Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OftalmologiyaGöz sağlamlığı üçün məsləhətlər

Göz xüsusi qulluq tələb edən vacib orqanlarımızdan biridir.
İlk baxışda çox sadə görünən göz mürəkkəb quruluşa malikdir. Görmə problemlərindən şikayət edən insanlar üçün tədbirli olmaq, müayinə və müalicə proseslərini gecikdirməmək, prosedurlara fikir vermək, düzgün qidalanmaq əhəmiyyətlidir.
Göz sağlamlığında 1 sıra praktik üsullara əməl etmək də vacibdir. Həmin üsullara müayinə (1 yaşından etibarən), makiyaj vasitələrindən ortaq istifadə etməmək, kompüter oyunları oynamamaq, göz xəstəlikləri əlamətlərinə həssaslıq, sarı işıqlandırmadan istifadə etmək, gözü ovalamamaq, günəş gözlüyündən istifadə etmək, göz sağlamlığı üçün lazımi prosedurlara fikir vermək aiddir.
- Göz tənbəlliyindən qorumaq üçün körpələri 1 yaşdan etibarən müayinə etdirmək vacibdir;
- Göz iltihabı kimi bilinən konyuktivit başqalarının istifadə etdiyi Ardı »

OftalmologiyaHamiləlikdə gözlərinizə "daha yaxşı" baxın

Hamiləlikdə yaşanan fizioloji dəyişmələrin gözlərə təsir göstərdiyini ifadə edən mütəxəssislər, bu dövrdə ortaya çıxa biləcək görmə itkilərinin diqqətlə araşdırılmasını qeyd edib. Hamilə xəstələr ilə digər adi xəstələrin qiymətləndirməsinin böyük nisbətdə bənzərliklər göstərdiyini ifadə edən Dr. Aslan, görmə itkisi şikayəti ilə gələn hamilə qadınların göz problemini və səbəblərini müəyyən etdikdən sonra müalicə apardıqlarını bildirib. Onun sözlərinə görə ana namizədlərdə progesteron ilə əlaqəli olaraq kornea toxumasının su tutma xüsusiyyətləri dəyişir. Bunun nəticəsi olaraq görmə bulanır və xüsusilə kontakt linza istifadə edənlərdə linzaya qarşı həddindən artıq həssaslıq olur. Bu dövrdə kontakt linzalardan istifadə etməmək doğru bir seçimdir. Hər nə qədər hamilə qadınlarda görmə problemləri Ardı »

OftalmologiyaSiqaret gözləri zəiflədir

Bildiyimiz kimi, ətraf mühit haqqında informasiyanın çoxu gözlər vasitəsi ilə alınır.
Bu dəyərli orqanımız eyni zamanda mükəmməl qoruma və baxım sistemi ilə təchiz edilmişdir.
Lakin, bütün bunlara baxmayaraq sağlamlığa fikir vermədikdə göz xəstəlikləri yaranır.
Onlardan biri yaşlanma zamanı siqaret istifadəsi ilə meydana gələn sarı nöqtə xəstəliyidir.
Belə ki, çoxlu siqaret istifadəsi yaşlandıqca görmə mərkəzinə təsir göstərir və göz xəstəliyi yaradır.
Türkiyəli mütəxəssis Dos. Dr. Fevzi Şentürk, sarı nöqtə xəstəliyinin olmaması üçün siqaretdən uzaq dayanmağı məsləhət görüb.
Onun sözlərinə görə vitamin və minerallar, lutein turşuları, balıq yağı və antioksidantlar xəstəliyin irəliləməsini azaldır. Bunlardan lutein xüsusi fərqlənir.
Bu maddə normalda sarı nöqtədə və normal görmə funksiyasında iştirak edən Ardı »

OftalmologiyaYaz allergiyası gözlərə təsir edir

Mardin dövlət xəstəxanasının başhəkimi Dr.Yavuz, yazda görülən allergiyalar və yaz mövsümündə istifadə edilən günəş eynəkləri mövzusunda məlumat verib.
Onun sözlərinə görə yazın gəlməsi ilə mart, aprel və may aylarında yayılan tozcuqlar, insanlarda və xüsusilə uşaqlarda bəzi allergik xəstəliklərə səbəb olur.
Allergik vəziyyətlərdə gözlərdə sulanma, yanma, yüngül və keçici görmə pozuqluğu kimi hallar olur. Bu tip allergik hadisələrdə soyuq su ilə gözə tətbiq olunacaq kompres, allergiyası olan insanları rahatlaşdırmaq üçün yetərlidir. Gözdə çəpəkilənmə vəziyyəti olduqda isə mütləq həkimə müraciət etmək lazımdır.
Dr.Yavuz, həmçinin yaz ilə birlikdə yaranan göz allergiyası qarşısında günəş gözlüyü seçiminin əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə "Günəş gözlüyü seçərkən eynək şüşələrinin yüngül Ardı »

