Maraqlı melumatlar → Sələm (Faiz yemək)
Sələmin lüğəti mənası artmaq və çoxalmaqdır. Istilahi mənası isə: Alış-veriş olmadan malın əvəzsiz yerə çoxalması. Sələmin iki növü vardır:
Fəzl sələmi: o, eyni cinsdən olan malların birini digəri ilə alıb-satmaqdır. Məsələn: qızıl ilə qızılı, gümüş ilə gümüşü, xurma ilə xurmanı və s.
Nəsiə sələmi: o, borcun üzərinə əlavə gətirməkdir. Bu iki növ, sələmin daha geniş yayılmış növləridir.
Allah taala bu iki növü qətiyyətlə haram edərək buyurur:
"Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. Ardı »