Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan tarixçiləriİsa Əzimbəyov

Həyatı[redaktə]
XX əsrin 20-ci illərində Azərbaycanın ilk arxeoloq və epiqrafçılarından olan Nardaran ziyalısı İsa Əzimbəyov doğma kəndinin qədim abidələrinin tarixini tədqiq edərək "Azərbaycan Arxeologiya Komitəsinin xəbərləri" adlı jurnalda bu barədə məqalə dərc etdirmişdi.

Əsərləri[redaktə]
“Drevnosti Lenkoranskoqo kraya”
"Tiflis, İrəvan və Naxçıvan SSR-in müsəlman kitabələri" Ardı »

Azərbaycan tarixçiləriQiyasəddin Qeybullayev

Həyatı[redaktə]
Qeybullayev Qiyasəddin Əsgər oğlu 13 mart 1934-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Baki şəhərində 9 nömrəli Peşə Texniki məktəbində oxuyub. 1952-ci ilin noyabrında "Buzovnaneft" və "Kirovneft" mədənlərində təmir ustasının köməkçisi işləyib. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində təhsil alıb, Cəlilabad rayonunun Sabirabad kənd orta məktəbində 2 il tarix muəllimi işləyib. 1960-cı ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstititutunun nəzdində Azərbaycan etnografiyası ixtisası üzrə aspiranturada oxuyub. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi (1964-1973), baş elmi işçi (1973-1992),1992-ci ildən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnografiya sektorunun aparıcı elmi işçisi olmuşdur. 1966-cı ildə tarix Ardı »

Azərbaycan tarixçiləriHəsənəli xan Qaradaği - Tərcüməçilik fəaliyyəti

Həsənəliağa Xan Qaradağski İ.A.Krılovun 60-dan artıq təmsillərinin tərcüməçisi, K.D.Uşinskinin (1824-1870/71), A.Y.İzmaylovun (1779-1831), A.A.Pçelnikova adı ilə şeir və hekayələrinə imza atan A.A.Seydlerin (1830-1891), L.N.Modzalevskinin (1837-1896) hekayə, şeir və təmsillərinin Azərbaycan dilinə ilk tərcüməçisi olmuşdur:

Uşaqları məktəbə şövqləndirmək

Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə,
Tə’lim alıb oxuyun, adət edin ədəbə.

Gün çıxıbdır, qalxıbdır, xoruz çoxdan banlıyır.
Tez geyinin, gün, xoruz sizi tənbəl anlıyır.

Adam, xoruz, yırtıcı – hamıları gedirlər
İş dalınca, hər biri durub bir şey edirlər.

Qanadlı qarışqalar şələ çəkir, arılar
Bal çəkməyə gedirlər çiçəklərdən hər nə var.

Çöllər çəmən olubdur, ayılıbdır meşələr,
Ağacdələn taqu-tuq eyləyibdir peşələr.

Qəmu çaylar da axır, şırıldıyubən gedir,
Torçu balıq ovlayır, oraq biçir, səs edir.

Həmd eyləyin Allaha, dərs oxuyun, bəhs edin,
Allah Ardı »

Azərbaycan tarixçiləriHəsənəli xan Qaradaği - Jurnalist, Xəttat, Teatr xadimi

Jurnalist[redaktə]
Həsənəliağa Xan Qaradağski Sankt-Peterburq, Krım, və əlbəttə ki, Azərbaycan ziyalıları ilə həmişə əlaqə saxlamışdır. İsmayıl bəy Qasprinski, Ünsizadə qardaşları, Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli ilə daim məktublaşmada idi.

Firidun bəy Köçərlinin Həsənəli ağaya yazdığı məktubların birində onun roman janrında əsər yaratması kimi təklifi var: "Xahişim var ki, öz dirilik və zindəganlığımıza dair roman kimi bir əhvalat tərtib və təsnif edin... əvvəlinci şəxs təzə və yeni yetişən cavanlardan birisinin əsvat və hüsn-əxlaqi və nəsif işləri təqrirə gətirilsin... bu barədə Siz də öz fikrinizi və təqdirinizi yazıb göndərəsiniz".

Həsənəliağa Xan Qaradağski mütəmadi olaraq dövrü mətbuatda çıxış edir, mövqeyini bildirirdi.

