Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerOğlum!!!

Oğlum! O mənim hər şeyimdir. O qədər gözəldir,yaraşıqlıdır ki, gözləri, burnu, qaşları.. Gecələr Oğlumu seyr edirəm gözümü qırpmadan. Birdən oyanar, qorxar, ağlayar, birdən kimsə gəlib onu qorxudar, oğurlayar. Yox!! Yatmayacam heç vaxt,onu qoruyacam, oğlum!
O qədər tez böyüyür ki, böyük kişi olub mənim oğlum, elə mənə oxşayır. Atasına oxşamasın! Ondan zəhləm gedir onsuz da yenə gec gəlir evə, ağzındada zehrimar içki iyi, şirkətin müdirinə bax! Yenə görəsən hansı sırtıq katibəsinin yanından gəlir əclaf! Ehh.. heç mənə lazım da deyil o. Mənə oğlum bəs edər, şəhzadəm! Böyüyüb, eşitdim qız istəyirmiş universitetdə.. Ha-ha, nə tez böyüyür uşaqlar.. Görəsən kimdir o qiz, yaraşır oğluma!?
Yox, qoymuyacam Ardı »

Maraqli HekayelerÇanta..

Rejissor yeni filminin qəhrəmanını oynamaq üçün gənc bir qız axtarırdı. Hətta bunun üçün qəzetə elan da vermişdi. Aradan çox az bir vaxt keçsə də, müraciət edənlərin sayı xeyli çox idi. Buna görə də, heç iki gün keçməmiş namizədləri studiyasına dəvət etdi...:)

İndi o, bütün günü fasiləsiz gələn namizədlərlə söhbət etmiş və üstəlik, xeyli gərgin keçən bu söhbətlərdən yorğun düşmüşdü. Nəfəsini yenicə dərmişdi ki, növbəti namizəd içəri girdi və üzündə qəribə bir təbəssüm sınaq kamerasının qarşısında oturdu. Gənc qızın adı Emil Müller idi. Qısa bir tanışlıqdan sonra rejissor gənc qızla söhbətə başladı və başlanğıc üçün: "Çantanızı açıb mənə içindəkilər barədə danışa bilərsinizmi?" — Ardı »

Maraqli HekayelerAtlı və kor

çöl istisində atıyla səyahət edən bir atlı tapmış olduğu bir ağac kölgəsində, həm atı həm də özünün istirahət etməsi üçün bir fasilə verər. Lakin atını o ağaca bağlaya biləcəyi qədər uzun bir incə kəndir tapa bilmədi. Ətrafına baxdıqda işini həll edə biləcəyi bir qalın ağac budağı tapar. O qalın budağı ağacın kölgəsinə çaxaraq atını o budağa bağlar. Ehtiyacı qədər istirahət etdikdən sonra, yola davam etmək üzrə hazırlanar. Elə atını bağladığı o budağı qumdan çıxaracaqkən birden dayanıb düşünər. Mən bu qədər məsafədən gəldim və yolumda yalnız bu ağacın kölgəsindən istifadə edərək yalnız mən deyil, atımda istirahət etdi. Yaxşısımı bu budağı çıxartmayımki , Ardı »

Maraqli HekayelerPaulo Coelhodan ibrətamiz hekayələr

Əbd Mübarək Məkkəyə ziyarətə yola düşəcəyi günlərin birində yuxuda görür ki.
Cənnətdədir və iki mələyin söhbətini eşidır.
Mələklərdən biri o birindən soruşur:

-Bu il müqqədəs şəhərə neçə ziyarətçi gəlmişdi?

Ikinci mələk cavab verir:

-Builki ziyarətçilərin sayı altı yüz min nəfər idi.

Birinci mələk:

-Bəs onlardan neçəsinin ziyarəti qəbul olundu?

İkinci mələk:

-Heç birinin. Amma Bağdadda Əli Müfiq adlı bir çəkməçi ziyarətə gələ bilməsə də onun ziyarəti qəbul olundu. Onun qazandığı savab altı yüz min ziyarəçinin arasında bölüşdürüldü.

Əbd Mübarək yuxudan durub çəkməçi Əli Müfiqin yanına yollanır, yuxusunu ona danışır.

Əli Müfiq göz yaşı içində deyir:

— Çox çətinliklə,. çox qurbanlar bahasına 350 qara qəpik toplamışdım. Məkkəyə yola düşməyə hazır Ardı »

Maraqli HekayelerSəni çox sevirəm...

