Maraqlı melumatlar → ƏL VERMƏK MƏDƏNİYYƏTİ
(İslami saytlara əsasən)
Əl vermək - məişətimizin mədəniyyətlərindən biri kimi insanlar arasında geniş yayılmışdır. Salam vermək kimidir. Biz əl verməklə qarşı tərəfə öz əlaqə və səmimiyyətimizi bildiririk. Əksinə, kiminləsə düşmənçiliyimiz varsa, ona əl verməkdən çəkinirik. Ona görə də bu İslamın müqəddəs və bərəkətli göstərişidir. Dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirməkdə səmərəlidir. İmam Baqir (ə) buyurur: “İki mömin bir-birinə əl verərlərsə, Allahın əli onların əllərinin arasında olar. Allahın məhəbbət əli ən çox o insanlarladır ki, qarşı tərəfi çox istəyir”.
İmam Sadiq (ə) buyurur: “İki mömin qardaş bir-birinə yaxınlaşanda və bir-birinə əl verəndə, Allah rəhmət nəzəri ilə onlara baxar. Günahları ağacın yarpaqları kimi tökülər, o Ardı »