Maraqli Hekayeler → Telefon zəngi
Gecənin səssizliyi onun narahatlığını daha da artırırdı. Balkona çıxaraq, şəhəri seyr etməyə başladı. Şəhər qara örtüyə bürünmüşdü. Tək-tük evlərdə yanan lampalar şəhəri işıqlandırmağa kifayət etmirdi. Birdən gözləri ulduzlara sataşdı.
O, bir cəvahir qədər parlaq olan və gözqamaşdırıcı ulduzları seyr edərək fikrə daldı... Üç ay əvvəl yenə belə gecələrdən biri idi. O zaman gecənin sükutunu bir telefon zəngi pozmuşdu. O vaxt hər şey öz axarında gedirdi. Həyatında heç bir çətinlik hiss etmədən ömür sürmüşdü. Onun üçün hər şey qatarın relslər üzərində getməsi qədər asan olmuşdu: təhsili, peşəsi, evliliyi, uşaq sahibi olması və s. O, əbədi bir həyatın şıltaq və ərköyün uşağı idi. Ardı »