Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan tarixçiləriZülfəli İbrahimov

Zülfəli İmaməli oğlu İbrahimov (1910-1972)—Azərbaycan tarixçisi.

Həyatı[redaktə]
Zülfəli İmaməlioğlu İbrahimov 1910-cu il dekabrın 25-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olmuşdur.

1924-cü ildə ailəsi ilə birgə Bakıya köçmüş və burada təhsil almışdı.

1932-ci ildə Z.İbrahimov Ümumittifaq Jurnalistlər İnstitutunda oxumaq üçün Moskvaya göndərilir.

1935-də İnstitutu bitirdikdən sonra Bakıya qayıdaraq, "Kommunist", "Nuxa fəhləsi", "Yeni yol", "Gənc işçi" və b. qəzet redaksiyalarında məsul vəzifələrdə çalışmışdır.

1936-37-ci dərs ilindən isə Z.İbrahimov pedoqoji fəaliyyətlə məşğul olmağa başlamışdır.

Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının təşkili də onun adı ilə bağlıdır.

Belə ki, sovet dövründə milli respublikalarin tarixinin öyrənilməsi və tədrisinə çox saylı əngəllərin olduğu bir şəraitdə o, Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının açılmasına nail olmuşdur.

Z.İbrahimov Ardı »

Azərbaycan tarixçiləriAğamir Məmmədov

Məmmədov Ağamir Sadıq oğlu – tarixçi-alim, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının elmi əməkdaşı, Azərbaycan Dövlət Universiteti əsaslı kitabxanasının direktoru.

Həyatı[redaktə]
1937-ci il oktyabrın 14-də respublikanın rəhbər orqanlarına imzasız məktub daxil olur. "Mən sizə əsl bir müsavatçı haqqında məlumat verməyi özümə borc bilirəm. Akademiyanın elmi işçisi, ADU-nun və APİ-nin müəllimi, xalq düşməni, professor Bala bəy Həsənbəyovun sağ əli, Kirovabad şəhərində anadan olmuş, Bakıda çoxdan yaşayan vətəndaş Ağamir Məmmədov, onun atası, əmisi oğlanları, bir sözlə, bütün məmmədovlar ailəsi Müsavat partiyasının üzvüdürlər. Həsənbəyovun bütün sirlərini Ağamir Məmmədovdan öyrənmək olar...". A.Məmmədov o dəqiqə həbs edilir. Böhtançı-iftiraçı istintaq maşını təcili hərəkətə gəlir. "Sübutlar" çoxdan hazırdır, "şahidlər" sanki qapı Ardı »

Azərbaycan tarixçiləriHəsənəli xan Qaradaği - Pedaqoji fəaliyyəti, Tiflis dövrü

Xan Qaradağski şəhərdə artıq istedadlı bir şair kimi şöhrət tapmaqla yanaşı, 60-cı illərin sonundan müəllimlik fəaliyyətinə başlayır və bu fəaliyyəti ilə də özünə hörmət qazanır. Qohum-qonşular uşaqlarını savadlandırmaq üçün onun yanına göndərirlər. Balacaağa dedikləri Xan Qaradağski onların xahişini məmnuniyyətlə qəbul edir və 20 nəfərə qədər uşaq toplayıb evində dərs deməyə başlayır. Sxolastik üsulu ilə ərəbcə dərs keçməyin çətinliyini bilən Xan Qaradağski, şagirdlərinə dərsi özünun tərtib etdiyi sadə üsulla: təbaşir və yazı lövhəsi ilə, parta arxasında ana dilində keçir. Dərslərində riyaziyyat, Ana dili, ədəbiyyat, coğrafiya və başqa dünyəvi fənlərlə yanaşı Qur’an ayələri və namaz dualarına da xüsusi önəm verirdi. Əzbərləmə metodunun üstün Ardı »

Azərbaycan tarixçiləriƏbdülkərim Əlizadə

Həyatı[redaktə]
Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakı yaxınlığındakı Bilgəh kəndində anadan olmuşdur.

