Oftalmologiya → Göz quruluğu deyib keçməyin
Məlumata görə dünyada milyonlarla insana təsir edən göz quruluğu daha çox qadınlarda müşahidə edilib. Təxmini hesablamalara görə insanlarda 35% nisbətində olan göz quruluğuna hava çirkliliyi, uzun müddət kompüter və ya televizordan istifadə, yaş və ekoloji faktorlar, menopauza və klimalı mühit təsir göstərir.
Həmçinin kontakt linzalar, göz əməliyyatları, siqaret istifadəsi göz quruluğuna səbəb olur. Bu cür insanlarda quru göz nisbəti çoxluq təşkil edir.
Quru göz simptomları müalicə edilməzsə bir sonrakı mərhələdə ciddi göz xəstəlikləri yaradar. Bu səbəbdən gözlərdə aşağıdakı əlamətlər olduqda göz həkiminə müraciət etmək lazımdır.
• Quruluq
• Qaşıntı
• Gözlərdə batma və yanma hissi
• Gözə xarici cisimin düşməsi
• İşığa həssaslıq
• Göz yaşarmalarının olması
• Qeyri-səlis görmə Ardı »