Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan tarixçiləriHəsənəli xan Qaradaği - Tarixçi, ədəbiyyatşünas, folklorşünas

Həsənəliağa Xan Qaradağski nin Qarabağ tarixinə dair "Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları, Pənah xan, İbrahim xan və Mehdiqulu xan əyyami-hökumətlərinin əksər vəqaye və hekayətləri" adlı əsərini görkəmli tarixçimiz Nazim Axundov tərtib etmiş olduğu "Qarabağnamələr" kitabına Mirzə Adıgözəl bəyin "Qarabağnamə", Mirzə Camal Cavanşirin "Qarabağ tarixi", Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ", Mirzə Yusif Qarabağinin "Tarixi-şərif", Rzaqulu bəy Mirzə Camal oğlunun "Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri", Əhməd bəy Cavanşirin "Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair", Mirzə Rəhim Fənanın "Tarixi-cədidi-Qarabağ", Həsən İxfa Əlizadənin "Şuşa şəhərinin tarixi" adlı əsərləri ilə birgə daxil etmişdir.

Qarabağnamə lərin bu gün tariximiz Ardı »

Azərbaycan tarixçiləriMehdixan Vəkilov

Mehdixan Yusif ağa oğlu Vəkilov — görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, 1958-1962-ci illərdə 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Ali Sovet Sədrinin müavini, tarix elmləri doktoru (1969) və professor (1969). Əməkdar elm xadimi (1973), Qabaqcıl maarif xadimi (1959 və 1973) fəxri adlarına layiq görülmüş, birinci dərəcəli Vətən müharibəsi ordeni (1943), iki Şərəf Nişanı ordeni (1944 və 1961) və SSRİ-nin müxtəlif medalları ilə təltif edilmişdir.

Mehdixan Vəkilov Azərbaycanın xalq şairi Səməd Vurğunun böyük və yeganə qardaşıdır. Diplomat Cavanşir Vəkilovun atasıdır.
Həyatı[redaktə]
Mehdixan Vəkilov 1902-ci il iyun ayının 15-də Qazax qəzasının Yuxarı Salahlı kəndində doğulmuşdur. Dörd sinifli kənd məktəbini bitirdikdən sonra Cənubi Ardı »

Azərbaycan tarixçiləriHacı Həsənov

Həyatı[redaktə]
Hacı Nuru oğlu Həsənov 1952-ci ildə Beyləqan rayonunun Şəfəq kəndində anadan olmuşdur. 1967-ci ildə Şəfəq kənd səkkiz illik, 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirmişdir.

1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində təhsil almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1974-1980-ci illərdə Beyləqan rayonunun Baharabad kənd 8-illik və Qəhrəmanlı qəsəbə orta məktəblərində müəllim və dərs hissə müdiri işləmişdir. 1977-1978-ci illərdə orduda xidmət etmişdir. Ehtiyatda olan baş leytenantdır.

1980-ci ilin sonundan Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunda çalışır. 2001-ci ildən institutun "Azərbaycanın yeni tarixi" şöbəsinin müdiridir.

1981-1984-cü illərdə Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almış, 1987-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. İndiyədək Ardı »

Azərbaycan tarixçiləriAleksandr Makovelski - Elmi fəaliyyəti

Makovelski 1907-ci ildə Universiteti bitiridikdən sonra fəlsəfə kafedrasında professor dərəcəsi almaq üçün saxlanılmışdı.
1908-ci ildə Makolevski Ali qadın kurslarına dərs demək üçün müəllim qismində dəvət alır. O, Universitetdə privat-dosent işləyərkən onun iki mühazirəsi Əxlaq Epikteti böyük ruh yüksəliyi ilə çoxsaylı dinləyicilər toplanması ilə müşayət olunduğu üçün tezliklə mətbuata da yol tapdı. 1913-cü ildə Makolevski, Sokratdan əvvəlki qədim yunan fəlsəfəsi üzrə ilkin mənbələrinin öyrənilməsi üçün Almaniyaya ikiiilik elmi-ezamiyyətə göndərilir. Həmin illər ölkə sərhədlərindən xaricə uzunmüddətli vaxta gediş etimadı qazanmaq çətin məsələ idi. Makovelskinin qayıtmasına tanınmış, şöhrətli yazıçı D.Merejkovski və onun arvadı Z.Qippius zamin durmuşdur. Birinci dünya müharibəsinin başlaması səbəbindən Makovelski elmi işini yarımçıq Ardı »

Azərbaycan tarixçiləriTofiq Köçərli

Köçərli Tofiq Qasım oğlu – (11 fevral 1929, İsalı, Gədəbəy – 31 oktyabr 2007, Bakı)- Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi.
Həyatı[redaktə]
Tofiq Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində alıb. 1951-1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kurslarının müdavimi olub.

