Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənə izah edə bilmədiyim duyğularım (3-cü bölüm)
Sənə izah edə bilmədiyim duyğularım (3-cü bölüm)

Qol saatına nəzər saldı. 2-dən xeyli keçmişdi. Başını qaldırıb gecənin qaranlığında sayrışan ulduzlara baxdı.Əyləşdiyi skamyanın söykənəcəyinə kürəyini verib qollarını sinəsində çarpazlaşdırdı.Sakitlik hökm sürürdü ətrafda. Bir xeyli oturduqdan sonra qalxıb evə getməyə qərar verdi.
Yolun bomboş olduğunu görüb keçməyə başladı.Birdən yanında maşın peyda oldu.Gənc və yaraşıqlı adam şüşəni aşağı endirib onu başdan-aşağı süzüb əminliklə gülümsədi.
-Əyləşin, sizi evə aparım.
Başını yüngülcə tərpədərək arxa qapını açaraq salona daxil oldu.Qısaca ünvanı bildirdi. Maşın yollara düşdü. Başını şüşəyə dayadı. Balaca güzgüdən ona zillənən maraq dolu baxışları sezsə də, əhəmiyyyət vermirdi.
Çantasından pul çıxardıb uzadanda qəbul edilmədi. Heç nə demədən maşından düşüb başını qaldıraraq yaşadığı evinə baxdı. Maşın yerindən tərpənmədiyini görüb blokuna addımlamağa başladı.Qaranlıq idi. Pilləkanlarla çıxmağa başladı.Elə bu zaman kimsə onu divara sıxıb dodaqlarına yumuldu. İncə öpüşlər və məharətli əllər. Göz=gözə gələndə onun bayaqkı "sürücü” olduğunu anladı. Təkrar onu öpməyə cəhd edişi alınmadı. Kəskin hərəkətlə uzaqlaşıb pilləkanları çıxmağa başladı. Təqib edildiyini anladı. Geriyə çevrilib onunla üz-üzə dayandı. "Sahib”i bunu bilsə param-parça edər bu cavanı. Əlini onun sinəsinə qoyub başı ilə etirazını bildirdi. Onun gözlərində əmələ gələn anlaşılmaz getdikcə böyüdü. Nə deyəcəyi bilmədi. Ağzını açıb söz demək istədi, hər dəfəsində uğursuz qaldı.Qəzəblə gözəlin qollarından yapışıb divara sıxdı.Öpməyə cəhd edişi şillə ilə qarşılandı.
-Lazım deyil!-asta, amma qətiliklə bildirdi.
-Sənin kim olduğunu bilirəm-acıqla dedi.
Kinayəli gülümsəmə və əminliklə parıldayan baxışlar.
-Bunu bilməyən yoxdur hər halda.
Qarşısındakı əks-cinsin ona cavab vermədiyindən partlamasını izləyən "Eleonora” onun əhatəsini yarıb pilləkanlara ayaq basdı.Aşağıya doğrulanan sürətli addım səsləri. Dinləyib və yoluna davam elədi. Qapının açarı qıfıla saldı. Bu zaman qonşusunun qapısı açıldı.
-Kim idi o?
Afaqı tanıdı.Başını ona tərəf yönləndirib qıfılı açmağa davam elədi. Qapını açıb evinə girdi. Hələ də qapı ağzında dayanan Afaqa soyuq nəzər salıb astaca qapını örtdü. Afaq "O”nu deyə söruşarkən şübhəsiz ki sürücünü nəzərdə tutur. Bu qadının bəzən gecələri yata bilmədiyindən xəəbrda olan "Eleonora” əynindəkilərdən azad olmağa başladı. Yatağa uzanıb gözlərini yummağa cəhd etdi.Afaqın yata bilməyib pəncərə qarşısında əyləşəək məhəlləyə nəzarət etməsini xatırlayıb sadə təbəssüm etdi. Yuxu nə vaxt gözlərinə qonaq gəldi, xəbəri olmadı.
Səhəri açıb qəlyanaltısı hazırladı. Stol arxasına keçməyə çalışırdı ki, ev telefonu zəng çaldı.Salona girib jurnal masasının üstündəki telefonu əlinə aldı.
-Sabah gecə,-deyə "sahib”i bildirdi.
