Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidalanma və DietaBalığın uşaqlara faydası

Körpələri 7-ci aydan etibarən balıq məhsulları ilə bəsləmək faydalıdır. Beləki, balıqda bədən üçün bol miqdarda zülal, D vitamini, fosfor və kalsium kimi lazımlı maddələr var.
Türkiyəli mütəxəssis Prof. Dr. Arslan balıq məhsullarının bütün yaş qrupları üçün lazım olduğunu ifadə edib. Onun sözlərinə görə balıqda zülal və Omeqa 3 yağları çox olduğundan daha çox uşaqların beyin və göz inkişafı üçün əhəmiyyətlidir. Balıq həmçinin uşaqların fizioloji inkişafına müsbət təsir göstərir.
Bu baxımdan həftədə ən az iki dəfə balıq yemək məsləhətdir.
Balıq məhsulları həmçinin çox nadir hallarda allergiya yaradır. Bu səbəbdən də təzə balıqdan etibarla istifadə etmək olar.
Həzmi asan olduğu üçün 7-ci aydan etibarən körpələrə Ardı »

Qidalanma və DietaÇiy qidalanma bədənin tarazlığını qoruyur

Orqanizmin tarazlığını qoruyan qidalardan biri çiy qidalanmadır. Bura bütün tərəvəzlər, otlar, meyvələr, taxıllar, paxlalılar, meyvə quruları, cücərti, balıq və dəniz bitkiləri aiddir. Həmin qidaların tərkibində müxtəlif ferment, vitamin və minerallar var. Bu qidaların sayəsində çəki vermək asanlaşır. Həzm sistemi ciddi mənada güclənir. Yəni çəki vermək və ya almaq lazım olduqda heç bir problem olmur.
İstilik temperaturuna baxmayaraq bu cür qidalarda fermentlər, vitamin və minerallar itmir. Həmçinin saçları, dırnaqları və dərini gözəlləşdirir, enerji səviyyəsini artırır. Bu qidalar sızanaqlara, göbələklərə və s. narahatlıq yaradan xəstəliklərə qarşı təsirlidir. Ona görə son dövrlərdə daha çox istifadə edilir.
Çiy qidalanmaya yeni başladınızsa nisbəti az artırmaq lazımdır. Ardı »

Qidalanma və DietaDərman qədər faydalı qidalar!

Məlumata görə bəzi qidalar var ki, həmin qidalar tamamilə təbii yollarla ağrıları yüngülləşdirməyə kömək edir.
Bu qidalara alma sirkəsini, mixəyi, albalını, turpu, zəncəfili, ananası da aid edirlər.
Alma sirkəsi mədədə baş verən turşuluqdan əziyyət çəkənlər üçün təbii bir möcüzə hesab edilir. Bədənin turşu tarazlığını təmin etdiyi bildirilən bu qida xüsusilə mədədə həzmi, yanma, turşuluq kimi problemlər yaşayan insanlar üçün faydalıdır. Daimi istifadəsi halında isə oynaq və sümük sərtliyi probleminə kömək etdiyi bildirilir. Soyuqdəymə, boğaz infeksiyası kimi narahatlıqlara da çarə hesab olunan alma sirkəsinin, tərkibində olan bikarbonat sayəsində həzmi asanlaşdırdığı deyilir.
Mixək mikrob öldürücü xüsusiyyəti sayəsində diş ağrısına təsirli gəlir. Ayrıca mixək ağızdakı pis Ardı »

Qidalanma və DietaUşaqların inkişafı üçün pendir

Məktəb yaşındakı uşaqların inkişafının qızıl açarlarından biri pendirdir.
Uşaqların sağlam qidalanması üçün bir çox mütəxəssislər pendir qidasını məsləhət görürlər.
A və B1, B6, B12 vitaminləri baxımından da olduqca zəngin olan pendir, eyni zamanda bir mineral anbarıdır.

Səhər yeməyinin əhəmiyyətli olduğu, lakin naharda zəngin bir kalsium qaynağı kimi pendirdən yararlanmaq olar.
Naharda qan şəkərini sürətlə yüksəldən və sonra salan şəkərli qidalar yerinə məktəblilərə böyümək üçün lazımi qidalardan əlavə istəyə uyğun zülal baxımından zəngin olan pendir, süd, yumurta, müxtəlif vitaminlər və minerallar vermək vacibdir.

