Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerBəs siz məqsədinizə çatmaq üçün nə edərdiniz?

Günəşli bir gündə Xinq Şi şagirdləri ilə birgə çayın sahilinə gəzməyə çıxır. Sahil yaxınlığında Xinq Şİ ayaq saxlayıb şagirdlərinə deyir:
- Baxın, çay da həyat kimidir, gah durğun, gah coşqun. Həyat kimi daim müxtəlif libaslarda anbaan dəyişir.

Şagirdləri diqqətlə çaya baxdılar. Bu zaman müəllim soruşur:
-Deyə bilərsinizmi məqsədinizə çatmaq üçün nə edərdiniz?

Birinci şagird cavab verdi:
- Mən daim axına qarşı mübarizə aparardım və cəsarətlə ona qarşı üzərək məqsədimə çatmağa çalışardım.

həyat fəlsəfəsi çətindir-Bu yaxşıdır-deyə Xinq Şi dilləndi- lakin sən bir gün çaya qalib gəlmədən batmaq riski ilə üzləşə bilərsən.Sənə bir məsləhətim, axına qarşı üzmədən əvvəl, öyrən, sənin məqsədin məhz o istiqamətdədirmi?

İkinci şagird dedi:
-Mən isə bax Ardı »

Maraqli HekayelerTaxta pərdədəki mismar

Pis xarakterli bir gənc varmış. Bir gün atası ona mismarlarla dolu bir torba vermiş. " yoldaşların ilə mübahisə edib döyüşdüyün zaman hər səfər bu taxta pərdəyə bir mismar çax" demiş. Gənc, birinci (ilk) gündə taxta pərdəyə 37 mismar çaxmış. Sonrakı həftələrdə öz-özünə nəzarət etməyə çalışmış və keçən hər gündə daha az mismar çaxmış. Nəhayət bir gün gəlmiş ki heç mismar çaxmamış. Atasına gedib söyləmiş. Atası onu yenidən taxta pərdənin önünə aparmış. Gəncə "bu gündən başlayaraq mübahisə etməyib döyüşmədiyin hər gün üçün taxta pərdələrdən bir mismar çıxart (sök)" demiş. Günlər keçmiş. Bir gün gəlmiş ki hər mismar çıxarılmış. Atası ona "afərin yaxşı Ardı »

Maraqli HekayelerALLAH heç kimi ATAsız, ANAsız qoymasın!

— Ata biz buya niye cəliriy tez-tez?
+ Mamanı görmək üçün..
— Bəs mama hanı,yoxdu axı ((
+ O bizi görür
— Bəs mən niyə cöymüyəm?
+ Böyüyəndə görəcəksən ((
— indi cözləyim bayacadı,böyüyəndə böyüyəcək həə?)))
+ :)) həə oğlum həə ((
— Bəs sən onuynan danışıysan?
+ həə danışıram…
— nə deyiyçi sənə?))
+ deyirki dünyanın ən şirin balası sənsən
— Bəs sən niyə ağyıyıysanki? ağyamada (( kişi ağyamaz ((
+ :)) ağlamıram balaca))
— Mamam qəşəngdi həə?
+ Dünya gözəliydi))
— Bəs haydadıyee? Məndə cörməy istiyiyəm Mamanı(( Sən hayda cöymüsən,mənidə apay məndə baxımda mamaya(((
+ Ən son burda görmüşəm..
— Neyniyirdiçi,çimiydi?
+ Aha..O dənizdə üzə-üzə Ardı »

Maraqli HekayelerTənha uşağın əhvalatı

Ailənin ilk və tək uşağı idi.İlk yaşına çatanda danışmağa başlamış,dediyi ilk söz isə həyatda ən çox sevdiyi adamın adı olmuşdu:Ana! Uşaq anası ilə eyni candan olduğunu bilməsə də,onu canı qədər sevdiyini çox yaxşı bilirdi.Südünü içdikdən sonra onun isti qolları arasında yatmaq və oyananda yenə onu başı üstündə görmək nə böyük səadət idi.Ancaq uşağın bu sevinci çox da uzun sürmədi.Anası onun "xərclərini" bəhanə edərək atasının müdir olduğu bir şirkətdə işləməyə başladı.Qısa bir vaxtda isə kişilərə göz dağı verən bir "iş qadını" oldu.

can bala ey can bala((Artıq uşaq səhərlər gözünü açanda onu öpüşlərə qərq edən anasını yox,bütün günü saqqız çeynəyən qarayanız bir Ardı »

Maraqli HekayelerÇəhrayı zolaqlı varlıq (3-cü bölüm)

Lalənin sarı, uzun saçları vardı. Sifəti bir qədər uzunsov, burnu dik idi. Yorğun baxışlı mavi gözləri isə ona çox yaraşırdı. Gözlərindəki nisgil və ürkəkliyi də asanlıqla hiss etmək olurdu.

