Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarIslam Dininin Hokmleri

İslam dininin göstərişinə əsasən hər bir
müsəlman aşağıdakı hökmlərə bacardığı qədər
əməl etməli və onları yüngül sayıb tərk etməkdən
çəkinməlidir:
1-Namaz: (Gündə beş vaxtda müəyyən
qaydalar və şərtlər əsasında Allah ibadətinə
məşğul olmaq).
2-Oruc: Ramazan ayında sübh açılandan
gün batana kimi özünü yemək, içmək və bu kimi
bir sıra işlərdən saxlamaq;
3-Xüms: İllik xərcdən artıq qalmış malın
beşdə bir hissəsini şəriətdə müəyyən olunmuş
şəxslərə vermək;
4-Zəkat: Bə'zi malların müəyyən bir
hissəsini şəriətdə müəyyən olunmuş işlərdə
xərcləmək;
5-Həcc: İlin müəyyən vaxtında şəriətdə
nəzərdə tutulmuş şərtlər əsasında Məkkəyə (Allah
evinin ziyarətinə) getmək;
6-Cihad: Allah yolunda İslam düşmənləri
və təcavüzkarlarla vuruşmaq;
7-Xalqı yaxşı işlərə də'vət etmək: (Əmr
be mə'ruf);
8-Xalqı pis işlərdən çəkindirmək: (Nəhy
əz münkər);
9-Təvəlla: Allah dostlarını sevib onlarla
dostluq etmək;
10-Təbərra: Allah düşmənləri ilə əlaqəni
kəsib onlarla düşmənçilik etmək. Ardı »

Maraqlı melumatlarXORA XƏSTƏLİYİ VƏ YARALARIN MÜALİCƏSİ

Əgər hər hansı bir insan bu növ xəstəliklərdən şikayətlənsəydi, yaxud onun bədənində yara və ya xora olsaydı, Allahın elçisi barmağını belə edərək deyərdi. Süfyan Peyğəmbərin –səllallahu aleyhi və səlləm- hərəkətlərini göstərmək məqsədilə şəhadət barmağını yerə vurdu, sonra isə qaldırıb belə dedi:

(( بِسْمِ اللهِ تُرْبَةُ أَرْضِنَا بِريقَةِ بَعْضِنَا يُشْفَى سَقِىمُنَا بِإِذْنِ رَبِّنَا ))
«Bismilləhi turbətu ardınə bəriqəti bə'dinə yuşfə səqimunə bi-izni rabbinə» (Allahın adı ilə! Yerimizin torpağı, bəzilərimizin tüpürcəyi ilə dərdimiz Allahın izni ilə şəfa tapar).
(Buxari, 10/206; Müslim, 4/1724)
Hədisin mənası ondan ibarətdir ki, o, şəhadət barmağını öz tüpürcəyi ilə yaşlar, sonra isə onu torpağa sürtərdi. Bəzi qum dənəcikləri onun barmağına yapışardı. Barmağı bədənin Ardı »

Maraqlı melumatlarİmanın faydaları və səmərələri

Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfislərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə, o doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Səhih və səmimi bir imanın həm dünya həyatında həm də axirət həyatında faydaları və səmərələri vardır. Bunlardan bəzilərini sizlərə təqdim edirik:

• İman əhli Allahın dostluğuna nail olan bəxtiyarlardır. Allah Ardı »

Maraqlı melumatlarIslama Aid

Insanlar eyilerek de yuksele bilerler.Bizim eyilerek yukselmeyimizin tek yolu Namazdan kechir...

Bugunluk dini biliklerimiz bu qeder.Umudvariq ki bildiklerinizi tekrarladiz,bilmediklerinizi ise oyrendiniz.

Ey qadir ALLAH! SENe ona göre secde elemirem ki, SENin cennetine tamahim var, ona göre secde elemirem ki, SENin cehenneminden qorxuram. SENe ona göre secde edirem ki, SEN bu secdeye layiqsen... (Hezreti Eli)

Peygember (s) buyurur:Valideynlerinle yaxsi reftar et ve cennete qane ol.Eger onlara asi olan,o zaman cehenneme qane ol. /ALLAH valideynlerimizi bashimizdan eksik etmesin,ALLAH onlarin omrunu uzun,canlarini sag elesin.

