Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OftalmologiyaAstiqmatizm

Astiqmatizm – gözün optik sisteminin defekti: gözün şüasındırma quvvəsinin əsas meridianlarda eyni olmaması. Astiqmatizmin əsas səbəbi buynuz qişanin qeyri sferik olmasıdır, yənı ki əsas meridianlarda əyrilik radiuslarının fərqli olmaları. Gözdə iki əsas, bir birinə perpendikulyar meridian var. Bunlardan biri ən güclü şuasındırma qabiliyyətinə malikdi, ikincisi isə ən zəif. Bu meridianların şuasındırma quvvəsində fərq böyük olduğu halda, torlu qişada əşyaların təsviri aydın alınmır. Əksər hallarda astiqmatizm anadan gəlmə olur. Bəzən, o gözdə aparılan əməliyyatlardan və ya buynuz qişanın xəstəliklərindən və travmalarından sonra əmələ gəlir. Həqiqətdə buynuz qişa heç zaman sferik olmur. Adətən, vertikal meridianda əyrilik radiusu horizontal meridiandan daha az olur. Normal Ardı »

OftalmologiyaGözlərimizi kompüter və televizordan necə qoruyaq?

İnsan həyatı üçün önəmli orqanlardan biri olan göz eyni zamanda bir çox funksiyanı yerinə yetirir. Ətraf mühitdə olan informasiyanın 90 faizini göz vasitəsilə alan insanlar üçün bu, dünyaya açılan bir pəncərədir. Belə bir önəmli orqanı qorumaq, ətraf təsirlərdən mühafizə etmək isə hər bir insanın özü üçün mühüm şərtdir.

Kompüterdən istifadə edərkən göz qırpma sayı azalır

İnsanlar gözlə bağlı müxtəlif ağrılardan şikayətlənirlər. Bunlar əsasən göz yorğunluğu, gözlərdə və göz ətraflarında ağrı, gözlərdə yanma, nəyinsə gözə batması, quruluq hissi, qaşınma, qızartı, sulanma, bulanıq görmə, fokuslama çətinliyi, gözləri qıyaraq baxma, işığa qarşı həssaslıq, göz qapaqlarında iltihab, baş ağrısı və s. kimi amillərdir. Bu gün xarici Ardı »

OftalmologiyaKontakt linzalardan istifadə edənlər üçün məsləhətlər

Bir neçə xeyirli məsləhətə əməl etsəniz, rahatlığınızı təmin edərsiniz
Son zamanlar gözün kontaklı korreksiyası daha geniş yayılıb. Yerli bazarda xarici firmaların istehsal etdiyi çoxsaylı kontakt linzaları və onlara qulluq vasitələrini görmək olar. Əksəriyyət eynəklərini kontakt linzalarına dəyişərək daha aktiv həyat tərzi sürmək imkanı əldə edirlər.
Pasiyentlərin əksəriyyəti yumşaq kontakt linzalardan istifadə edirlər, amma bəzi göz xəstəliklərində, məsələn, astiqmatizm, keratokonusda bərk, möhkəm kontakt linzalar məsləhət görülür.
Kontakt linzaları həkim məsləhəti ilə seçmək lazımdır. Linza həkim-oftalmoloqa müraciət edilməklə görmə qabiliyyətinin pozulmasının növü və səviyyəsindən, yaşdan və sağlamlıqdan asılı olaraq seçilməlidir. Bu, çox vacibdir, çünki kontakt linzaların gəzdirilməsinin bir sıra zərərli tərəfləri də var.

Kontakt linzaları gəzdirərkən bir Ardı »

OftalmologiyaGün eynəklərindən istifadə

Gün eynəyi yayın dəbli aksesuarlarından biri sayılır. Yayın gəlməsiylə birlikdə göz sağlamlığı üçün bir çoxları günəş eynəklərinə üstünlük verir. Günəşin zərərli şüalarından qorunmaq üçün bu aksesuar təsirli vasitələrdən biri sayılır. Bunun üçün günəş gözlüyünün sağlam və keyfiyyətli olmasına diqqət etmək lazımdır.
Onuda qeyd etmək lazımdır ki, günəşdən gələn ultrabənövşəyi şüaların qarşısını almaqda keyfiyyətsiz gün eynəkləri təsirli olmur. Eynək alarkən ilk növbədə onun keyfiyyəti əsas götürülür. Bu baxımdan yayda gün eynəyi alarkən aşağıdakılara diqqət etmək lazımdır:
Rəng
İndi istənilən rəngdə eynək almaq mümkündür - göy, qara, bənövşəyi, sarı. Amma dünyaya qırmızı şüşədən baxmaq məsləhət deyil. Gözlər üçün ən yaxşı rəng qəhvəyi, sarı və yaşıldır. Ardı »