Xəttat[redaktə]
Həsənəliağa gözəl xəttat olub. Bir misal olaraq Ardı »

Azərbaycan tarixçiləriMir Mehdi Xəzani

Mir Mehdi Xəzani — tarixçi, şair

Həyatı[redaktə]
Mir Mehdi Mir Həşim bəy oğlu 1819-cu ildə Qarabağın Bərgüşad mahalının Məmər kəndində anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Öz kəndlərini İbrahimxəlil xan Cavanşir nəsilbənəsil onların uruğuna bağışlamışdı. Molla Rəfi bəy Mirzə Məhəmməd bəy oğlu Şıxımlının (1809-?) dəvəti ilə Dizaq mahalına köçmüşdü. Bir müddət bu kənddə məktəbdarlıq edəndən sonra kürəkənin dəvəti ilə, 1859-cu ildə Tuğ kəndində yerləşmişdi. O, burda da məktəbdarlıqla məşğul olmuşdu.Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani müsəlman dini ehkamına dair uşaqlar üçün Azərbaycan dilində mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirmişdi.

Mir Mehdi kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni Ardı »

Azərbaycan tarixçiləriHəsən bəy Rumlu

Həsən bəy Rumlu – Mənşəcə Azərbaycan türklərindən olan XVI əsrdə yaşamış görkəmli tarixçi, məşhur çoxcildlik "Əhsən ət-təvarix" ("Tarix kitablarının ən yaxşısı") təzkirəsinin müəllifi.

Həyatı[redaktə]
Həsən bəy Rumlu 1530-1531-ci ildə Qum şəhərində anadan olmuşdur. Erkən yaşlarında atasını itirdiyi məlumdur. Onun atası barədə heç bir məlumat yoxdur. Özünün də xatirələrində yazdığı kimi, babası Əmir Sultan Rumlunun ailəsində tərbiyə almışdır. Onun yazdığına görə, 1536-1537-ci ildə I Şah Təhmasibin kiçik qardaşı Qəzvinə gələrkən o anası ilə Əmir Sultanın yanında yaşayırmış və qonağı şaha layiq hədiyyələr-"çadırlar, pullar, cins atlar və bahalı əşyalarla" qarşılayıblar. Buradan aydın olur ki, Rumlu tanınmış və zəngin bir ailədə tərbiyə almışdır və buna görə Ardı »

Azərbaycan tarixçiləriCəmil Həsənli - İctimai-siyasi fəaliyyəti

Cəmil Həsənli 1988-1991-ci illər Milli Azadlıq Hərakatının iştirakçılarından biri olmuş və 1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsinin də üzvü olmuşdur. AXC-nin BDU təşkilatında təmsil olunmuşdur. 1994-2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin humanitar məsələlər üzrə müavini olmuşdur. 2005-ci ildə AXCP üzvlüyündən çıxmışdır. 2005-2013-cü illərdə Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri olmuşdur. 2007-ci ildə AMEA-nın tarix üzrə müxbir üzvülüyünə namizəd olmuş lakin yetərli səsi yığa bilməyərək bu vəzifəyə seçilə bilməmiş və sonradan AMEA-ya olan seçkilərdən bəhs edərkən "müxbir üzv mərhələsini keçmədən birbaşa həqiqi üzvlüyə seçilənlər demək olar ki, hamısı eyni regionun "alimləridir" demişdir. 2009-cu ildə təsis edilmiş Azərbaycan Ziyalılar Forumunun həmtəsisçilərindən biri Ardı »

Azərbaycan tarixçiləriRzaqulu bəy Vəzirov

Rzaqulu bəy Mirzə Camal bəy oğlu Vəzirov - tarixçi, məmur, Mirzə Camal Cavanşirin oğlu.
Həyatı[redaktə]
Rzaqulu bəy Mirzə Camal bəy oğlu1814-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Əslən Cavanşir-Dizaq mahalı nın Hacılı camaatındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Şuşa qəzasının Çıləbörd sahəsidə murov yardımçısı, sonra murov vəzifələrində çalışmışdı. 1842-ci ildə praporşik rütbəsi almışdı. O, Mirzə Fətəli Axundovla dost idi və onunla yazışırdılar. Rzaqulu bəy 1875-ci ildə vəfat edib.


Rzaqulu bəy Hacı Ağalar xan Qasım bəy oğlu Sarıcalı-Cavanşirin qızı Dürnisə bəyimlə ailə qurmuşdu. Həşim bəy, Məhəmmədşəfi (Məmiş) bəy, Camal bəy adlı oğulları, Nənəxanım xanım, Güllü Ardı »