Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanGığı

Tarixi[redaktə]
Kığı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Rayon mərkəzindən 35 km şimal-qərbdə, Kığı çayının sahilində yerləşir. Burada azərbaycanlılarla bağlı .X əsrə aid tarixi abidə indi də durur. Kənddə 1831-ci ildə 131 nəfər, 1873 - cü ildə 191 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 215 nəfər, 1904 - cu ildə 569 nəfər, 1914 - cü ildə 190 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-135). 1918-ci ilin martında azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunımuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 335 nəfər, 1926-cı ildə 265 nəfər, 1931-ci ildə 380 nəfər (415, s.56-57, Ardı »

Qərbi AzərbaycanHamamlı

Hamamlı— Ermənistan Respublikasında şəhər. Hamamlı şəhəri (dəyişdirilmiş adı Spitak) Pəmbək çayının (Kür hövzəsi) sahilində yerləşir. 1960-cı ildən rayon tabeli şəhərdir.
Haqqında[redaktə]
12 noyabr 1988-ci ildə Hamamlı (Spitak) rayonunun daşnak xislətli kommunist rəhbərləri – raykomun birinci katibi N.Muradyan, RİK-in sədri F.Abuçyan, milis rəisi V.Sərkisyan, prokuror Araksiyan, xalq hakimi V.Sərkisyan, rayonun baş həkimi R.Bağdasaryan başda olmaqla və onların fitvası ilə daşnak terror qrupları evlərini, yer-yurdlarını tərk etmək üçün azərbaycanlılara dözülməzlik şəraiti yaratmışlar. Onlarca uşaq itkin düşmüş, oğurlanmış, işgəncələrə dözməyən 36 nəfər Azərbaycan türkü həyatını qeyb etmişdir. Ardı »

Qərbi AzərbaycanElman İsgəndər

Həyatı[redaktə]
Elman İsgəndər 1955-ci il aprel ayının 5-də Ermənistan SSR Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. 1962-ci ildə orta məktəbin 1-ci sinfinə başlamış, 1972-ci ildə orta məktəbi bitirmişdir.

1973-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitunun kimya-biologiya fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1978-ci ildən 1983-cü ilə kimi İsmayıllı rayonunda təyinatla müəllim işləmişdir. 1983-cü ildə Azərbaycan Respublikası EA Botanika institutunda aqronom vəzifəsinə işə götürülmüşdür. 1984-cü ildə “Botanika” ixtisası üzrə aspiranturaya daxil olmuş və 1989-cu ildə “Qafqaz florasına aid nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin Abşeronda bioekoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya elmləri namizədi elmi dərəcəsi Ardı »

Qərbi AzərbaycanHikmət Babaoğlu - Tədqiqat sahəsi

MƏQALƏLƏR

1. Azərbaycan və Qafqazda siyasi nüfuz.

“Aydınlıq” № 15 (144) 02.04.1993
2. Qədim türklərdə dövlət və siyasət.

“Yeni Azərbaycan” 19.05.1995
3. Siyasi üfüqlər aydınlaşmaga başlayır.

“Səs” № 23 (206) 01.06.1995
4. Azərbaycan MDB dövlətləri arasında ən müstəqil ölkədir.

“Səs” № 31 (214) 28.06.1995
5. “Əsrin müqaviləsi”nin siyasi tərəfinə bir baxış.

“Səs” № 28 (211). 17.06.1995
6. Azərbaycan-Ukrayna münasibətləri yeni mərhələdə.

“Səs” № 41 (224). 09.08.1995
7. “Xəzər bizi həm ayırır, həm də birləşdirir”

“Səs” 23.08.1995
8. Müxalifətə daha nə lazımdır?

“Səs” № 47 (230). 09.09.1995
9. Müxalifətin seçkiləri Ardı »

Qərbi AzərbaycanNağı Əbdüləzimov

Nağı Əbdüləzimov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı.

Həyatı[redaktə]
Nağı Kərim oğlu Əbdüləzimov 14 dekabr 1936-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. 1953-cü ildə orta məktəbi bitirdikdən sonra Pedaqoji institutun Dil-ədəbiyyat fakültəsinə daxil olub.

