Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerSədəf çiçəyi susuz qaldı...

Məhkəmə zalında, səksən yaşlarındakı qoca cütlüyün vəziyyəti ürək acısıydı… Adam inadçı baxışlarla, susqun nənənin ağlamaqdan yaxşıca çuxurlaşmış gözlərini süzürdü. Hakim tox səsiylə, yaşlı qadına:

— Danış xala, niyə boşanmaq istəyirsən?

Yaşlı qadın, dərin bir nəfəs aldıqdan sonra, qısılmış səsiylə danışmağa başladı:

— Bu insan məni 50 ildir bezdirib həyatdan…

Sonra uzunca bir səssizlik hakim oldu, məhkəmə zalında… Səssizlik, bu cür xəbərləri hər gün başlıq edən jurnalistlərdən birinin flaşı ilə pozuldu… Kim bilir necə bir başlıq yazacaqdılar, yaşanmış 50 ilin ardından? Çox sayda jurnalist izləyirdi iddianı… Qadın nələr deyəcəkdi? Hər kəs, onu Ardı »

Maraqli HekayelerKartof...

Bir müəllim bir gün dərsdə şagirdlərinə belə bir təklif edir.
— Bir həyat təcrübəsinə qatılmaq istəyərdinizmi?
Şagirdlər çox sevdikləri müəllimlərinin müəllimlərinin təklifini tərəddüdsüz qəbul edirlər. Müəllim deyir:
— Onda bundan sonra nə desəm edəcəyinizə dair söz verin.
Şagirdlər də razılaşırlar. Müəllim:
— İndi sabahkı tapşırığına hazır olun. Sabah hamınız bir torba və beş kiloqram kartof gətirəcəksiniz.
Şagirdlər bu işdən heç nə anlamamışdılar. Amma ertəsi gün sabah hamısının partalarında torbalar və kartoflar hazır idi. Özünə maraq dolu gözlərlə baxan uşaqları görən müəllim :
— İndi bu günə qədər bağışlamağı rədd etdiyiniz hər bir insan üçün bir kartof götürün və üzərində həmin insanın adını yazın. Sonra isə o kartofları torbalara Ardı »

Maraqli HekayelerNə əkərsən,onu da biçərsən...

Bir çörəkçi istifadə etməkçün kərə yağını qonşu kənddə yaşayan bir südçüdən alırdı. Bir gün çörəkçi südçüdən 3 kq yağ aldı. Ancaq bu yağ ona çox yüngül gəldi. Və o gündən aldığı bütün kərə yağlarını çəkməyə başladı. Qəribə də olsa da, kərə yağları get-gedə yüngülləşirdi. Nəhayət, çörəkçi özündən çıxdı və südçünü məhkəməyə verdi. Artıq iş hakimin qarşısında idi. tərəzi

Hakim südçüdən:
-Sənin tərəzin var?
-Əlbəttə, var.
-Bəs çəkin?
-Çəkiyə ehtiyac yoxdur…
-Əgər çəkin yoxdursa, onda kərə yağlarını necə çəkirsən?
- Çox asan. O, məndən kərə yağı aldığı kimi, mən də ondan çörək alıram. Tərəzinin bir tərəfinə bir kq-lıq çörəyi, o biri tərəfinə isə kərə yağını qoyuram. Və çəkirəm. Ardı »

Maraqli HekayelerGəncliyin sirri

Bir vaxtlar yaşı 90-a çatan, ancaq 90-dan (bəlkə də, 60-dan) gənc görünən bir adam yaşayırdı. Ətrafındakılar onu çox sevir və tez-tez: “Bu gəncliyin sirri nədir?” – deyə soruşurdular. Qoca isə hər dəfə bu sualı eşidəndə gülürdü. Ancaq bu suallar get-gedə çoxaldı və qoca bu suallara cavab verməyi qərara aldı. Ancaq bu suallara ən asan necə cavab verə bilərdi? Əlbəttə ki, ən yaxşısı onları evinə yeməyə dəvət etmək idi. Nəhayət, bir gün qoca onların hamısını evinə yeməyə dəvət etdi. Üstəlik, hamısına: “Bu yeməkdə sizə sirrimi açacağam,” – dedi. Nəhayət, o gün çatdı. Yeməklər yeyildi, çaylar içildi, söhbətlər edildi. Artıq vaxt da xeyli Ardı »