Süd, pendir, qatıq kimi kalsiumla zəngin qidalar bu dövrdə xüsusilə diqqətə alınmalı istək əsnasında gündəlik 3 ədəd pendir, 2-3 su stəkanı süd Ardı »

Qidalanma və DietaMeyvələrin kalori cədvəli

Kalori orqanizmin enerji tükətimi və ehtiyacını ödəyən bir sağlamlıq terminidir. Qəbul etdiyimiz qidalar mədəyə gedərək orda həzm olunur sonar isə nazik və yoğun bağırsaqlar vasitəsi ilə qanımıza qarışır. Bu zaman həzm olunmayan qida qalıqları orqanizmadan xaric olunur. Qidanın tərkibindəki bəzi minerallar isə lazım olan orqana çataraq öz fəaliyyətini yerinə yetirir. Bu zaman kalori isə qanımızdakı oksigenlə reaksiyaya girərək yanır və orqanizmi istilik və enerjisi ilə təmin edir.
Bu nöqteyi nəzərdən gün ərzində müəyyən miqdarda kalorili qida qəbul etməyimiz vacibdir. Kalori əsasən təbii qida vasitələrində o cümlədən meyvələrdə daha çox olur. Meyvələrin tərkibində kalorinin miqdarını cədvəl vasitəsi ilə sizə çatdırırıq.

MeyvəMeyvənin Miqdarı Kalorinin miqdarı

Alma80 Ardı »

Qidalanma və Dieta: Saqqız arıqladır

Tərkibində şəkər olmayan saqqız çeynəmək insanların arıqlamasına kömək edir. ABŞ in Rod Aylend Universitetinin professoru Ketlin Melanson apardığı tədqiqatdan sonra bu nəticəyə gəlib.
Tədqiqatda 35 qadın və kişi iştirak edib. Onlar gündə 2 dəfə acqarına laboratoriyaya gəlmək tapşırılıb.
Onlar səhər yeməyindən 20 dəqiqə əvvəl və nahardan 3 saat əvvəl 2 dəfə saqqız çeynəyiblər.
Laboratoriya əməkdaşları tədqiqata cəlb edilən şəxslərin qanında qlükozanı, metabolizm proseslərini yeməkdən əvvəl və sonra ölçüblər.
Bundan əlavə, iştirakçılar öz aclıq hisslərini və güclərini qiymətləndiriblər. Bəlli olub ki, saqqız çeynəyənlər 67 kalori az qebul edib , 5 faiz çox enerji sərf ediblər.
Xüsusilə kişilərdə saqqızdan sonra aclıq hissinin əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunub. Ardı »

Qidalanma və DietaNizamlı olaraq səhər yeməyi yeyən uşaqlar daha ağıllı olurlar

Aparılan bir araşdırmada bildirilir ki, nizamlı olaraq səhər yeməyi yeyən uşaqlar daha ağıllı olurlar.
ABŞ-ın Pensilvaniya Universitetindən olan bir sıra elm adamları, Çində 6 yaşındakı 1269 uşağın IQ səviyyəsini və nizamlı nahar edib etmədiklərini araşdırıb.

Nahar etməyən uşaqların, hər zaman ya da çox vaxt nahar edənlərə görə, danışma bacarıqlarının 5.58, müvəffəqiyyət səviyyəsinin 2.50 və IQ səviyyəsinin 4.6 bal aşağı olduğunu müşahidə ediblər.

Araşdırmaya imza atanlardan Cianghong Liu, uşaqlıq dövründən qidalanma vərdişinin və həyat tərzinin təyin olunmağa başlanan kritik bir dövr olduğunu və uzun müddət sağlamlığa təsir göstərdiyini vurğulayıb.

6 yaşda uşağın zehni bacarığının sürətlə inkişaf etdiyini ifadə edən bir sıra elm Ardı »

Qidalanma və DietaÇox şirni yemək insanı vaxtından əvvəl qocaldır

Şirniyyat sevənlər təkcə kökəlməklə risk etmirlər. Çox şirni yeməklə onlar həm də vaxtından əvvəl qocala bilərlər. Niderlandın Leyden Universitetindən Diana van Heemstin başçılıq etdiyi alimlər bu qənaətə gəliblər. Trend-in məlumatına görə, bu barədə "New Scientist" yazır.

Alimlər apardıqları tədqiqat zamanı 569 sağlam qadını, qida qəbulundan sonra onların qanında qlükozanın qatılığının miqdarından (aşağı, orta, yuxarı) olmasından asılı olaraq üç qrupa bölüblər. Habelə, araşdırmaya şəkərin qanda miqdarı dəfələrlə çox olan 33 diabet xəstəsi də cəlb edilib.

60 müstəqil müşahidəçiyə könüllülərin fotoşəkillərinə baxmaqla onların yaşlarını müəyyən etmək tapşırılıb. Bu zaman qanda şəkərin miqdarının çox olması insanın ətrafdakılara olduğundan daha yaşlı görünməsinə gətirib çıxarıb. Birinci qrupla diabet Ardı »