Peygember (s) buyurur:Öyünmək və özünü bəyənmək shərəfi yeyib qurtaran fəlakətdir.

Bir insan Allahdan başqa kimseye ehtiyacı olmadığına inanarsa; Allah da onu başqasına mohtac etmez.
Ardı »

Maraqlı melumatlarDua və qədər

Belə fikir yayılıb ki, duada istədiyin şey qədərdə varsa onda o qulun dua edib etmədiyindən asılı olmayaraq mütləq olacaq. Əgər həmin şey qədərdə yoxdursa, onda qulun bu barədə dua edib etmədiyindən asılı olmayaraq o olmayacaq.

Bəziləri bu fikri ədələtli hesab edir və dua etməyi saxlayırlar. Onlar duanı faydasız hesab edirlər. Bunlar son dərəcə cahil və azmış insanlardır. Bununla yanaşı onların sözləri ziddiyətlidir, çünki onların yolu ilə gedilərsə onda istənilən səbəbdən imtina etmək lazımdır. Onlara demək lazımdır ki: “Əgər sizə yeyib içmək yazılıbsa, onda sizin yeyib içməyinizdən asılı olmayaraq bu mütləq olacaq. Əgər sizə övladlarınızın olması yazılıbsa onda zövcənizlə yaxınlıq edib etməməyinizdən asılı Ardı »

Maraqlı melumatlarILAHI...

Adini zikr eder gece ve gunduz,
Agaclar, guller, cicekler, Ilahi!
Konlumu, ruhumu aparir Sene,
Kecdiyim dolanbac yollar, Ilahi!

Bir can borcluyuq, al canimizi,
Alma elimizden imanimizi.
Arindir, barindir zamanimizi,
Acilmiw qarwinda eller, Ilahi!

Endirib zirveden dagi yol etme, Acgoz nefsimize bizi qul etme!
Namerdi millete Sen ogul etme,
Yoxsa yaziq olar iller, Ilahi. Ardı »

Maraqlı melumatlarPeyğəmbərə (ə) hörmətsizliyin nəticəsi

Ütbə Əbu Ləhəbin oğlu idi. O da atası kimi Peyğəmbərlə (s) düşmənçilik edərdi.

“Nəcm” surəsinin Peyğəmbərə (s) nazil olduğunu eşidən Ütbə dedi:

“Mən bu surəni qəbul etmir və ona inanmıram.” O, Peyğəmbərin (s) Meracından bəhs edən bu surəni məsxərəyə qoyub inkar edərdi. Peyğəmbər (s) ürək ağrısı ilə ona belə nifrin etdi: “Ey Allahım! Onu öz yırtıcı heyvanlarından birinə həvalə et.”
Çox keçmədən Ütbə ticarət karvanıyla “Şam” şəhərinə səfər etməli oldu. Bir az yol gedəndən sonra yırtıcı bir şirin karvana tərəf gəldiyini görən Ütbənin canına vəlvələ düşür. Səfər yoldaşları ona deyirlər:

“Biz ki, sənin yanındayıq. Bəs nədən qorxursan?”
“Məhəmməd (s) mənə nifrin etmişdir. And olsun Allaha, göylər Ardı »

Maraqlı melumatlarİslamın Gözəllikləri (Ailə qanunları)

İslam, insanların həm dünya və həm də axirət məsələlərini qoruyan bir dindir. Elə buna görə də insanın fitrətinə, bəşər xüsusiyyətinə və təbiətinə uyğun olan qanunlar müəyyənləşdirmişdir. İslamın ailə haqqında qanunları barədə dediklərimiz daha asanlıqla aşkar ediləcəkdir.
Birinci: Evlənmək:
Ərəb dilində evlənməyin mənası bağlanmaq və birləşmək mənasındadır. Şəriət termini olaraq onun mənası: "Şəriətin qanunlarına uyğun olaraq ər ilə arvadın qanuni nikah bağlılığı" – deməkdir.

Şəriətin bir çox dəlilləri nikahlanmanın bir qanun olmasını isbat edir.
Allah taala buyurur:
"Halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın!..." (ən-Nisa: 3)
"(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə Ardı »