Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerSevilən insan sevgisini insanlara verən insandır

Uzun illər əvvəl Çində Li-Li adlı bir qız evlənir və eyni evdə əri və qaynanası ilə birlikdə yaşamağa başlayır. Lakin qısa bir müddət sonra qaynanası ilə dolanmaq çox çətin olduğunu anlayır. İkisinin də şəxsiyyəti tamamilə fərqlidir, bu da onların tez-tez mübahisə etmələrinə gətirib çıxarır. Bu Çin ənənələrinə görə xoş bir davranış deyil və ətraf mühitin reaksiyasına səbəb olur.

Bir neçə ay sonra bitməz tükənməz gəlin-qayınana döyüşləri onun və qayınanası ilə arada qalan yoldaşı üçün də cəhənnəm əzabına çevrilir. Artıq bir şeylər etmək lazım olduğuna inanan gənc qadın atasının köhnə yoldaşı olan ədviyyatçıya qaçır və dərdini danışır. Yaşlı adam ona bitkilərdən bir dərman Ardı »

Maraqli HekayelerValideyinə qayğı ən gözəl ibadətdir.

Bəli, Valideyinə qayğı, ən gözəl ibadətdir..İndi nəql edəcəyim iki qardaşla bağlı hekayə fikrin nə qədər dərin məna və ibrət yüklü olacağını əyani sübut edəcək..
İki qardaş var imiş. Bunların qayğıya möhtac anaları da var imiş. Hər gecə qardaşlardan biri ananın xidməti ilə məşğul olur, digəri ibadətlə məşğul olardı… Bir axşam, ibadət edən qardaş etdiyi ibadətdən aldığı həzz və mənəvi rahatlığı hiss edib qardaşına deyir:
— Bu gecə də anama sən qulluq elə, mən ibadət edim.
— Qardaşı təklifi qəbul edir. İbadət edərkən yuxuya gedən qardaş yuxuda bir səs eşidir. Səs ona:
— Qardaşını bağışladıq, səni də onun xətrinə bağışladıq. Bu sözləri Ardı »

Maraqli HekayelerSevgi zərbəsi [4-cü bölüm]

Mən nə edəcəm ana?-Ağlayaraq anasına sığındı.
- Sənin edə biləcəyin bir tək yol var. Mahirə ərə getmək.
- Siz nə danışırsız? Mən heç nə xatırlamıram.- Mahir təəccüb dolu baxışlarla Zərifəyə baxdı.
- Oğul bu etdiyin insanlığa sığmaz. Qızın namusunu ləkələmisən. Onunla evlənmək də boynunun borcudu.- Gülnaz əllərini əsəbi halda havada yellətdi.
- Gülnaz qızımı gör nə hala gətirib. Kürəyinə bax.. Sinəsinə bax… İlahi, Bu nə vəhşilikdi? Meşədən çıxıb sanki. Gül kimi qızım bədbəxt etdi. –Südabə Zərifədən beş betər ağlayırdı.
- Mahiri dünyaya gətirdiyimə peşmanam artıq. Onun kimi oğul olmaz olsun. Sən ki, belə deyildin bala. Bu nə insafsızlıqdır, bu nə vəhşilikdir etdin? – Gülnaz ağlayaraq Mahirə Ardı »

Maraqli HekayelerPaxıllıq...

Bir də görürsən ki, yekə bir ağac qəfil köklü-köməcli yerə sərildi. Fikirləşirsən, dərdi-azarı nədir bu ağacın, görəsən? Axı heç yarpaqları da solmayıb, sapsağlamdır. Bəs nə oldu?” Yaxınlaşanda görürsən ki, ağacın gövdəsini qurd içindən elə gəmirib-yeyib ki, kənardan azacıq hiss olunur. Bapbalaca qurd bu boyda ağacı gör necə böyrü üstə yıxdı!

Əslində paxıllıq, xəbislik də belədir, insanı içindən gəmirir, “niyə ona olar, mənə yox?”- deyə rahatlıq tapmayanın, fürsət düşən kimi dilindən qeybət düşməyənin də aqibəti axırda o qurd yemiş ağaca bənzəyir; həmişə dünya başına dar olur, heç yerdə qərar tutmur, nə gecəsi olur, nə gündüzü, elə hey “hərəkətdə” olur. Bir də onda Ardı »

Maraqli HekayelerO qəlbini sevdi...