Əmək fəaliyyətinə 1950-1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayan Tofiq Köçərli 1952-1953-cü illərdə Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, 1953-1956-cı illərdə Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent işləyib.

1957-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda Ardı »

Azərbaycan tarixçiləriFüzuli Hacıyev

Füzuli Hacıyev — Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı (1995-2002), Lerik Rayon İcra Hakimiyyətinin başçısı (2002-2007), tarix elmləri üzrə fəlsəfə doktoru.

Həyatı[redaktə]
Füzuli Mirzə oğlu Hacıyev 1956-cı il aprelin 4-də Siyəzən şəhərində anadan olmuşdur. 1973-cü ildə Siyəzən şəhər 2 saylı orta məktəbini, 1977-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini, daha sonra isə aspiranturanı bitirmişdir.

1977-1992-ci illərdə Dəvəçi və Siyəzən rayonlarında orta məktəblərdə tarix müəllimi işləmişdir.

1992-ci ildə Dəvəçi Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, 1992-1995-ci illərdə Siyəzən Rayon Xalq Deputatları Sovetinin sədri, 1995-2002-ci illərdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə isə Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

2007-ci ilin aprel ayında ARDNŞ Eİ Ardı »

Azərbaycan tarixçiləriEldar İsmayılov (tarixçi)

Həyatı[redaktə]
Eldar İsmayılov 1950-ci il, martın 30-da Bakıda anadan olub. 1973-cü ildə Moskva Dövlət Universitetini bitirib və aspiranturaya daxil olub. 1992-ci ildə professor olub. 1990-1994-cü illərdə BDU-nun tarix fakultəsinin dekanı işləyib. 1997-ci ildən bu yana kimi universitetdə işlə yanaşı Vətəndaş Cəmiyyəti Uğrunda adlı QHT-yə də rəhbərlik edirdi. E.İsmayılovun təşkilatı Azərbaycanda seçkilərin monitorinqi ilə məşğul olurdu.

Eldar İsmayılov martın 9-dan 10-na keçən gecə ürək tutmasından dünyasını dəyişib. O, martın 10-da Bakıdakı "Qurd Qapısı" qəbristanlığında dəfn edilib.

Əsərləri[redaktə]
İctimai əhval-ruhiyyə haqqında gizli arxiv sənədləri (1945-1953-cü illər) "Kaspian Krossroud" jurnalı, 5-ci cild, 3№-li buraxılış, 2003-cü il. (Vaşinqton, ABŞ)
Hakimiyyət və xalq. Azərbaycanda müharibədən sonrakı stalinizm. (1945-1953-cü illər) Monoqrafiya, Bakı Ardı »

Azərbaycan tarixçiləriQubad Qasımov

Qasımov Qubad Abdulla oğlu — musiqişünas, tarix elmlәri namizәdi (1949), Azәrbaycanın әmәkdar mәdәniyyәt xadimi (1968). Üzeyir bəy Hacıbəyovun baсanağı idi.

Həyatı[redaktə]
Qubad Abdulla oğlu 1896-cı ildə Cəbrayıl qəzasının Qarğabazar kəndində anadan olmuşdu. Orta təhsilini doğma kəndlərində almışdı. 1940—1944-cü illәrdә ADK-da musiqi elmi-tәdqiqat kabinәsinin elmi işçisi, 1944—1945-ci illәrdә SSRİ EA Azәrbaycan filialının inсәsәnәt sektorunun, 1945-ci ilin aprelindәn isә Azәrbaycan EA-nın İnсәsәnәt İnstitutunun elmi katibi işlәmiş, 1955-ci ildәn Memarlıq vә İnсәsәnәt İnstitutunda teatr vә musiqi şöbәsinin müdiri, baş elmi işçi olmuşdu. Üzeyir bəy Hacıbəyovun әdәbi-publisistik vә musiqi yaradıсılığına dair tәdqiqatların — "Ü. Haсıbәyov" monoqrafiyası (1945, rusсa; 1949, azәrbayсanсa), "Ü. Haсıbәyov. Biblioqrafiya" (1947), çoxsaylı mәqalәlәrin müәllifi, Ardı »