Maraqlı melumatlar → Əhli Beyt (a.s.) Qurani Kərimdə [ II Hissə ]
Vilayət Ayəsi
Müqəddəs Quranda oxuyuruq:
«Həqiqətən, Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və ruku halında zəkat verənlər, sizin ixtiyar sahiblərinizdir. Allahı, Peyğəmbəri (s.a.a.) və iman gətirən şəxsləri özlərinə vəli seçən şəxslər, şübhəsiz Allahın dəstəsi qalib gələnlərdir.» (Maidə surəsi, ayə 55-56.)
Zəməxşəri Kəşşaf təfsirində yazır: Bu ayə Əli (a.s.) haqqında nazil olmuşdur. Bir gün o həzrət (a.s.) məsciddə namaz qılıb ruku halında olduğu zaman, bir yoxsul ondan kömək istədi. Əli (a.s.) öz üzüyünü çıxardıb ona verdi.
Əgər soruşsalar ki, bu ayədə şəxs əvəzliyi cəm formasında işlənib və onda necə olur ki, həzrət Əli (a.s.) bir nəfər olduğu halda, bu cəm əvəzliyi ona aid Ardı »