Qız danışıb-eşidə bilmədiyindən, onunla dialoqumuz cib bloknotum vasitəsilə mümkün oldu. O, bloknotu dizinin üstünə qoyub, kiçik qələmlə mənim yazdığım sualları cavablandırır, mən isə onun xəttini çətinliklə də olsa oxumağı bacarırdım.

Laləni əsas mətləbə dolayı yolla gətirdim. Anası itgin düşəndə, onun cəmi altı yaşı var idi. Dörd il qabaq baş verənləri təfsilatı ilə nağıl etməsini istədikdə, azyaşlı bir uşaqdan çox şey tələb etdiyimi anladım, ancaq onun çox güclü hafizəsi vardı. Suallarımı demək olar ki, cavabsız Ardı »

Maraqli HekayelerQumdan qala

Bir yaz günü, çimərlikdə oturub, qumlarla oynayan iki uşağı seyr edirdim. Hər ikisi də, dəniz sahilində qapılarıyla, qüllələriylə, tunelləriylə böyük bir qala etmək üçün bərabərcə böyük səylə çalışırdılar. Qala demək olar ki, tamamlanmışkən , böyük bir dalğa gəlib qalanı pozdu. Hər şey, bir anda yaş bir qum yığınına çevrilmişdi.
Bütün əziyyətlərinin bir anda gözlərinin qarşısında yox olduğunu görən uşaqların göz yaşlarına boğulmalarını gözləyirdim. Amma uşaqlar məni çaşdırdı. Ağlamaq yerinə, ikisi də qalxıb əl-ələ tutdular və gülərək sahildən bir az daha uzaqlaşıb yeni bir qala düzəltməyə başladılar.
Uşaqların , o anda mənə əhəmiyyətli bir dərs öyrətdiklərini anladım. Həyatımızdakı hər şey, yaratmaq üçün üzərində Ardı »

Maraqli HekayelerKörpənin günahı nə?

Gənc qadın, körpənin gözəlliyi qarşısında ovsunlanmış kimi idi. Buruq sarı saçları, iri mavi gözləri, kicik bir burun və kiçik qırmızı dodaqları, qadının indiyə qədər gördüyü ən şirin qız uşağı idi. Onun ipək yanaqlarını doya doya öpmək və Cənnət qoxusunu içinə çəkmək üçün əyildiyində:
-Toxunma mənə!... deyə bir səs eşitdi. Məni oxşamağa haqqın yox sənin.
Qadın, qorxuyla diksinib ətrafına baxdı. Körpə ilə özündən başqa içəridə kimsə yox idi. Eyni səsi təkrar eşitdiyində körpəyə döndü. Aman -Allahım!.. Yeni doğulmuş kimi görünməsinə baxmayaraq danışan oydu. Körpə:
-Mənə yaxınlaşmağını istəmirəm, deyə davam etdi. Dərhal uzaqlaş məndən.
Qadın, bir az olsun özünü yığaraq:
-Uşaqlarımız həmişə oğlan olur, dedi. Onlar da Ardı »

Maraqli HekayelerƏn doğrusunu Allah bilir...

Tanrı Əzrailə:
"Ya Əzrail! Qullarımdan her hansı birinin canını alınca heç üzüldünmü?"-
-Ya Rabb HƏRŞEY sənə məlumdur. Yalnızca bir qulunun ruhunu alınca çox üzüldüm. Bir gəmi dağlara çırpılıb parçalanmışdı. Orada bir ana və bir uşaq var idi. O ananın canını almaq tapşırılmışdı. Onun canını alınca çox üzüldüm. Körpəni isə bir taxtanın üzərində bir adaya atdım. Yetim qaldı.

Tanrı:
“Bəs sevinərək hər hansı bir qulumun canını aldınmı? ”
Bəli tanrım. Bir zalım padşah var idi. Bütün xalq onun əlindən bezar idi. Bax o qulunun canını sevərək aldı.
“Padşahın kim olduğunu xatırlayırsammı?”
-Xeyr xatırlamıram Ya Rabb-deyincə, Tanrı buyurdu:
“Həmən o padşah anasının canını üzülərək Ardı »