Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan tarixçiləriNəsib Nəsibli

Nəsib Nəsibli - azərbaycanlı tarixçi, tarix elmləri doktoru, Azərbaycan Milli Məclisinin deputatı.

Həyatı[redaktə]
Nəsib Nəsibli 1956-cı il sentyabrın 5-də Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, 1987-ci ildən İran İslam Respublikasında istilik-elektrik stansiyasının tikintisində tərcüməçi, 1988-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, Tarix İnstitutunda şöbə müdirinin müavini, şöbə müdiri işləmişdir. 1992–1994-cü illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri olmuşdur. 1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universiteti ndə professor, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-ın Çikaqo və Con Hopkins Ardı »

Azərbaycan tarixçiləriİsmayıl Hacıyev

İsmayıl Muxtar oğlu Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının üzvü (2002).
Həyatı[redaktə]
İsmayıl Hacıyev 21 yanvar 1951-ci ildə Naxçıvan MSSR Culfa rayonunun Xanəgah kəndində anadan olmuşdur.1968-ci ildə kənd orta məktəbini bitirmişdir. 1968-1970-ci illərdə Sumqayıt şəhərindəki İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində fəhlə işləmişdir.

1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə qəbul olunmuşdur. Tələbəlik illərində fəal elmi faliyyətlə məşgul olmuşdur. 1972-ci ildə ümumittifaq tələbə-elmi konfransında məruzəsinə görə diplom, 1974-cü ildə təhsil əlaçısı kimi "Əla təhsilə görə" döş nişana layiq görülmüşdür.

Pedaqoji fəaliyyəti[redaktə]
1974-cü Ardı »

Azərbaycan tarixçiləriQaraş Mədətov

Qaraş Əli oğlu Mədətov - Azərbaycan MEA-nın müxbir üzvü, Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın 1941-1945-ci illər tarixi" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, Azərbaycan MEA-nın müxbir üzvü

MƏdƏtov Qaraş Əli oğlu (12.2.1928,Kəngərli r-nunun Qarabağlar k.-1.7,1993,Bakı; Fəxri xiyabanda dəfn olunmuşdur) -tarixçi. Tarix elmləri doktoru (1965), prof.(1968), Azərb. Milli EA-nın m. üzvü (1983).Azərb. Respublikasının əməkdar elm xadimi(1980).
Həyatı[redaktə]
AEA-nın müxbir üzvü Qaraş Mədətov 1928-ci il fevralın 10-da indiki Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmişdir. 1953-1956-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1956-ci ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1969-cu Ardı »

Azərbaycan tarixçiləriAleksandr Makovelski

Həyatı[redaktə]
Aleksandr Osipoviç Makovelski 22 iyul 1884-cü ildə Qrodno şəhərində anadan olmuşdur. Makovelski Qrodno şəhərində klassik gimnaziyanı qızıl medalla bitirməklə bərabər bütün digər tədris proqramları üzrə yüksək bilik səviyyəsində təhsilini başa vurmuşdur. Sonra o, Kazan Universitetinin tarix-filologiya fakültəsinə qəbul olmuşdur. Kazan Universiteti öz dövründə yüksək ali təhsil səviyyəsi, səriştəli və böyük elmi-tədris nailiyyətlərinə malik müəllim heyəti, həmçinin demokratik ənənələri ilə məşhur olan bir tədris müəssisəsi sayılırdı. Makovelskinin elmi-maraq dairəsi ali təhsil aldığı dövrdə daha da genişlənmişdir. Onun əsərlərində psixologiya, pedaqoqika, etika, məntiq sahələri əhatə olunmaqla, özünün daha doğma və yaxın mövzusu qədim yunan fəlsəfəsi əks olunmuşdu. Qədim yunan, latın, alman, ingilis, fransız, Ardı »

Azərbaycan tarixçiləriMehman Abdullayev

Abdullayev Mehman Qəhrəman oğlu (2 fevral 1958, Göyçay) — Azərbaycan tarixçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri.

