Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan tarixçiləriSaleh Qazıyev

Saleh Mustafa oğlu Qazıyev (1893-1971) - Azərbaycan arxeoloqu, tarix elmləri namizədi.

Haqqında[redaktə]
Saleh Mustafa oğlu Qazıyev 1893-cü ildə Vartaşen rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Əvvəlcə mollaxanada, sonralar kənddə açılmış "Rövzət–ül–Maarif" adlı məktəbdə oxumuşdur. 1928-1932-ci illərdə Bakı şəhərində pedaqoji institutda, 1935-1938-ci illərdə SSRI Elmlər Akademiyasının Azərbaycan filialının aspiranturasinda oxumuş, 1941-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi adına layiq görülmüşdür.

S.Qazıyev həyatının ilk dövrünü xalqın maariflənməsinə həsr etmiş, 1916-1922-ci illərdə Şəki qəzasının Filfilli kəndində, 1925-1928-ci illərdə Nuxa pedaqoji texnikumunda, 1928-1932-ci illərdə Bakı məktəblərində, 1932-1933-cü illərdə Ağdaş pedaqoji texnikumunda müəllimlik etmiş, direktor müavini və direktor olmuş, Nuxa və Ağdaş şəhərlərində maarif şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

O, 1934-1947-ci Ardı »

Azərbaycan tarixçiləriCəmil Həsənli - Ailəsi

Ailəlidir. 2-si qız 1-i oğlan olmaqla 3 övladı, 5 nəvəsi var:

1977-ci ildə Fatma Həsənli ilə ailə həyatı qurub. İki oğlu, iki qızı dünyaya gəlib. İlk oğlu Vüqar Həsənli 2007-ci ildə dünyasını dəyişib. 1 qızının adı Günel Həsənlidir. Ardı »

Azərbaycan tarixçiləriZaur Həsənov (tarixçi)

Zaur Həsənov - azərbaycanlı tarixçi, tarix elmləri doktoru, skiflər və kimmerlər üzrə mütəxəssis.

Kitabları[redaktə]
Царские скифы. N.Y.Liberty Publishing House, 2002.
Məqalələri[redaktə]
Kimmerlər və onların Azərbaycan tarixində yeri. Avtoreferat, Bakı–2008.
От шаманистической мифологии до тюркского эпоса Кёроглы (и мифа о происхождении скифов от Геракла)
Погребальный обряд как основа выявления собственно скифских курганов Азербайджана (Burial rite as a basis for the identification of proper Scythian kurgans in Azerbaijan), 2012.
Крестовый орнамент как маркер "центра мира" в шаманизме киммерийцев и скифов. "İncəsənət və mədəniyyət problemləri" dərgisi, № 3 (37), səh. 22-37. Ardı »

Azərbaycan tarixçiləriAbbasqulu ağa Bakıxanov - Bədii yaradıcılığı

Bədii yaradıcılığı[redaktə]
Abbasqulu ağa Bakıxanov çoxcəhətli bədii və elmi yaradıcılığa malikdir. Bədii əsərləri arasında "Riyazül-Qüds", "Mişkatül-ənvar"adlı poeması, "Qüdsi" təxəllüsü ilə yazdığı qəsidə, qitə, qəzəl, rübai, məsnəviləri, avtobiorafik şeirləri, mənzum hekayələri, təmsilləri öz əksini tapmışdır.

Poemaları[redaktə]
A.Bakıxanovun Varşavada olarkən yazdığı "Meraci-xəyal" ("Xəyalın uçuşu"),"Məclisi-firəng" ("Firəng məclisi") poemaları xüsusi əhəmiyyət kəsb edir. Fars dilində yazılmış bu poemalar avtobioqrafik səciyyə daşıyır. Onlar öz məzmununa, bədii strukturuna, dil və üslub xüsusiyyətlərinə görə klassik Şərq ədəbiyyatında geniş yayılmış "Şikayətnamə"ləri, "Ərzi-hal"ları xatırladır. Qüdsi bu poemalarında Varşavadakı həyat tərzini, məşğuliyyətini, mənəvi-əxlaqi düşüncə, axtarış və iztirablarını və nəhayət, Şərq və Qərb dünyası barədə görüşlərini təqdim etmişdir.

Yaradıcılığının ilk illərində onun dünyagörüşü üçün dini sxolastika Ardı »

Azərbaycan tarixçiləriNərgiz Əliyeva (tarixçi)

Nərgiz Əliyeva - tarix üzrə elmlər doktoru, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini
Həyatı[redaktə]
Nərgiz Ağasəlim qızı Əliyeva 25 noyabr 1952-ci ildə Bakı şəhərində doğulmuşdur.Orta məktəbi 1969-cu ildə bitirmiş, həmin ildə BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olmuşdur.1974-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Nərgiz Əliyeva AMEA Azərbaycan Tarix İnstitutunun böyük laborantından Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlmişdir. N.Əliyeva Muzeyin elmi ekspozisiyasının qurulmasında, muzey işlərinin planlaşdırılması və elmi hesabatların yazılmasında, elektron gidlərin və monitor tədqimatların hazırlanmasında, muzey materiallarının pasportlaşdırma və inventarlaşdırılmasının proqramlaşdırılması layihəsində, konfransların təşkilində və muzeyin elmi nəşrlərinin redaktəsində yaxından iştirak etmişdir. O, Muzeyin elmi Ardı »

Azərbaycan tarixçiləriQiyasəddin Qeybullayev - Əsərləri

Топонимия Азербайджана. Баку, Элм, 1986. - 192.
Qarabağ: Etnik və siyasi tarixinə dair. Bakı, Elm, 1990. 248 s.
К этногенезу азербайджанцев. Баку, Элм, 1991.
Qədim türklər və Ermənistan. B. : Azərnəşr, 1992, 140 səh.
Qarabağın etnik tarixi. Bakı, 1993.
Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı. "Azərnəşr", 1994. 248 s.
Azərbaycanlıların etnik tarixinə dair.- Bakı, Elm, 1994.
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti (Budaq Budaqov ilə həmmüəllif): I hissə, II hissə, III hissə, IV hissə. Bakı, "Oğuz eli", 1998.
Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğəti (Budaq Budaqov ilə həmmüəllif). Bakı: Nurlan, 2008, 312 s. 500 nüsxə.
Elmi publisistik məqalələr. Bakı, 2002.
Biz beləyik (satirik lövhələr və şerlər). Baki, 2002. Ardı »

Azərbaycan tarixçiləriAbbasqulu ağa Bakıxanov

Abbasqulu ağa Bakıxanov (tam adı: Bakıxanov Abbasqulu Mirzə Məhəmməd oğlu, Qüdsi; d. 21 iyun 1794, Əmircan, Bakı – ö. 1847, Məkkə) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi.

XIX əsr Azərbaycan marifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüslü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur.

1820-1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Türkmənçay (1828) və Gülüstan müqavilələrinin (1813) imzalanmasında tərcüməçi kimi iştirak etmişdir.
Həyatı[redaktə]
Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakının Əmircan (Əmirhacıyan) (köhnə adı Xilə) kəndində varlı bir ailədə Ardı »

Azərbaycan tarixçiləriFəridə Məmmədova (tarixçi)

Həyatı[redaktə]
Fəridə Məmmədova 8 avqust 1936-cı ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, ADPU-də, 1997-1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 2006-ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiridir.

Əsas elmi nailiyyətləri[redaktə]
İlk dəfə onun tərəfindən Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunmuşdur. F.Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I-VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırmışdır. O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq etmişdir. F.Məmmədova Ardı »