Maraqli HekayelerÖlən sevgilim

Səhər oyandığında mədəsində bir yanğı hiss etdi.Yanğının səbəbi dünən yedikləri deyil,oyanır-oyanmaz bu gün edəcəklərinin ağlına gəlməsi idi.Bu gün 2ildir götürdüyü öhdəliyi bitirəcəkdir.Əslində bunu etməkdə gecikmişdi də "bitməli" dedi qəlbində,"hər gün bu bədbin oyanışlar bitməli".Gənc adam bunları düşünərkən sifəti şəkildən şəklə düşürdü.Sürətlə geyinib.bayra çıxdı.Bu günə qəqər heç gözlətməmişdi onu,indi də gözlətməməli idi.
İstanbul soyuq və yağmurlu idi.Gənc adam göy üzünə baxaraq içini çəkdi:"Buludlar bizim yaşayacaqlarımızı bilir,onlar belə ağlayır halımıza".
Artıq görüş yerində idi.Bir neçə dəqiqəlik gözləmədən sonra sevgilisi gəldi.İndi mədəsindəki ağrı daha da artmışdı.Beşiktaşa getdilər.Yolda heç danışmadılar.Gənc qız sevgilisinin bu halını anlamırdı.Hardan biləcəkdi axı bu gün ayrılıq nəğməsinin çalınacağını?!.
Beşiktaşa gəldikdə bir kafedə oturdular.Gənc qız Ardı »

Maraqli HekayelerHamının haqqı

Bir uşaq məktəbə gedirdi. Birdən yolunun üstündə bir gül gördü. Əyilib gülü iylədi və sonra yoluna davam etdi. Uşağın bu hərəkətini görən bir adam ona yaxınlaşdı və gülü nə üçün dərmədiyini soruşdu. Uşağın cavabı çox maraqlı idi: "Çünki o gülü iyləmək hamının haqqıdır! " Ardı »

Maraqli HekayelerHədislər/////

İmam Baqir (əs) belə buyurdu, Tövratda belə yazılmışdı:

Musa ALLAHA belə ərz etdi:

— Pərvərdigara, mənə yaxınsan, səninlə ahəstə söhbət edim, yoxsa uzaqsan səninlə uca səslə danışım?

Xitab gəldi:

— Ey Musa, mən, məni yad edən hər kəsin həmsöhbətiyəm.

Musa ərz etdi:

— Camaatın eyiblərinə yalnız sənin pərdə çəkdiyin gün hansı şəxslərin eyibləri örtüləcəkdir?

Xitab gəldi:

— O kəslərin eyibləri örtüləcək Ardı »

Maraqli HekayelerBladovedin hekayəsi

Elflərin və pərilərin yaşadğı çox qədim zamanlarda Bladoved adlı gözəl bir qız var idi. Adının mənası Gül qız demək idi. Heç kim onun fikirlərini, düşüncülərində kimin olduğunu anlaya bilmirdi. Ancaq onu bir dəfə görən kəslər heç vaxt onu unuda bilmirdi.

Aylı gecələrin birində o gölə gedib üzmək istədi. Gölə gəlib paltarlarını çıxaran Bladoved özünü sərin suların ağuşuna atdı. Ancaq göldən çıxdığı vaxt paltarının qoyduğu yerdə olmadığını görüb kədərləndi. Paltarlarını tapmaqdan ümidini üzüb ağlaya-ağlaya bu sözləri dedi: «Paltarlarımı mənə geri qaytaran insan mənimlə evlənəcək».

Bu sözləri təzəcə deyib qurtarmışdı ki, ağacların arasından zavallı qızın paltarlarını tutmuş bir oğlan çıxdı. Bladoved ağlamağa başladı, axı indi Ardı »