Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OftalmologiyaGöz quruluğunun ev mühitində müalicəsi

Göz quruluğunu evdə müalicə etmək üçün bunlara diqqət yetirmək lazımdır:
Təmizləmək, kompres hazırlamaq və masaj etmək
İsti kompres hazırlamaq göz qapaqlarında olan iltihablanmaya və yağlı qabarıqlıqlara qarşı faydalıdır. Göz qapaqlarını təmizləyərkən körpə şampunlarından istifadə etmək olar. Bu cür təmizlik üsulları göz quruluğuna effektli təsir göstərməklə qalın və qalıcı yağ təbəqəsi təmin edir. İsti temperatur sayəsində göz vəzilərində olan yağ istilənir və yaranan problem nizama düşür. Masaj hərəkətləri isə vəzilərin xaricə çəkilməsinə kömək edir. Göz təmizliyi sayəsində isə bakteriyalar azalır.
Reseptsiz göz damlaları
Reseptsiz verilən sürüşkənləşdirici göz damlaları (gel) daha çox nəm təmin edilməsinə və göz səthinin nizamlanmasına kömək edir.
Bunlardan gündə dörd dəfə istifadə etmək olar. Ardı »

OftalmologiyaUşaqlarda olan göz problemləri

İnsan ətraf mühit haqqında informasiyanın çoxunu göz vasitəsi ilə alır. Bu baxımdan göz insan həyatında xüsusi əhəmiyyətə malikdir. Uşaqlarda yaranan göz pozğunluqları bəzi ailələr tərəfindən ötəri qəbul edildiyindən, gözü zəiflədən təsirlərə laqeyd münasibət olduğundan görmə qabiliyyətində ciddi problemlər olur.
Böyüklərdə olduğu kimi uşaqlarda da gözdə sulanma, işıqdan narahatlıq, sürüşmə halları, göz təbəqələrinin vəziyyətində olan mənfi dəyişmələr və s. narahatlıqlar olduqda mütləq göz həkiminə müraciət etmək lazımdır. Göz müalicəsi zamanı müayindən sonra müxtəlif sınaq testləri də aparıla bilər. Bu müalicənin keyfiyyətli olması üçün vacib amillərdən hesab olunur.
Günümüzün əhəmiyyətli problemlərindən biri indiki vaxtda erkən doğan körpələrin göz problemləridir. Kiçik doğulmuş körpələrdə korluğa Ardı »

OftalmologiyaKompüter və göz sağlamlığımız

Müasir informasiya texnologiyaları və onun bir hissəsi hesab olunan hesablayıcı maşınlar, kompüterlər və s. bu istiqamətdə insanlara xidmət göstərən məhsullar günümüzdə faydalılıq və səmərəlilik nöqteyi nəzərdən nəyinki mütəxəssislərin, adi insanların da həyatlarının ayrılmaz bir hissəsinə çevrilib. Bu baxımdan müasir informasiya texnologiyaları günümüzdə öz aktuallığı ilə seçilməklə, müxtəlif sahələrdə fəaliyyət göstərən insanların daim diqqət mərkəzində olur. Müxtəlif xidmət sektorunda fəaliyyət göstərən bir çox insanlar kompüterlərlə sıx təmasda olurlar. Günümüzdə elektron ünvanlarla iş görənlər, bank hesaplarına nəzarət edənlər, yoldaşları ilə mütəmadi söhbət edənlər, çoxlu oyun oynayanlar, işlərini daha sürətli həll etmək üçün bol bol kompüterlə məşğul olanlar da var. Məhz kompüterlə istər mənalı, Ardı »

OftalmologiyaSağlam gözlər üçün qidalanma

Verilən məlumatlara görə tədqiqatçılar bildiriblər ki, antioksidantlar və başqa əhəmiyyətli qidalar göz xəstəliklərindən hesab olunan katarakt və makulanın degenerasiyası riskini azalda bilər.

Bəzi antioksidantların əlavə faydalarına görə korluğa qarşı qoruyur (A vitamini) və C vitaminin qlaukomanın qarşısını almaq və ya yüngülləşdirməkdə kömək etdiyi bildirilir. Omega-3 əsas yağ turşuları görünüşünə görə, quru göz sindromunun əlamətlərinə qarşı təsirlidir.
Vitamin və mikroqidalarda gözə faydalı hesab olunur. Aşağıdakı vitamin, minerallar və başqa qidaların görmə üçün faydalı olduğu və gözləri görüşü pozan vəziyyətlər və xəstəliklərdən qoruduğu göstərilmişdir.