Bu gecə kolleqalarının cəmləşdiyi məkana getməyə qərar verdi. Sadə donunu əyninə keçirdərək ətirləndi. Dikdabanlardan imtina edərək o qədər də hündür tanketkanı seçdi.
Şəhərin ən məşhur gecə klublarının birinə daxil oldu. Onu görənlər gözərini çəkmək nədir bilmirdilər. Heç kimə fikir vermədən irəliləyirdi. Onu görən kimi 2 "kolleqa”sı dərhal əlləri ilə işarə verdilər. Gəlib yumşaq divanda əyləşərək ofisianta şirə sifarişini verdi. Ayaqlarını bir-birinin üstünə aşırdıb "kolleqa”larına nəzər saldı. Birinin 19 yaşı vardı. İlhamə. Dolğun saçlara sahibdir. Bir baxışı ilə kişilərin canına od salmağı çox gözəl bacarır. Gözəl bədən quruluşuna malik idi. Əynindəki qısa don onun gözəlliyinə rəng qatırdı.Açıq qəhvəyi rəngli,sinəsi açıq, dekolteli, ətək hissəsi həddən artıq qısa donu ilə klubdakı kişilərin yarısından çoxunun diqqətini öz üzərində cəmləşdirə bilmişdi. Barmağındakı bahalı üzüyü varlı müştərilərdən biri hədiyyə etmişdi ona. "Aida” adı ilə məşhur olan İlhamə indi ona yönələn gözlərdən həzz ala-ala qədəhi dodaqlarına yaxınlaşdırırdı. Uşaq evində böyümüşdü. O yuvadan çıxandan az sonra bu peşəyə başlamışdı.
Digəri Kübra idi. 22 yaşına dünən qədəm qoymuşdu.Çox kişilər onun bədənindən daha çox gözlərinin vurğunu idi. Badamı formaya malik gözlərindən əlavə gülərkən sol yanağının batışı da vardı. Sol əlinin üstündəki ləkə formasındakı xalı tez nəzərə çarpırdı. Uzun donları yarıqları ilə birgə sevirdi.Hal-hazırda əynində tam oturmuş bej rəngli donunun qurşaqdan aşağı hissəsi ikitərəfli yarıqlı idi. Əyləşərkən o qədər də görünmürdü. Ayağa qalxıb yeriyərkən gözəl ayaqlarını nümayiş etdirməkdən xoşlanırdı. Fahişə adı "Maya” idi. 17 yaşında ikən dosdoğma əmisioğlu tərəfindən təcavüzə uğramış, onun təhdidi altında susan, hamilə qaldıqda heç kimin ona inanmaması və ailədən rədd oluşundan sonra küçələrdə dilənməyə başlanması, körpəsini itirdikdən sonra bu peşəyə başlamasını bilən yox idi.
-Ele, eşitdiyimə görə növbəti müştərin kordur,-"Aida” ona səsləndi.
Cavablamayıb şirədən qurtum aldı. "Aida” ilə "Maya” bir-birlərinə baxıb başlarını buladılar.
-Vau! Bu nə yaraşıq!-"Aida” əminliklə deyib ayağa qalxdı.
"Eleonora” "Aida”nı izləyib "Maya”ya yönəltdi nəzərləini.
"Sahib”inin xəbərdarlığından sonra hazırlaşmağa başladı. Açıq çiyinli donunu əyninə keçirtdi.Maşına mindi.”Sahib”i əllərini dizlərinin üstünə qoyub sıxdı.Açıq çiyninə öpüş qondarıb qulağına pıçıldadı:
-Çox gözəlsən!
Sürücü onların öpüşməsini güzgüdən izləsə də, vecinə almırmış kimi sürməyə davam elədi.Dəfələrlə "sahib”i ilə fahişləri arası sevişmənin şahidi olmuşdu.
Otağa daxil oldu. Qaranlıq idi. Yataqda əyləşib dizlərinə dirsəklənən kişini gördü. Gözləri ancaq bir nöqtəyə zillənmişdi. Səs eşidib ayağa qalxdı. Əl ağacını götürüb ona tərəf gəlməyə başladı. Barmaqları ilə üzünü incələdi.
-Gözəlsən,-heyranlıqla dedi.