Əbdülkərim Əlizadə 1930-cu ildə Leninqrad Şərq İnstitutunu bitirmişdir. 1935-ci ildə SSRİ EA Şərqşünaslıq İnstitutunda, 1936-1938 illərdə Leninqrad Şərq İnstitutunda, 1938-1939 illərdə Leninqrad Dövlət Universitetində işləmişdir.

Əbdülkərim Əlizadə 1941-1963 illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və orta əsrlər yarixi şöbəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) İctima elmlər bölməsinin akademik katibi vəzifələrində çalışmışdır. O, 1958-1963 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun ilk direktoru olmuşdur. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Ardı »

Azərbaycan tarixçiləriƏdalət Qasımov

Həyatı[redaktə]
Ədalət Qasım oğlu Qasımov 5 dekabr 1956-cı ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1963-1973-cü illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbində orta təhsil almışdır. 1973-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1977-1979-cu illərdə AMEA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alıb. 1986-cı ildə «Naxçıvan MSSR zəhmətkeşlərinin maddi rifahının və mədəni səviyyəsinin yüksəlməsi (1971-1980-ci illər)» mövzusu üzrə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.

Naxçıvan Muxtar Respublikasının, eləcə də müasir tariximizin digər məsələləri ilə bağlı 3 monoqrafiya və 100-dən çox məqalə nəşr etdirmişdir. 2011-ci ildə «Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003-cü Ardı »

Azərbaycan tarixçiləriŞahmərdan Əhmədli

Həyatı[redaktə]
Şahmərdan Əhmədli 1969–cu il sentyabrın 17-də Qax şəhərində anadan olub. Qax şəhər 1 saylı orta məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1988-1989-cu illərdə Primorsk diyarının Vladivostok şəhərində hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 39 saylı yol-istismar sahəsində fəhlə (1986-1987) kimi başlamış, Qax Süd Məhsulları İstehsalı Zavodunda iqtisadçı (1993-1996), sonra isə zavodun idarə heyətinin sədri (2006-2009) və "Kürmük" MMC Mineral Su İstehsalı Müəssisəsinin direktoru (2006-2009) işləyib. Müxtəlif vaxtlarda Qax, Zaqatala, Balakən rayonlararası tarix və mədəniyyət abidələrinin muhafizəsi və istifadəsi idarəsində baş müfəttiş (1998-1999), İlisu dövlət tarix-mədəniyyət qoruğunda böyük elmi işci (2005-2009), Qax Rayon İcra Hakimiyyətinin Ardı »

Azərbaycan tarixçiləriQafar Cəbiyev

Cəbiyev Qafar Cəfər oğlu — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (2008).

Həyatı[redaktə]
Qafar Cəbiyev 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlmişdir. 1969-cu ildə H.Zərdabi adına KDPİ-nin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973-1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974-1976-cı illərdə "Zəhmətkeş" rayon qəzetində məktublar şöbəsinin müdiri, 1977-1978-ci illərdə "Bilik" cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi işləmişdir. 1978-1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980-1981-ci illərdə "Zəhmətkeş" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1980-cı ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuşdur. 1981-1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, Ardı »

Azərbaycan tarixçiləriİsaq Məmmədov

Həyatı[redaktə]
İsaq Məmmədov 1925-ci ildə Qubadlı rayonunun Qaracallı kəndində dünyaya gəlib. Orta təhsilini rayonda başa vurduqdan sonra ali təhsil almaq üçün Bakıya üz tutub. Azərbaycan Dövlət Universitetinin tarix fakkultəsinə qəbul olub. Oranı bitirən kimi o "Tarix" kafedrasına müəllim təyin olunub. 1955-ci ildə namizədlik, 1959-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1970-ci illərin axırı 1980-cı illərin əvvəlləri Naxçıvan Dövlət Pedogoji İnstitutunun rektoru vəzifəsində çalışıb. Sonralar Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdüri işləyib. Respublika miqyasında görkəmli pedaqoq və məhsuldar tədqiqatçı kimi tanınan İsaq Məmmədov 1977-1978-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri, 1978-1984-cü illərdə Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru, daha sonra 10 il ADNA-da Ardı »