Bunlara beta-karotin, omeqa-3 yağ turşular, selenium, A Vitamini, C Vitamini, D Vitamini, E Vitamini, sinkin aid olduğu bildirilir.
Ümumiyyətlə, həftədə ən az iki Ardı »

OftalmologiyaGöz sulanmasının səbəbləri və müalicəsi

İnsan sağlamlığında aktual mövzulardan biri göz sulanması və onun müalicəsidir. Göz quruluğu kimi bilinən bu xəstəliyin əlamətlərinə gözdə qaşınma, yanma və narahatlıq hissi, gözdə uzun müddət qızartı, gözü qırpmaqla düzələn bulanıq görmə, gözdə yad cismin olması hissi, uzun müddət kitab oxuma, televizora baxma və ya kompyuterdən istifadə nəticəsində sulanma, gözün ağrıması və s. aiddir.
Quru göz sindromu göz həkimlərinin ən çox qarşılaşdıqları göz xəstəlikləri olaraq hesab olunur. Gözdəki həddindən artıq quruluq göz yaşı komponentlərinin çoxalması deməkdir. Göz yaşının tərkibində sudan başqa yağ, protein, elektrolit kimi maddələr var və onların az və ya çoxluğu göz yaşının keyfiyyətini poza bilər.
Gözyaşının qeyri-kafi olması vəziyyətinə Ardı »

OftalmologiyaNevroloqlar aspirinin göz xəstəliklərinə səbəb olduğunu iddia edirlər

Aspirindən ürək xəstəliklərinin profilaktikası üçün istifadə etməyə məcbur olan insanlar, yaş ötdükcə görmə qabiliyyətindən məhrum olmağa başqalarından iki dəfə çox risk etmiş olurlar. Bu barədə RBK xəbər verir. Bunu Niderlandın Nevrologiya İnstitutunun və Amsterdamdakı Akademik Tibb Mərkəzinin bir qrup həkimi aydınlaşdırıb.

Doktor Pol de Konqun rəhbərlik etdiyi alimlər Norveç, Britaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan və Estoniyada 65 yaşdan yuxarı 47 min nəfərin sağlamlığı və həyat tərzi barədə məlumat toplayıblar. Araşdırmanın 839 iştirakçısı hər gün aspirin qəbul edib. Onlardan 39-da alimlər "yaş makulyar degenerasiya" adlanan ağır göz xəstəliyi aşkar ediblər.

Makula və ya sarı ləkə torlu qişanın ən mərkəzi hissəsidir. Burada fororeseptorlar cəmləşib. Bütün Ardı »

Oftalmologiyaİngiltərəli alimlər göz xəstəliklərinə qarşı yeni üsul tapıblar

Travma ve infeksiyadan görmə qabiliyyətində problem yaşayanlar artıq göz alması transplantasiyasına getməyəcək.

Yeni müalicə üsulu olduqca asandır. Gözə yeləşdirilən alət sayəsində öncə müalicənin ediləcəyi yer müəyyən edilir.

Ardından gözün üst qismini örtən incə bir film təbəqəsi olan göz alması 60 dərəcəyədək isidilir. Bu proses göz təbəqəsi olan göz almasını kiçildərək əvvəlki hala qaytarır.

İmran Rəhman adlı ingiltərəli alim deyir ki, görmə qabiliyyətinin itirilməsi vacib xəstəliklərdən biridir. Bu yeni müalicə üsulu daha əvvəlkilərə görə daha effektlidir.

Lazerlə müalicəni üstələməsi gözlənən bu üsul hələlik sınaq mərhələsindədir. Araşdırmaçılar bu üsulun geniş istifadəsi üçün bir çox sınaqların uğurlu keçməsini vacib sayır. Ardı »

OftalmologiyaTikişsiz katarakta əməliyyatı

Məlumata görə fakoemulsifikasyon üsulu ilə tətbiq edilən katarakt əməliyyatları tikişsiz edir. Bu üsulun üstünlüyü ondan ibarətdir ki, kiçik bir korneal kəsikdən sonra gözə tikiş qoyulmur. Beləcə gözdə tikiş bağlı astiqmatizm meydana gəlmədiyindən xəstə funksional görməyə çox qısa bir müddətdə qovuşur.

Xüsusi ilə qeyd etmək lazımdır ki, kataraktın əlamətlərindən biri eynək dəyişimində (nömrəsində) sürətli və ani artımdır. Vaxtında tətbiq edilən düzgün müayinə və müalicə qısa müddətdə göz problemlərini həll etməyə imkan verir. Müayinə zamanı göz qapaqları və göz alması konyuktivaları da nəzərə alınmalıdır. Göz qapağının və konyuktivanın müayinəsi aydın gün işığında və ya süni işıqda müayinə edilməlidir. Bu zaman yandan işıqlandırma metodundan istifadə Ardı »