Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OftalmologiyaKompüterlə bağlı göz şikayətləri çoxalıb

Yazmaq, oxumaq, müxtəlif əl işi və kompüter kimi 30-40 cm-dən daha az məsafədə olan fəaliyyətlər gözü çox yorur.
Kompüterdən meydana gələn göz xəstəliklərində 100% çoxalma qeydə alınıb. Göz mütəxəssisləri belə şikayətləri olanlara mümkün qədər kompüter ekranından uzaq olmağı məsləhət görür. Bu istiqamətdəki şikayətlərə bağlı ən çox meydana gələn xəstəliyin isə göz ağrısı və göz sulanması olduğu qeyd edilib.

İnsan gözünü optik sistemlə müqayisə edən həkimlər bildirib ki, 6 metr və daha uzaq məsafələrə baxmaq üçün insan gözündə hər hansı bir nizamlamaya ehtiyac yoxdur və bu zaman göz daha az yorulur. Yazmaq, oxumaq, müxtəlif əl işi və kompüter kimi 30-40 cm-dən daha az məsafədə Ardı »

OftalmologiyaŞüşədən hazırlanan protez gözlər

Məlumata görə Almaniyanın Münhen şəhərində şüşədən hazırlanan protez gözlər istehsal edilir. Alman protez göz istehsalçısı Gerhard Greiner-in sözlərindən aydın olur ki, xüsusi istehsal olunan həmin vasitələr bir və ya iki gözünü ciddi zədələrdən, qəzadan, göz xəstəliyindən itirən şəxslər üçün düşünülüb.
Məlumatda oda bildirilir ki, Greiner-in şüşə üfləmə texnikası istehsal etdiyi protez gözlər üçün emalatxanasında hər cür avadanlıq var. Bu baxımdan ciddi problemləri olmur.
İstənilən göz rəngi və damarların şəkili üçün xəstələrdən alınan fikirlər detallı bir şəkildə qeyd olunur. Xəstənin göz rənginə görə hazırlanan hər şüşədən gözün istehsalı üçün təxminən 1 saat lazım gəlir. Xəstənin göz damarlarına qədər eyni olan protez gözlərə sadəcə 350 Ardı »

OftalmologiyaPresbiopiya nədir?

Bəzi insanlarda 40 yaşından sonra presbiopiya ola bilər. Presbiopiya - gözün refraksiya anomaliyasıdır, hansıki insan yaxın məsafədən kiçik şriftləri və balaca əşyaları görə bilmir. Bu xəstəlik yaşlanmaqla əlaqədar yaranan görmə problemlərindən biridir. Xüsusi ilə yaxın görmənin irəliləyən yaşlarda pisləşməsi bu cür xəstəliklərə səbəb olur. Bunun nəticəsində gözdəki linzalar qalınlaşaraq elastikliyini itirir. Ona görə yaşlı insanlarda kitab və qəzet oxumaq, tikiş tikmək və ya kompüterdə saatlarla işləmək müxtəlif göz problemlərinə səbəb olur. Başqa sözlə qeyri-səlis görmədən əlavə baş ağrısı, göz ağrısı, yorğunluq və yuxulu vəziyyətlər yaranır.
Mütəxəssislər bildirirlər ki, presbiopiya həm də hipermetropiya ilə qarışa bilər. Lakin, hipermetropiya xəstəliyində yaxın görmə problemindən əlavə Ardı »

OftalmologiyaGöz təzyiqinə diqqət

Məlumata görə 40 yaşından sonra gözdə artan təzyiqə görə korluq yarana bilər.
Bunu Kocaeli Universitetinin Tibb Fakültəsində fəaliyyət göstərən Prof. Dr. Yüksəl söyləyib.
Onun sözlərinə görə xalq arasında "Qarasu xəstəliyi" olaraq bilinən göz təzyiqi, erkən diaqnoz edilməzsə pis fəsadlara səbəb ola bilər.
Bu baxımdan mütləq göz təzyiqinə fikir vermək lazımdır. Çünki, göz təzyiqi, 40 yaşlarında göz sağlamlığına biganə yanaşan hər kəsdə ortaya çıxa bilər.
Göz təzyiqini ölçdürməyin başqa bir səbəbi isə xəstəliyin irəliləyənə qədər əlamətinin az görüldüyü, və göz siniri quruyana qədər heç bir şikayətin olmamasıdır.
Təəssüf ki, bu xüsusiyyətə malik olan "Qarasu xəstəliyi" tez müalicə olunmazsa korluğa gətirib çıxarar.
Məhz, Ardı »

OftalmologiyaGöz sağlamlığı üçün bunları bilmək vacibdir

Gözdəki ciddi problemlər bəzən bir qızartı ilə başlayır. Adətən qızarma, yanma hissi kompüterlə çox təmasda olan insanlarda qeydə alınır. Bu baxımdan asan müalicə üsullarına müraciət etmək olar. Aradabir özünüzdə göz qırpma kimi vərdişləri təlqin edə bilərsiniz. Yorğunluq hiss etdikdə isə gözləri yumub istirahət etdirmək lazımdır. Gözləri uzaq məsafəyə dikib baxmaq da yorğun gözlərin dincəlməsinə şərait yaradır.

