ağır əməyə, əzablara məcbur edib, mən də özümü məcbur edirəm ki, uşaqlarım və nəvələrim xoşbəxt olsunlar.

— Bəs sizin ailədən indiyə kimi xoşbəxt olan olubmu? – müdrik kişi maraqlandı.

— Hələ Ardı »

Maraqli HekayelerHəyatınız seçdiyiniz qadındır

Harun Rəşid döyüşdə əsir aldığı düşmən Generala :
-Həyatını bağışlayaram, amma bir şərtim var, deyir.
Bir sualıma cavab tapmalısan. «Qadınlar həyatda ən çox nə istər?» — budur bilmək istədiyim. Bu sualın cavabını gətir, qurtar kəlləni.- deyir.
General bu çətin sualın cavabını axtarmağa başlayır və dağda yaşayan bir cadugərin bunu bildiyini öyrənir. Günlərlə cadudərin evinə yol gedir və nəhayət onu tapıb bu sualın cavabını soruşur:
-Qadınlar həyatda ən çox nə istər?
Qorxunc cadugər cavab üçün elə bir şərt qoyur ki, General tərəddüd içində qalır...
-Evlən mənimlə!!! O zaman öyrənərsən ancaq istədiyini…
General bu ölümcül təklifi qəbul edir və doğru cavabı alar-almaz qaçır Harun Rəşidə və Ardı »

Maraqli HekayelerOldur Meni..

Məndən başqasını düşündükcə sən,
Acı, Ağrı duydum yenə daxilən.
Nə hicran, nə həsrət istəmirəm mən!
Ya yaşat sevginlə, ya öldür məni
Budamı həyatdır? düşündüm dünən.
Sən məndən qaçırsan, arxancada
mən.
Tutuşub əl-ələ, süründürmədən
Ya yaşat sevginlə, ya öldür məni
Zülümdən, itirdim öz qüvvətimi.
Bir kəs soruşmadi vəziyyətimi.
Cırpma daşdan-daşa məhəbbətimi!
Ya yaşat sevginlə, ya öldür məni
Səndə bu dərd adlı sudan, iç indi.
Gülən gözlərindir, yanan içindi.
Sən Bu iki yoldan, birin seç indi!
Ya yaşat sevginlə, ya öldür məni. Ardı »

Maraqli Hekayeler*Tut Agaci* 1.bolum

Eziz userler bu gun men size "Tut agaci" hekayesini teqdim etmek isteyirem. Bu hekayede xain ermenilerin Azerbaycan xalqina beslediyi nifret, furset dushdukce turkleri qirmaq, qanini ichmek kimi xulyalari, bash veren hadiseler neticesinde onlarin ortaya tokulen ich uzu boyuk meharetle qeleme alinmishdir. Eminem ki, bu hekaye de oxucular terefinden maraqla qarshilanacaq "Uzaqdan gorunen qaralti Kamal kishini narahat etdi.Ureyinde:"İsh otagimin qapisi agzinda dunen hech bir shey yox idi.Eve hamidan axirda men getmishem.Gozetchi de xestelendiyi uchun axsham novbeye gelmeyib.Axi bu ne ola biler?!.." Her ehtimala qarshi eyilib yerden bir chubuq goturdu. otagina chatmaga bir az qalmish gordu ki,bayaqdan kirpi kimi yumulmush qaralti terpendi. Kohne Ardı »

Maraqli HekayelerKərpiclər

— Salam! Siz mənə bir az pul verə bilərsiniz?

— Nəyə görə mən sizə pul verməliyəm? -deyə qadın soruşdu.

— Çünki mənim bir əlim yoxdu.

— Yaxşı. Siz həyətdən mənim evimə kərpic daşısanız, mən sizə pul verəcəyəm.

— Mən bunu necə edərəm? Axı mənim bir əlim yoxdu!

Qadın kişiyə bunu necə edəcəyini nümayiş etdirmək üçün bir əlini belinə qoyur və digər əli ilə kərpici götürür və evə gətirir.

Kişi bütün gün boyu evə kərpic daşıyır və günün sonunda qadın onun pulunu ödəyir.

Uzun illər ötür. Günlərin bir günü qadının qapısı döyülür. Qadın qapını açdıqda bahalı geyimdə bir şəxs görür. Həmin şəxsi bir neçə xidmətçi va avtomobillər müşayiət Ardı »

Maraqli HekayelerMüəllim və tələbə

Bir həftə idi ki, anası bərk naxoşlamışdı. Son üç gün isə, ümumiyyətlə, qızdırması düşmürdü. Bütün günü anasına qulluq edir, gecələr də yanından çəkilmirdi. İmtahana elə bu səbəbdən hazırlaşa bilməmişdi. Stress , gərginlik, anasının xəstəliyi onu bərk sarsıtmışdı, fikrini toplamağa mane olurdu. Bu gün isə imtahan günü idi. Dostuna:

- Mən hazır deyiləm.

- Nə danışırsan , neyləyəcəksən?

- Bilmirəm.

Adı çəkiləndə ürəyi tez-tez döyünməyə başladı. Nə edəcəkdi, müəlliminin gözünə baxmağa utanırdı. Nə cavab verəcək, "anam xəstə idi" desə , bu bəhanə kimi səslənməyəcəkdi ki? Belə vəziyyət onun üçün yad idi. Həmişə birinci olub, istər məktəbdə, istər universitetdə. Hamının sevimlisi, nümunəvi olmaq, hər kəsin hörmət dolu Ardı »

Maraqli HekayelerHüzur nədir?

Xalq tərəfindən çox sevilən bir kral hüzurun şəklini ən gözəl çəkə biləcək sənətkara böyük bir mükafat verəcəyini elan edir. Yarışa çox sayda sənətkar qatılır. Günlərlə çalışıb, bir-birində gözəl rəsm əsərləri yaradır və bu şəkilləri saraya təqdim edirlər. Rəsmlərə baxan kral bunlardan sadəcə ikisini bəyənir. Amma, birini seçmək üçün qərar verməlidir. Rəsmlərdən birində gözəl bir göl vardı. Göl, bir güzgü kimi ətrafında yüksələn dağları özündə əks etdirmişdi. Üst tərəfdə pambıq kimi ağ buludlar göyün üzünü bəzəyirdi. Şəkil, baxanlara mükəmməl bir rahatlıq hissi verəcək qədər gözəl çəkilmişdi. Digər rəsmdə də dağlar vardı. Amma, kələ-kötür və çılpaq. Dağların üzərindəki qəzəbli göy üzündən boşalan yağış Ardı »