Maraqlı melumatlar → Ruhani Nəyə Lazımdır
Mikro-avtobusun gənc sürücüsü fit çala-çala yavaşca sükanı döyəcləyirdi. Kefi kök idi. Kənddəki fermerlərdən biri öz bağından yığdığı almaları şəhərə aparıb bazara təhvil verməyi ona tapşırmışdı. Alma dolu yeşiklər səliqə ilə avtobusun arxa hissəsində üst-üstə yığılmışdı.
Maşında xeyli yük vardı, buna görə də oğlan yolda qabağına çıxan çuxurların, daşların üstündən ehtiyatla sürüb keçməyə çalışırdı. Yükü mənzil başına çatdırandan sonra ona yaxşı pul verəcəkdilər. Həmin pulla nələr alacağını bu başdan planlaşdırır, xəyalların içində üzürdü.
Yolüstü kəndlərin birinə dönən cığırda qaraltı gördü. Qaraltı kim idisə, əlini qaldırıb maşın saxlamaq istəyirdi. Qabaqda gedən iki maşın saxlamayıb keçdi. Yaxınlaşdıqca oğlan yolda duranı daha aydın görürdü. Ruhani geyimində, əyni Ardı »