Maraqlı melumatlar → Təharət; Ayaqyoluna getməyin ədəb qaydaları
1. Ayaqyoluna daxil olmaq istədikdə bu duanı demək müstəhəbdir (yaxşıdır):
"Bismilləh, Allahummə inni əuzu bikə minəl xubsi vəl xəbais" (Allahın adı ilə. Allahım, dişi və erkək cinlərin şərrindən Sənə sığınıram). Buna dəlil, Əlinin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Hədisdə deyilir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Adəm övladı ayıb yerlərini cinlərdən qorumaq üçün ayaqyoluna girdikdə bismilləh (Allahın adı ilə) deməlidir"[1].
Digər dəlil isə Ənəsin (Allah ondan razı olsun) hədisidir. Hədisdə deyilir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaqyoluna daxil olduqda belə deyərdi: "Allahummə inni əuzu bikə minəl xubsi vəl xəbais" (Allahım, dişi Ardı »