Nyu-Yorkda yaşayan bir müəllim liseyin son sinfindəki şagirdlərini mükafatlandırmağı qərara almışdı.
Kaliforniya liseylərindəki bir təcrübədən istifadə edərək, şagirdlərini bir-bir lövhəyə çağırdı. Əvvəlcə, şagirdlərinə həm sinif yoldaşları, həm də onun üçün nə qədər qiymətli olduqlarını dedi. Sonra da hər birinə üzərində qızıl hərflərlə “Siz bizim üçün çox qiymətlisiniz” sözləri yazılmış mavi bir lent verdi. Ancaq məsələ bununla bitmirdi. Müəllim bu təcrübənin cəmiyyətdə necə təsir doğuracağını öyrənmək istəyirdi. Ona görə də hər şagirdə əlavə üç mavi lent verdi. Onlar da bu lentlərlə başqalarını “mükafatlandıracaq” və nəticə barədə bir həftə ərzində siniflərinə məlumat verəcəkdilər...

Şagirdlərdən biri yaxınlıqdakı şirkətin vəzifəli şəxslərindən birini “mükafatlandırmış”, yaxasına mavi lent sancmışdı. Ardı »

Maraqli HekayelerHeç kimi qınamayın...

Həmişə toya gedəndə hamıdan yaxşı geyinirdi. Düşünürdü ki, toya özəl hazırlaşmaq lazım. Bir ay qalmış artıq hazırlıq işləri görürdü. Bu paltarın rəngi onu açmır, o birini bir dəfə harasa geyinib, bir başqası artıq dəbdən düşüb və s. Bu minvalla daim dükanlarda yeni -yeni paltarlar ,ayaqqabılar , aksessuarlar alardı. Hamıdan gözəl , zövqlü və fərqli görünmək onun xobbisinə çevrilmişdi. Biri toyda cins geyinmişdi, o da lağ edib gülmüşdü ki, "toya da cins geyərlər? Bu adamların zövqü yoxmuş. Dəhşət!".İllər ötdü, artıq ailə qurdu. Yoldaşını ilk baxışdan sevmişdi, buna görə onun elə də imkanlı olmamasının fərqinə varmamışdı. Hər kəs onu əvvəlcədən xəbərdarlıq etsə də Ardı »

Maraqli HekayelerSən məni Allahdan istəməyi bilmədin (6-cı bölüm)

Sən məni Allahdan istəməyi bilmədin (6-cı bölüm)

Rəhman gedəndən sonra Aliyə bu evdə çox darıxmağa başlamışdı. Eltisi gəlib –getmirdi, qaynanası ilə küsülü idi. Evdə kiçik baldızı, qaynatası və qaynanası ilə yaşayırdı. Qaynanası sözünün üstündə duraraq gəlini anası evinə buraxmırdı. Hərdən ata-anası gələr,qızlarından hali olub gedərdilər. Onların bu gəlişi də Sona xanımı açmırdı. Ona elə gəlirdi ki, Aliyənin anası və bacıları gəlini öyrədəcək, ona pis xasiyyətlər aşılayacaqlar. Lakin onu düşünmürdü ki, hər bir qız anası övladının ağ günündən başqa nə istəyər ki. Lakin Sona xanım ətrafda baş verənləri görür, ailədəki problemlərin hamısının günahını qız analarında görürdü. Onun böyük qızı ailə qurduğu oğlanla ta evliliyinin ilk günlərindən, oğlanın ata-anasından ayrı Ardı »

Maraqli HekayelerQısa və ibrətlik hekayə

Ana, Ata və onların 7 yaşlı kıçik oğlu.Sabah onun 8yaşı tamam olacaq.Ana və ata hər gün işə getdikləri üçün öz kiçik oğulları ilə maraqlana bilmirdilər.Buna görə də öz övladlarına dayə tutmuşdular.Ana və ata öz övladına lazımi qədər vaxt ayırmadığını başa düşüb onu sevidirmək üçün ona gözəl bir hədiyyə almağı planlaşdırırlar.Beləcə onlar mağazaya yollanırlar.Mağaza işçisi ona yaxınlaşıb nə istədiyini soruşur.Valideynlər sabah kiçik oğlunun ad günü olduğunu deyir.Mağaza işçisi onları uşaq hədiyyələri bölməsinə aparır.Uşağın anası satıcıya müraciət edərək deyir:
-Bilirsiniz burda olan hər şeydən onun otağında var,bizə elə bir şey lazımdı ki,onda olmasın və onu xoşbəxt etsin.
Mağaza işçisi gülümsəyərək deyir:
-Bağışlayın xanım,bizdə ailə sevinci yoxdu. Ardı »