Görmə qabiliyyətində şəkil pozuqluqları və göz şəffaflığın itirməsi, birbaşa görmə keyfiyyətinə təsir etdiyindən kornea xəstəliyi yaranır.
Bu xəstəlik doğuşdan və ya genetik də ola bilər. Sonradan alınan travmalar, infeksiyalar da buna təsir göstərir. Buda görmə keyifiyyətini azaldır.

Ümumiyyətlə bu xəstəlik göz müayinəsi zamanı göz içi təzyiqinin təsadüfən ölçülməsi Ardı »

OftalmologiyaUşaqlarda olan göz tənbəlliyinə diqqət

Göz tənbəlliyi (ambliopiya) xəstəliyi bir gözün digərindən zəif olduğunu göstərir. Çox zaman uşaq yaşlarından yaranmağa başlayır.
Göz tənbəlliyi kimi bilinən ambliopiada bir gözdən gələn informasiyanın axını digərinə nisbətən fərqli olur. Bu xəstəlikdə beyin görünüşləri daha çox güclü olan gözdən alınır. Görmə binokulyar olmur. Yaxşı görən göz aparıcı olur. Bu zaman pis görən gözün zamanla funksiyası zəifləyir və çəpgözlük əmələ gəlir.
Ambliopiyanı müalicə etmək üçün gözlük, kontakt linzalar, sarı ləkənin ağ və rəngli işıqlarla qıcıqlandırılması, görmə sinirin elektrostimulyasiyası da tətbiq edilir.
Bəzi hallarda göz həkimləri aşağıdakıları məsləhət görür:
• Güclü gözü bir göz bağıyla bağlamaq və ya uyğun gözlükdən istifadə etmək;
• Katarakt kimi göz Ardı »

OftalmologiyaKofe göz sağlamlığına da təsirlidir

Məlumata görə kofe içkisi göz sağlamlığına da təsir edir.
ABŞ-ın Cornell Universitetinin bir sıra elm adamları apardığı tədqiqatlar nəticəsində kofedə klorojenik turşu adlı maddənin olduğunu müəyyən ediblər.
Bu maddə isə göz sağlamlığı üçün faydalı hesab olunur. Məlumatda oda bildirilir ki, saf kofe içkisində yüzdə 7-9 nisbətində olan antioksidant, qlaukoma, yaşlanma və şəkər xəstəliyi nəticəsində retinada meydana gələn göz problemlərinə də təsirlidir.
Siçanlar üzərində aparılan tədqiqatlarda oda müəyyən olunub ki, gözlərdə oksidativ stress və retinada pozulmağa səbəb olan azot oksidi retinada göz pozğunluğu yaradır. Lakin, əməliyyatdan əvvəl gözlərinə klorojenik turşu tətbiq edilənlərdə göz pozğunluğu nisbətən yaxşı olub.
Bu baxımdan kofe içməyin göz sağlamlığına təsirli olduğu bildirilir. Ardı »

OftalmologiyaGöz əməliyyatlarında bionik dövr başlayır

Məlumata görə "bionik göz əməliyyatı" verilən müalicə üsulu Türkiyə Respublikasında tətbiq oluna bilər.
Türkiyəli Prof. Dr. Emin Özmert və Dos. Dr. Dilek Güvən 1,5 il əvvəl "Argus II" implantın tətbiqinin Hollandiyalı xəstələrə faydası olduğunu bildirib.

"Bionik Göz" kimi tanınan "Argus II" implant əməliyyatı, "toyuq korluğu" olan xəstələrə də kömək edəcək. Göz yuvalarına yerləşdirilən elektrod, əlaqəli bir kamera və gözlükdən ibarət sistemlə beyinə vizual məlumat çatdırılmasına və bu sahədə görmə funksiyasının reallaşmasına təsirli olacaq.

Məlumatda oda bildirilir ki, mövzu ilə bağlı Amerikan Qida və Dərman Dairəsi şərh verib. Bu qurumun təsdiq etdiyi və CE sertifikatı verdiyi müalicə əməliyyatı, 17 dekabrda İstanbul şəhərində veriləcək mətbuat konfransı Ardı »