1957-1962-cü illərdə orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib. 1962-ci ilin sentyabr ayında Basarkeçər rayon Komsomol Komitəsinin birinci katibi seçilərək, 1967-ci ilin avqust ayına kimi həmin vəzifədə çalışıb.

1967-1969cu illərdə Bakı Ali Partiya Məktəbində oxuyub . 1969-1974 -cü illərdə Zod kəndində kolxoz sədri işləyib. 1974-1976 -cı illərdə Gəncə şəhəri Yüngül Sənaye Texnikumunda müəllimlik edib.

1976- cı ilin fevralından 1981- ci ilin aprel ayına qədər Azərbaycan KP Gəncə şəhər komitəsində Ardı »

Qərbi AzərbaycanŞəki qalası (Sünik)

Şəki qalası – Qərbi Azərbaycan (indiki Ermənistan respublikası) ərazisində qala-şəhər.

Qala Qarakilsə rayonu (dəyişdirilmiş adı Sisiyan) ərazisində, Ağdüz kəndinində, Bazarçayın sahilində, Darvaztəpə dağının zirvəsində yerləşir. Şəkki qalası Azərbaycanda eramızdan əvvəl VII-V əsrlərdə məskunlaşan Saka (Şaka,Saklar) adlı türk tayfasının adını qoruyub saxlayıb və qalanın da əsasının saklar tərəfindən qoyulması faktını da sübut edir. Son tədqiqatlar göstərmişdir ki, vaxtilə həmin ərazidə mərkəzi Şəkki qalası olan vilayət mövcud olmuşdur. Şəkki qalası Qafqaz albanlarından olan knyaz Səhl ibn Sunbatın əsas iqamətgahı kimi, Babək Xürrəmidinin də süqutunun şahididir. Şəkkı qalası həm də Qızıl Arslanla Nizami Gəncəvinin görüş yeridir. Ardı »

Qərbi AzərbaycanAğbaba mahalı

Tarixi[redaktə]
Ağbaba mahalı tarixən Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars vilayətinin tərkib hissəsi kimi,1877-1878-ci illərdə Çar Rusiyası tərəfindən işğal edilərək Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyyəsi şəklində Rusiyanın tərkibinə qatılıb.SSRİ dövründə 1930-cu ilə qədər Gümrü qəzasının Ağbaba nahiyyəsi adlanmış,Ermənistan SSR rayonlaşdırılan zaman burada Amasiya inzibati rayonu yaradılmışdır. Ağbaba mahalının bir hissəsi də Qızıl Qoç rayonu ərazisinə düşür. 1920-ci ildə SSRİ-Türkiyə sərhədləri dəqiqləşdirilərkən Ağbaba mahalının Köhnə İbiş və Bəzirkan kəndləri Türkiyə ərazisində qalmışdır. Mahal Qaraxaç silsiləsi, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnmişdir.

1914-1918-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri qırğınların ən qaynar bölgəsindən olan Ağbaba nahiyəsinin əksər və Şörəyel nahiyəsinin bir Ardı »

Qərbi AzərbaycanƏtayə Ələmdarqızı

Ətayə Ələmdarqızı (Hümbətova) (12 sentyabr 1983)—jurnalist, ssenari müəllifi.

Həyatı[redaktə]
Ətayə Ələmdarqızı 12 sentyabr 1983-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunda (Mağaracıq kəndi) anadan olub.

2005-ci ildə APİ-nin İbtidai təhsil, pedaqogika və metodika fakültəsini bitirib.

2002-2006-cı illərdə müxtəlif qəzetlərdə müxbir və redaktor işləyib.

2006-2014-cü ildən "Lider" televiziyasının "Səda" informasiya proqramında müxbir işləyib. Hazırda "Lider tv və Radio Azərbaycan" MMC-də Analitik araşdırmalar redaksiyasında müavin vəzifəsində çalışır.

"Biz qəhrəmanlığı səndən öyrəndik" (Heydər Əliyev), "Aida İmanquliyeva 70" filmlərinin həmmüəllifidir.

Ailəlidir, 1 qızı var. Ardı »