"Eleonora” yavaş-yavaş onun köynəyinin düymələrini açmağa başladı.Kor adamın barmaqları üzündən boğazına, qollarına sürüşdü.O da qarşısındakı söyundurmağa başladı. Görməməsi ona əngəl tanıtdırmırdı.”Eleonora” onun əlindən tutub çarpayıya gətirdi. Korla yanaşı əyləşib onu öpməyə başladı. Tez zamanda özünü altda, kor yuxarıda gördü.
-Dur!-korun əmrini eşitdi.
Əli ilə təkrar üzünü incələməyə başladı.Üzünün hər bir nöqtəsində barmaqlarını gəzdirirdi. "Eleonora” sakit halda nəfəsini içəri çəkib gözlədi.
-Sənin acıların var.Heç kimə demədiyin acıların...
Bunları eşidən kimi zərblə korun sinəsindən itələyib yan tərəfə yıxdı. Ayağa qalxıb geyinməyə başlayırdı ki, eşitdiyi səs onu dayandırdı.
-Qaçma. Heç nə qazanmayacayaqsan qaçışınla...
Səhər gözünü açanda kor adama baxdı. Özü qarnı üstə uznaraq kürəyini açıq buraxmışdı. Kor adam isə kürəyi üstə yatmışdı.Səbəbini bilmədən gülümsədi.
Kor adamı geyindirdikdən sonra özü də geyinməyə başladı.Alt geyimlərini təzəcə əyninə keçrtimişdi addam səslərini eşitdi. Korun ona doğrulanmasını anladı. Əllərini qarnında hiss edib gözlərini yumdu. Dodaqları boynunun arxasında gəzməyə başladı.”Eıeonora” ilk dəfə idi ki, fahişə olduqdan sonra kiminsə toxunuşlarından titrəyirdi...
Ögey anası Dinaranın deyil, öz qızının varlı ilə sevgi məcarəsi yaşamasını istəyirdi. Ümumiyyətlə bu qızın atdığı hər addımı onun nifrətinə səbəb olurdu. Odur ki, bu sevgini məhv etmək məqsədilə oğlanın anası ilə əlaqə yaratdı. Oğlan sevdiyi qızın fahişə, pul ovçusu olduğuna inanmaq istəmədi. Evdən böyük dava-dalaş ayrıldı. Ata=ana narahat halda yeganə övladlarının qayıdışını gözləməyə başladılar. Gecədən xeyli keçdikdən sonra oğlanlarının qəza xəbəri gəldi. Cəld xəstəxanaya qoşdular.
Oğlan isə 3 gün sevdiyini gözlədi. Onun haqqındakı çirkin şaiyələrən qurtulmaq üçün onu gözlədi. Gəlmədi. Nifrət hissi hakim kəsildi özünə. Evə buraxılandan 1 həftə öz otağına qapandı. Yemək-içməyini zorla qəbul edirdi. Ata-anasını dinləmək fikrində deyildi. Onun əsəblərinin ciddi şəkildə pozulması valideynlərini narahat etməyə başladı.
Dinara 1 aydan da az müddət içində yaşadığı sevgini yuxularında təkrar yaşayırdı. Səhərlər duran kimi ögey anasının nifrət dolu baxışları ilə qarşılaşmamaq üçün cəld evdən çıxaraq dərsə gedirdi. Universitetdə haqqında yayılan hər cür söz-söhbəti eşitmək istəmirdi. Onu barmaqla göstərirdilər. Əzilmirdi. Müəllimlərin çətin suallarına asan cavan verirdi.Heç kimlə yaxınlıq etmirdi. Universitetdən çıxan kimi işə başlayırdı. Onun haqqında artıq ev sahibləri az-çox eşidib qəbul etmədiyinə görə ofisiant işləməyə qərar vermişdi. Zillənən baxışlardan az da olsa qorxurdu, amma üzə vurmurdu.Sevdiyi oğlanı düşünürdü. Amma ögey anası ilə atasının şillə-təpikləri ilə qarşılaşmamaq üçün onun haqqında heç nə öyrənə bilmirdi.
Bir həftədən sonra oğlan evdən çıxıb onun işlədiyi kafeyə daxil oldu. Hər ikisi şok durumda...


Tarix: 29.04.2015 / 10:51 Müəllif: Aziza Baxılıb: 516 Bölmə: Maraqli Hekayeler
loading...