Həyatı[redaktə]
Mehman Abdullayev 2 fevral 1958-ci ildə Göyçay şəhərində anadan olub. Ağdaş kənd təsərrüfatı texnikumunda müəllim və fənn komissiyasının sədri (1980-1985), BDU-nun Tarix fakültəsinin "Azərbaycanın qədim və orta əsrlər tarixi" kafedrasında laborant (1985), baş laborant (1987), müəllim (1990), baş müəllim (1993), dosent (1996), BDU-nun Tarix fakültəsinin "Azərbaycan tarixi" (təbiət fakültələri üzrə) kafedrasında müdir əvəzi (2004-2006), müdir (2006-hal hazırda) vəzifələrində işləyib. "Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər" mövzusunda dərs deyir.

30 məqalə, 1 monoqrafiya, 8 kitabın müəllifidir. Ardı »

Azərbaycan tarixçiləriAbbasqulu ağa Bakıxanov - Mükafatları

III dərəcəli Müqəddəs Anna ordeni (1828)
IV dərəcəli Müqəddəs Vladimir ordeni (1828)
İmperator taclı II dərəcəli Müqəddəs Anna ordeni (1829)
III dərəcəli Müqəddəs Stanislav ordeni
Almaz və briliantla bəzədilmiş I dərəcəli Günəş və Şir ordeni (1829) Ardı »

Azərbaycan tarixçiləriHəsənəli xan Qaradaği - Ədəbi fəaliyyəti

Həsənəliağa Xan Qaradağski nin ədəbi fəaliyyəti onun pedaqoji fəaliyəti ilə sıx bağlı olduğundan, burada hər hansı bir sədd çəkmək imkanı yoxdur. Xan Qaradağskinin didaktik xarakterli şeirlərini, düşünməcələrini, təmsillərini, müxtəlif nümunələrdən etdiyi tərcümələrini onun ədəbi-pedaqoji, maarifçi fəaliyyəti ilə əlaqələndirməli, qəzəl, müxəmməs, müşairə səpkisində yazdığı əsərləri isə sırf ədəbi fəaliyyəti ilə bağlamaq mümkündür. Həsənəli ağanın ədəbi fəaliyyəti isə Şuşada fəaliyyət göstərmiş olan "Məclisi-fəramuşan" poetik məclisi ilə bağlıdır. Ələlxüsus, məclisə başçılıq edən, Həsənəliağaya ağsaqqallıq edən Mir Möhsün ağa Nəvvabın adı ilə bağlıdır. Bu iki şəxsin arasında mövcud olan qarşılıqlı dərin hörmət və alicənab münasibət onların bir-birinə yazdıqları şeir-məktublarda özünü açıq göstərir.

Həsənəli ağa Xan-Qaradağskinin bizə Ardı »

Azərbaycan tarixçiləriMirzə Bağır Əliyev

Həyatı[redaktə]
Mirzə Bağır Yusif oğlu Əliyev təqribən keçən əsrin 80-ci illərinin əvvəllərində Naxçıvanda anadan olmuşdur. Ailədə 5 uşaq olmuşlar. Böyük qardaş Məşədi Tağı, Nağı, Mirzə Bağır, Fatma və Ümmülşərəf. Gimnaziya təhsili alan Mirzə Bağır Əliyev ərəb, fars, rus dillərini mükəmməl bilmiş, hətta ara-sıra "Səyyar" təxəllüsü ilə şerlər də yazmışdır. O dövrünün Hüseyn Cavid kimi ziyalıları ilə yaxından təmasda olmuş, onların bir çoxu ilə dostluq etmişdir.

Mirzə Bağır Əliyev həmişə yazı ilə məşğul olardı. Nə yazdığını bilmirdik, çünki rusca, çoxunu isə ərəb əlifbası ilə yazardı. Bütün kitablarının üstünə özünün qayırtdırdığı möhürü vurardı. 1918-1920-ci illərdə Naxçıvan erməni təcavüzünə məruz qaldığı zaman Naxçıvanda Müsəlman Milli Komitəsinin Ardı »