OftalmologiyaQış gəldi, gözlərimiz yaşarır — Çıxış yolu

Gözlərin yaşarması adətən bir çox səbəblərə görə baş verir. Bu iltihabi proses, allergiya, yorğunluq və bir sıra başqa səbəblər ola bilir.
Belə ki, gözlər yaşarırsa buna fikir vermək məslətdir, çünki bu orqanizmdə baş verən dəyişikliyin və ya hər hansı bir problemin çağırış zəngi ola bilər.
Bu kimi problemlərin səbəbini öyrənmək və gələcəkdə belə problemlərlə rastlaşmamaq üçün nə etmək lazım olduğunu məqaləmizdə sizə qısa olaraq bildirmək istəyirik.
Orqanizmdə bir sıra vitamin və mikroelementlərin defisiti, xüsusən də B2 vitamini və kaliy mikroelementinin defisiti belə problemin başlıca səbəbi ola bilər. Gözlərinizin məhz bu səbəbdən yaşarmasını öyrənmək üçün bir sıra əlamətlərə fikir vermək lazımdır. İlk olaraq göz yaşarması Ardı »

OftalmologiyaKontakt linzalar və onlardan istifadə qaydaları

Kontakt linzaların ekzotik və əlçatmaz olduğu vaxtlar artıq geridə qalıb. Bir zamanlar Qərb qadınlarının geyimlərinə uyğun olaraq gözlərinin rəngini asanlıqla dəyişməsinə qibtə etdiyimiz halda, indi dünyanın ən böyük şirkətlərinin linzalarını əldə edə bilərik.
Ümumiyyətlə, gözün optik korreksiyasının üç növü məlumdur: eynək, kontaktlı linzalar və cərahiyyə vasitəsilə. Amma bu gün istifadə edilən korreksiya metodları tam şəkildə biri-birinin alternativi deyil. Onların hər birinin müxtəlif situasiyalarda mənfi və müsbət cəhətləri var. Məsələn, adətən, eynək taxan adam tennis oynamaq və ya ova çıxmaq üçün kontakt linzalardan istifadə edir. Və yaxud yaşı 40-dan yuxarı olan şəxsə eksimer-lazerli cərahiyyə edilibsə o, avtomobili eynəksiz sürür, amma mütaliə zamanı Ardı »

OftalmologiyaQlaukoma 50 yaşdan sonra gözləri kor edir

Ümumdünya Sağlamlıq Təşkilatı korluq səbəbi sıralamasında ikinci sırada qlaukomanı qeyd edib.
Qlaukoma, xalq arasında "göz təzyiqi'' olaraq bilinir. Göz təzyiqi yüksək olduqda göz sinirinə təsir göstərir və qalıcı görmə itkisi yaradır.
Türkiyəli professor Dr. İbrahim Hepsen, dünya qlaukoma həftəsi ilə əlaqədar qiymətləndirmə aparıb. Onun sözlərinə görə 40 yaşı keçənlər və ailəsində qlaukoması olanlar müayinə olunmalı və göz təzyiqini ölçdürməlidir.
Göz təzyiqi normaldan yüksək olanların qlaukoma xəstəliyi üçün risk altında olduğunu bildirən həkim, 50 yaşını keçən hər kəsdə qlaukomanın inkişaf riskinin artdığını qeyd edib. Həmçinin ailəsində və yaxın qohumlarında qlaukoması olanları, yüksək miopiya və ya hipermetropiyadan əziyyət çəkənləri, göz yaralanması ya da əməliyyat Ardı »

OftalmologiyaGöz quruluğunun ev mühitində müalicəsi.

Göz quruluğunu evdə müalicə etmək üçün bunlara diqqət yetirmək lazımdır:
Təmizləmək, kompres hazırlamaq və masaj etmək
İsti kompres hazırlamaq göz qapaqlarında olan iltihablanmaya və yağlı qabarıqlıqlara qarşı faydalıdır. Göz qapaqlarını təmizləyərkən körpə şampunlarından istifadə etmək olar. Bu cür təmizlik üsulları göz quruluğuna effektli təsir göstərməklə qalın və qalıcı yağ təbəqəsi təmin edir. İsti temperatur sayəsində göz vəzilərində olan yağ istilənir və yaranan problem nizama düşür. Masaj hərəkətləri isə vəzilərin xaricə çəkilməsinə kömək edir. Göz təmizliyi sayəsində isə bakteriyalar azalır.
Reseptsiz göz damlaları
Reseptsiz verilən sürüşkənləşdirici göz damlaları (gel) daha çox nəm təmin edilməsinə və göz səthinin nizamlanmasına kömək edir.
Bunlardan gündə dörd dəfə istifadə etmək olar. Ardı »