Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerXərçəng xislətlilər

Xərçəngləri ovlayarkən onları bir səbətə və ya vedrələrə qoyarlar. Səbətdə sadəcə bir xərçəng varsa, hərəkət edib tullanmasının və ya anidən qaçmasının qarşısını almaq üçün səbətin ağzını örtərlər. Ancaq səbətin içində bir neçə xərçəng olarsa, səbətin ağzını bağlamazlar.

Niyə? Çünki, səbətdə birdən çox xərçəng olarsa, biri digəri canını qurtarmasın deyə bir-birilərini aşağı çəkərlər. Ona görə də, səbətin ağzı örtülü qalmazmış.

Bəli… Bildiyimiz kimi, bəzi insanlar da bu xərçənglər kimidi. Yüksəlmək istəyən insanları aşağı çəkməyə çalışırlar ki, özlərini bacarıqsız görməsinlər. Ardı »

Maraqli HekayelerMuammali Cesed (dedektiv)

Yazarı Asiman Eyniyevdi.
hekayenin adı Müəmmalı Cəsəddi (detektiv hekayə)

Müəммаlı CəSəD
Bağ evinin sol tərəfində memarlığın şah əsəri sayıla biləcək fortepianonun qarşısındakı mərmərdən yonulmuş kiçik stulun üzərinə yıxılan memar əllərini yerdə iki hərfdən ibarət olan yazıya tərəf uzatmışdı. Mərmər stulun üstü qana boyanmışdı. Boz kostyum, kostyumun altından qara köynək geyinən cavan oğlan zolaqlı qalstukunu düzəltdi. Atletik vücudu, səliqə ilə kəsilmiş ipək kimi qara saçları, parıldayan qara ayaqqabıları onu olduqca şux göstərirdi.
O, saçlarını səliqə ilə arxaya daramışdı. Əyilib müəmmalı tərzdə qərb istiqamətinə tərəf yıxılmış akademik Cahid Akayevin müəyyən məna ifadə edən cəsədinə təkrar baxdı. Fransada polis akademiyasında oxuduğu illər ərzində müxtəlif cinayətlərlə Ardı »

Maraqli HekayelerYaxşı başlayan hər şey, yaxşıdır...Əlinizdə olanları paylaşın ..

Bir adaya ayaqqabı satmaq üçün göndərilən iki satıcı göndərilir.
İki satıcı adaya çatıb kimsənin ayaqqabı geymədiyini görüncə heyrətdən donub qalırlar.
Satıcılardan biri dərhal mərkəz büroya teleqraf göndərər:
«Sabah evə dönürəm, burada kimsə ayaqqabı geymir!»

İkinci satıcı eyni gerçək qarşısında həyəcanlanar. Dərhal mərkəz büroya zəng edər:
«Lütfən mənə 10 min ayaqqabı göndərin. Buradakı hər kəsin ayaqqabıya ehtiyacı var!»
Unutmayın; yaxşı başlayan hər şey, yaxşıdır...

***

Qoca qatara yenicə minmişdi ki, ayaqqabısının bir tayı ayağından çıxıb relsin üzərinə düşdü.
Artıq onu götürmək də mümkün deyildi. Çünki qatar çoxdan hərəkət etmişdi.
Yanındakılar qocanın nə edəcəyini görmək üçün maraqla Ardı »

Maraqli Hekayeler"Dəfn mərasimi"

Donna müəllimənin dördüncüləri ilk baxışdan keçmişdə gördüyüm siniflərdən heç nə ilə fərqlənmirdilər. Pəncərələrə cürbəcür çiçək dibçəkləri qoyulmuş, divarlara isə şagirdlərin "əl işləri" asılmışdı. Demək olar ki, burada da başqa ibtidai siniflərdə olduğu kimi ənənəvi ibtidai sinif havası hiss olunurdu. Ancaq yenə də sinifə girəndə sinifdə başqa atmosferin hakim olduğunu görürdüm. Çünki müəllimə də, şagirdlər də həyəcanlı idilər...

