Qərbi Azərbaycan → Buğdaşen
Buğdaşen — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd.
Tarixi[redaktə]
Rayon mərkəzindən 20 km cənub-qərbdə, Gümrü-Qurduqulu (Oktemberyan) yolunun üstündə, yaylaqda, Arpaçayın yaxınlığında yerləşir. Burada XIX əsrin 30-cu illərinə qədər azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-1829-cu illərdə Türkiyənin Alaşkert, Bulanix, Muş vilayətlərindən köçürülmüşdür.
Toponim buğda və qədim türk dilində «kənd», «yaşayış yeri» mənasında işlənən şenlik mənasını ifadə edən şen sözündən formalaşmışdır. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.XII.1947-ci il fərmanı ilə adı dəyişdirilib Baqravan qoyulmuşdur.
Buğdaşen stansiya qəsəbəsi - Ağin (Ani) rayonunda stansiya qəsəbəsi. Qəsəbənin adı Buğdaşen kəndinin adından götürülüb. Erm. SSR AS RH-nin 31.VII.1950-ci il tarixli fərmanı ilə dəyişdirilib Baqravan stansiya qəsəbəsi qoyulmuşdur. Ardı »