Kevinin 22 yaşı təzəcə tamam olmuşdu, özündən əmin, çox ağıllı və bir cavan oğlan idi . 10 gündən sonra Koreyadakı müharibə zonasına yollanmaq üçün İngiltərədən ayrılacaqdı, heç bir şeydən qorxmurdu amma , ölkəsindən ayrılmaq çətin gəlirdi ona.
Ağır addımlarla böyük bir kitabxanın qapısından içəriyə girdi, bir kitab götürüb oturdu və səhifələməyə başladı. Həqiqətən də çox gözəl mövzuları özündə əks etdirən bir kitab idi, amma daha da maraqlı olanı isə kitabı daha əvvəl başqasının da oxumuş olması və bəzi yerlərə qeydlər götürmüş olması idi. Oxuyanın qeydlər götürdüyü hissələr Kevinə maraqlı gəldi, qeydləri oxuduqca sarsılırdı. Kim ola bilərdi bu? Dərhal kitabxanaçıya yaxınlaşdı və əvvəl Ardı »

Maraqli HekayelerGetmə!..

onşularının bir gün əvvəlki toy "atəşfəşanlığından" sonra onun həyatı alt-üst olmuşdu.Artıq o nə bu evdə,nə bu küçədə,nə də bu şəhərdə dayana bilərdi.Hətta,neçə il bir yerdə yaşadığı həyat yoldaşı ilə belə sağollaşmadan evindən səssizcə çıxdı.Həyat yoldaşı isə yanıqlı bir səslə yalvarırdı:

-Getmə!..Getmə!..Getmə!..Nə olar,məni tək qoyub getmə!..Nə olar məni başsız qoyub getmə!..Getmə!..Getmə!..Sonra bu yanıqlı səs yanıqlı hıçqırığa qarışdı.Ancaq həyat yoldaşı ona baxmaq bir tərəfə dursun,ona qulaq asmaq istəmirdi.Bu vaxt balaca qızı da anasının yanına gəldi və anasının əlindən tutaraq:

- Getmə!..Getmə!..Getmə!..Atacan,nə olar bizi tək qoyub getmə!..Atacan,nə olar bizi başsız qoyub getmə!.. Getmə!..Getmə!..Getmə!..-deyə yalvarmağa başladı.

Ancaq onun yalvarışları da bir fayda vermdi.Sanki o bu yalvarışları eşitmir və Ardı »

Maraqli HekayelerSon anda

Qiyamət qopmuşdu. Böyük izdiham vardı. Hər tərəf insanla dolu idi. Kimi çaşıb-qalmış, hərəkətsiz halda ətrafına baxır, kimi sağa-sola qaçır, kimisi də diz çöküb əlləri ilə başını tutaraq gözləyirdi. Ürəyi az qala yerindən qopacaqdı.Bədənini buz kimi soyuq tər basmışdı. Həyatda ikən qiyamət,sorğu-sual,misan-tərəzi haqqında çox eşitmişdi. Amma məhşər meydanındakı ürpərti ,qorxu və intizarın bu qədər dəhşətli olacağını hrç düşünməmişdi. Hər kəs öz növbəsini gözləyirdi: vaxtı çatan hesab verməyə çağrılırdı.

Bu vaxt onun da adını çəkdilər.Heyrətlə "Mənimi çağırırlar?!"-deyə sağa-sola baxdı.İzdihamın ortasından ona bir yol açılmışdı.Məhşər xidmətçilərindən ikisi qollarına girdi.Camaatın arasından çaşqın baxışlarla gedirdi.Mərkəzi meydana çatanda xidmətçilər yanından ayrıldı.Başını aşağı salmışdı,bütün həyatı gözlərinin qabağından keçirdi.Öz-özünə "Şükürlər Ardı »

Maraqli HekayelerSən məni Allahdan istəməyi bilmədin (10-cu bölüm)

Sən məni Allahdan istəməyi bilmədin (10-cu bölüm)

Onların gəldiyi bir həftə idi. Bu günlər ərzində Evdə qəribə bir sakitk vardı. Əslində bu zahirən belə idi, əslində hamının ürəyində bir gərginlik, bir təlatüm var idi. Yalnız uşaqların şən səsləri eşidilirdi. Ruslan Arzunu , Ümidi və Ülvini çox sevir, onlarla oyun oynayırdı. Balaca Ülvi artıq Ruslana da, Tanyaya isnişmişdi. Onlara gülümsəyir, Ruslanın onu güldürmək üçün etdiyi hərəkətlərə uğunub gedirdi. Tanya bacardığı qədər özünü ələ almağa çalışırdı. Bu illər ərzində Rəhmanın evinə gəlməsinə, Aliyənin yanında qalmasına bu qədər gərginləşməmişdi. İndi bir damın altında Rəhmanın Aliyə ilə bir otaqda, hətta bir yataqda yatmasına daxilində dözə bilmirdi. Lakin üzdə özünü sakit göstərirdi. Aliyə Ardı »