Donna müəllimənin təqaüdə çıxmasına iki il qalmışdı və o, Miçiqanın kiçik bir qəsəbəsində ibtidai sinif müəlliməsi idi. Üstəlik, bütün ştatda həyata keçirilən (həm də mənim tərəfimdən) xüsusi layihədə könüllü iştirak edirdi. Donna müəllimənin işi bu layihəni öz sinifində həyata keçirmək, mənim işim isə bu layihənin Ardı »

Maraqli HekayelerXeyanet Qoxusu ...(dedektiv) II Hisse

O dəfələrlə özünə sual vermişdi: “Görəsən düz yoldayam? Bütün qadınlar eynidirmi? Onlara qarşı münasibətdə haqlıyam? Bəlkə də haqlı deyiləm. Birinin günahında beşinin nə təqsiri? Amma yox, hamısı eynidir. Yalançıdırlar. Kişilərdən istifadə edib, sonra da əlcək kimi dəyişirlər hamısı, hamısı eynidir!” Anasının tez-tez xatırlatdığı evlənmək təkidinə baxmayaraq, çalışsa da içində nəsə ona mane olurdu. Nəsə onun nifrətini alovlandırırdı. Nəsə hər dəfə evlənmək sözü gələndə, kobudluq etməmək üçün otaqdan bəhanəylə qaçmağa vadar edirdi onu. Bu nəsə - onun alçaldılmış, təhqir edilmiş saf sevgisi idi... İndi bu sevgi özündən on dəfə böyük olan nifrət, kin, acıq ilə paralelləşmişdi və nifrətin böyüklüyündən Ardı »

Maraqli HekayelerAna fədakarlığı (real hadisə)

''Yaponiyadakı zəlzələdə xilasetmə qrupu gənc bir qadının qaldığı dağıntıya qədər çatırlar. Xarabalıqların arasında qadının cəsədinə yetişirlər.Qadının dağıntı altında qalması bir qədər maraq doğurur.Sanki əllərində bir şey tutaraq dizlərinin üzərində çökmüş haldadır.Bu əsnada sanki ev üzərinə yıxılmışdır.Qurtarma qrupunun başçısı yenə də sağ qalma ümidi ilə qadına yetişmək üçün çalışır.Təəssüf ki,qadın çoxdan ölmüşdür.Qrup oradan başqa bir dağıntıya hərəkət etmək istərkən qrup başçısı açdığı dəlikdən içəri doğru qadının cəsədinin altına doğru baxır və səslənir: “Bir uşaq” !!! “Bir uşaq” var!!!
Qrup uzun bir müddət çalışdıqdan sonra bir adiyal içində ölü qadının cəsədinin altında üç aylıq bir körpə tapırlar.Qadın son bir həmləsi ilə uşağı Ardı »

Maraqli HekayelerBir qadın təkcə "ANA" olduğunu unutmaz!

«Qadın, adın nədir?»
«Bilmirəm ...»
«Yaşın neçədi? Haralısan? »
«Bilmirəm ...»
«Nə üçün o tuneli qazırdın?»
«Bilmirəm ...»
«Neçə vaxtdı gizlənirsən?»
«Bilmirəm ...»
«Nə üçün dişlədi barmağımı?»
«Bilmirəm ...»
«Bizdən sənə zərər gəlməyəcəyini bilmirsənmi?»
«Bilmirəm ...»
«Kimin tərəfindəsən?»
«Bilmirəm ...»
«Bu bir müharibədi, seçimini etməlisən»
«Bilmirəm ...»
«Kəndində adam var?»
«Bilmirəm ...»
«Bunlar sənin uşaqlarındı?»
«Bəli ...»

(Bir qadın təkcə «ANA» olduğunu unutmaz ..!) Ardı »

Maraqli HekayelerHüseyn Cavid - Qızlar Məktəbində...

- Quzum, yavrum! Adın nədir?
- Gülbahar.
- Pəki, sənin anan, baban varmı?
- Var.
- Nasıl, zənginmidir baban?
- Əvət, zəngin, bəyzadə...
- Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
- Var, əfəndim, var... lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
- Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
- Ən çox sevdiyim ilkin
O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
- Sonra kimlər?
- Sonra onun göndərdiyi elçilər.
- Başqa sevdiklərin nasıl, yoxmu?
- Var.
- Kimdir onlar?
Ardı »