Maraqlı melumatlar → Qeybətin yaranma səbəbləri
Aqil və müsəlman olan insan qeybəti yaradan səbəblər barəsində fikirləşdikdə bizim aşağıda qeyd etdiyimiz səbəbləri o da tapacaq:
Birinci səbəb: İnsan hər hansı bir işdə özünün qalib çıxmasına çalışdıqda qeybətə, böhtana və söz gəzdirmək kimi çirkin əmələ əl atır.
Ikinci səbəb: Başqalarına olan nifrət, kin-küdurət və düşmənçilik insanı qeybət etməyə sövq edir. Lakin, belə sifətlər möminlərdə, kamil iman sahiblərində olmaz. Allah bizi belə sifətlərdən qorusun!
Üçüncü səbəb: Özünü yüksəklərə qaldırmaq, başqalarını alçaltmaq istəyi qeybətə zəmin yaradır. Məsələn, “fılankəs cahil, zəif düşüncəli və iradəsizdir” deməklə, insan özünün hörmətli, güclü və belə qüsurlardan uzaq bir insan, başqasının isə səviyyəsiz olduğunu bildirərək özünü diqqət obyektinə çevirir. Ardı »