Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Basarkeçər

Basarkeçər — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalı ərazisində Basarkeçər rayonunun mərkəzi. 1969-cu ildən Vardenis.
Tarixi
Basarkeçər İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Göyçə gölünün yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.61) qeyd edilmişdir.

1969-cu ildən şəhər tipli qəsəbə və eyni adlı rayonun mərkəzi olmuşdur.

Kənddə tarixən azərbaycanlılar yaşamışdıır. 1831-ci il əhalinin siyahıya alınmasında burada 178 nəfər yalnız azərbaycanlının yaşadığı göstərilir (386, s.599-602; 415, s,110). 1831-ci ildən sonra Türkiyədən köçürülən 1296 nəfər (1873 - cü il siyahıya alınmasına əsasın) erməni burada yerləşdirilmiş, azərbaycanlılar sıxışdırılmağa başlanmışdır. 1897-ci ildə burada 85 nəfər azərbaycanlı, 2108 erməni yaşamışdır (415, s.26-27). 1908, 1914, 1916-cı illərdə əhali ümumi şəkildə (azərbaycanlılar və ermənilər birlikdə) göstərilmişdir. 1918-ci ildə axərbaycanlılar qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra buraya azərbaycanlılar qayıda bilmişlər. Erməni mənbələrində göstərilir ki, burada 1922-ci ildə 1 nəfər (2511 erməni), 1926-cı ildə 7 nəfər (3456 erməni), 1931-ci ildə 19 nəfər (3914 erməni) azərbaycanlı yaşamışdır (415, s,27, 111). Lakin bu rəqəmlər inandırıcı deyil. 1967-cı ildə 150 (9150 erməni) nəfər (ASE, 1975, I., s.485), 1970-ci ildə 9 nəfər azərbaycanlı (8077 erməni) yaşamışdır. 1988-ci ildə azərbaycanlılar tam surətdə zorla qovulmuşlar. İndi burada təkcə ermənilər yaşayır.

Erməni alimlərinin fikrincə, Basarkeçər toponiminin hücum etmək mənasında işlənən «basar» və keçmək, getmək mənasını bildirən «keçər» sözlərinin birləşməsindən əmələ gəlmişdir (427, s.609). Bu, doğru izah deyil, təsviri, əsl həqiqəti gizlətməyə xidmət edən izahdır.

Toponim qıpçaq mənşəli bazar//basar etnoniminə (286, s. 60-61) qeyri-qəti gələcək zamanda işlənən keçər sözünün qoşulmasından əmələ gəlmişdir. «Bazar //basar tayfasının keçdiyi, getdiyi yer» mənasını bildirir. «...bazar sözü mürəkkəb toponimlərin tərkibində tayfa adı kimi işləndikdə toponimik adın 1 komponenti... yerində işlənir» (93, s.31). Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 2.VI.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Vardenis qoyulmuşdur.


Tarix: 07.02.2015 / 13:56 Müəllif: Feriska Baxılıb: 96 Bölmə: Qərbi Azərbaycan
loading...