OftalmologiyaGöz sağlamlığı üçün qidalanma

Ekoloji faktorlar, genetik xüsusiyyətlər və yaşın artması göz sağlamlığında müxtəlif problemlər yarada bilər.
Günümüzdə lazımi proseduralardan əlavə istəyə uyğun lazımi qidalardan da istifadə etmək olar.
Bildiyimiz kimi bədənimizin ən əhəmiyyətli orqanlarından biri olan gözləri qorumanın ən asan yolu təbii qidalardan keçir.
Göz sağlamlığı üçün bədəni nizamlı olaraq lazımi vitaminlərlə təchiz etmək vacibdir. Həmin vitaminlərə A, E, C, B2 vitaminləri də daxildir.
Omeqa 3 və omega 6 yağ turşuları sink, maqnezium da göz üçün faydalı hesab olunur. Bəzi həblər və vitaminlərin bədəndə yığılaraq müxtəlif xəstəliklərə səbəb ola bilər. Məlumatda həmçinin bildirilir ki, beyin ətrafındakı mayenin artımı və göz sinirinə bu mayenin etdiyi təzyiq görmə Ardı »

OftalmologiyaBionik göz ümidi

ABŞ-ın tibbi məhsullar şirkətinin inkişaf etdirdiyi bionik göz məhsulu, görmə problemləri olan əlillər üçün böyük ümid işığı olub.
Argus Retina Protez Sisteminin Avropadan sonra ABŞ-da da icazə alması gözlənilir.
Verilən məlumata görə retinaya yerləşdirilən 60 elektrod və eynəkdən ibarət bionik göz, indiyə qədər dünya səviyyəsində 60 adamın qismən görməsini təmin edib.
Bionik gözün xüsusilə genetik retinit piqmentli xəstələrdə faydalı ola biləcəyi bildirilir. Ardı »

OftalmologiyaGöz təzyiqinə diqqət...

Mütəxəssislərin göz ağrılarına və yüngül göz bulanmalarına əhəmiyyət verməyən göz xəstələrinə xəbərdarlıq etdiyi bildirilir.

Xalq arasında göz təzyiqi kimi bilinən tibbdə isə qlaukoma narahatlığı kimi tanınan göz probleminin müalicə edilmədiyi təqdirdə korluqla nəticələndiyi də verilən məlumatda xüsusi qeyd olunur.

Xəstəliyin erkən diaqnoz edilməsi vəziyyətində isə görmə itkisinin meydana gəlmədən nəzarət altına alına biləcəyi deyilir.
"Bunun üçün 30 yaşını aşmış kəslərin hər il nizamlı göz müayinəsidə olması məsləhət görülür. Dərman müalicəsindən istifadənin də effekt verdiyi bildirilir.
Dərman müalicəsində kifayət qədər nəticə olmadıqda isə xəstələrə lazerlə müalicə variantı tətbiq oluna bilər. Ardı »

OftalmologiyaKorluğun müalicəsində effektli metod

Kök hüceyrə metodu ilə işıq qəbuledici hüceyrələr yenilənə bilir. Heyvanlar üzərində aparılan təcrübələrdə göz işığında olan problem kök hüceyrə üsulu ilə aradan qaldırılıb. Məlumata görə bu üsulun sarı nöqtə başda olmaqla, bir çox görmə itkisini ortadan qaldırma potensialı var. Fərqli xüsusiyyətləri sayəsində hüceyrələrə bölünərək özlərini yeniləmə qabiliyyətinə sahib olan kök hüceyrə metodu korluğun müalicəsində əhəmiyyətli addımlardan hesab olunur. Məlumatda oda bildirilir ki, daha əvvəl kök hüceyrənin nəqli yoluyla, siçanlardakı görmə problemi həll edilmişdi. İngilis araşdırmaçılar hətta korluğa gətirib çıxaran işığı hissetmə tutumuna sahib olan hüceyrələri yeniləməyi bacarıblar. Kor siçanlara nəql edilən kök hüceyrələri işığı qəbul edən hüceyrələrə çevrilib. Bu çevrilmənin sürəti Ardı »