Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KardiologiyaBu qidalar ürəyi infarktdan qoruyur

ABŞ-ın Harvard Universiteti ürəyə faydası olan 9 qidanı açıqlayıb.
Həmin qidalara portağal, badam, sardiniya balığı, mərcimək, nar və bitter şokoladı aid edilib.
Bundan əlavə müxtlif sıyıqlar, yağsızlaşdırılmış süd məhsulları, kefir, kəsmik, meyvə və tərəvəzlərdən hazırlanan qidalar, meyvə şirələri və s. faydalıdır.
Universitetdə fəaliyyət göstərən Sağlamlıq Cəmiyyəti ürək xəstələrində infarkt riskini azaltdığını qeyd edib.
Aparılan tədqiqatlar infarkt riskinin 70 % nisbətində azaltdığını göstərib.
Doktor Walter Willet, ürək dərmanlarının infarkt riskini 25-30% azaltdığını bildirərək düzgün qidalanmanın vacibliyindən danışıb. Ardı »

KardiologiyaQan laxtalanması ürək tutmasına səbəb olur

Qan və qan laxtalanması nədir?
Qan damarlarda axaraq daim hərəkətdə olan mayedir. Qan ürəyin fəaliyyətinin mexanizmini nizamlayan vasitədir.

Qan tərkibi ibarətdir:
• Tərkibində orqanizmi oksigenlə təmin edən və bədəndəki karbon dioksidi xaric edən hemoqlobinlər olan qırmızı qan hüceyrələrindən.
• İnfeksiyanın qarşısını alan ağ qan hüceyrələrindən.
• Bədənin funksiyası üçün əhəmiyyətli olan tərkibində zülal olan qan plazmasından.

Qan laxtalanması damarların zədələnməsi zamanı qan dövranının zədələnmiş hissədə zəifləməsi və ya dayanması nəticəsində yaranır ki, bu zamanda ürəyə qanın zəif getməsi və ya heç getməməsi nəticəsində insanda ürək tutmasına səbəb olur.
Həmçinin siqaret çəkmək,yüksək qan təzyiqi,qanda xolesterinin miqdarının çox olmasıda qan laxtalanmasına gətirib çıxara bilər. Ardı »

KardiologiyaMaye qəbulu ürəyə faydalıdır

Suyun insan orqanizminə faydaları az deyil. Dırnaqdan tutmuş, saça, böyrəyə, bağırsağa qədər əhəmiyyətlidir. Yetərsiz su bədəndə erkən yaşlanmaya belə səbəb olur.

Türkiyəli pəhriz mütəxəssisi Şebnem Kandıralının müsahibəsindən aydın olur ki, həyat mənbəyi olan su baş ağrısı, artıq çəki və ürək problemlərinə də xeyirlidir. Bədənimiz susuz olduğu zaman yağ hüceyrələrinin yığılması çətinləşir. Buda insan sağlamlığına zərərlidir. Çoxlu maye qəbulu isə iştahı azaldaraq orqanizmdə olan artıq yağların əridilməsinə və çəki verməyə kömək edir. Nəticədə insan ürək xəstəliklərindən qismən qorunmuş olur. "Onuda qeyd etmək lazımdır ki, əzələlərin tam sürətdə işləyə bilməsi üçün maye qəbulu əhəmiyyətlidir. Əks təqdirdə qanda qalınlaşmalar ola bilər. Bunun üçün isə ürək Ardı »

KardiologiyaD vitamini təzyiqi nizamlayır

Məlumata görə D vitaminin səviyyəsinin aşağı olması təzyiqin yüksəlməsinə səbəb olur. Həmçinin verilən məlumatda bildirilir ki, dünyada aparılan genetik işlərin birində təzyiqin D vitamini səviyyəsi ilə əlaqəli olduğu müəyyənləşib.
D vitamininin immunitet sistemi üzərindəki təsirinin son illərdəki araşdırmalarda diqqət çəkdiyi bildirilir.
Verilən məlumata görə günəşdən alınan D vitamini immunitet sistemini, sümükləri və dişləri gücləndirməyə, kalsiumun sovrulmasını artırmağa kömək edir.
Bəzi nəticələrə görə kafi miqdarda D vitamini qəbulu təzyiqi salmağa, hipertoniya ilə mübarizə aparmağa faydalıdır. Belə ki, D vitamini səviyyəsi artdıqca təzyiq düşür.
Araşdırmalara görə D vitamini səviyyəsi 10% artdıqda, təzyiq 8% aşağı enir. Həmçinin məlumatda bildirilir ki, London College Universitetindən araşdırmanı icra edən Ardı »

KardiologiyaSoyuq havada idman etmək infarkt riski yaradır

Ürək damar xəstəliklərinə tutulma riski olan şəxslər sağlamlıqlarına ilin hər mövsümündə fikir verməlidir. Çünki, sərt külək və soyuq havalar infarkt səbəblərindən biridir. Həmin insanlar, qış mövsümündə idmanla az məşğul olmalı, depressiyadan və stressdən uzaq olmalıdırlar. Daha çox böyük yaş qrupunda olanlar, buna fikir verməlidir.
Soyuq hava, şiddətli külək, qar və yağış bədən istiliyini salır. Xüsusilə sərt külək, bədən səthindəki istilənmiş hava layının uzaqlaşmasına səbəb olaraq "hypothermia" riskini qar və yağışa görə daha çox artırır. Bunun nəticəsində ürək bədən istiliyini qorumaq üçün daha çox qan nəql edir. Bədən istiliyini qorumağa çalışarkən ürəyin iş yükü artır, bunun nəticəsində də ürək-damar xəstəliyi olan şəxslərdə Ardı »

Kardiologiyaİnstrumental musiqi ürəyi gücləndirir

Serbiyadakı Nis Universiteti alimlərinin apardığı araşdırmaya görə, instrumental musiqi ürəyi gücləndirir, ürək xəstələrinin daha tez yaxşılaşmasını təmin edir.
Bundan başqa, sevilən musiqini dinləmək beyində endorfin hormonun artımına səbəb olur ki, bu da ürəyin fəaliyyətinə müsbət təsir edir.

Araşdırma çərçivəsində ürək xəstəsi olan 74 nəfər 3 qrupa ayrılıb və ilk qrupdakılar 3 həftə boyunca aerobika dərslərinə göndərilib.
İkinci qrupdakılara isə dərslərə qatılmaqla yanaşı, gündə yarım saat musiqi dinləmələri tapşırılıb. Son qrupdakılar isə sadəcə musiqi dinləyiblər.

3 həftə sonra idmanla məşğul olan və musiqi dinləyən xəstələrin ürəyindəki problemlərin böyük ölçüdə düzəldiyi müəyyənləşib. Alimlərin araşdırmasına görə, musiqi dinləyərək idmanla məşğul olmaq ürək fəaliyyətinin yaxşılaşmasına, eləcə də xəstələrin Ardı »

KardiologiyaÜrəyə xeyirli olan fəaliyyət

İnsanın xeyirxahlığı ağılın bir göstəricisidir deyiblər. Həqiqətən günümüzdə insanın psixoloji sağlamlığı üçün ən vacib mövzulardan biri xeyirxah işlərlə məşğul olmaqdır. Məlumata görə Kanadada və British Colombia Universitetində sağlamlıqla əlaqədar araşdırmalar aparılıb. Kanadada aparılan araşdırmada, ürəyin dərmanı yaxşılıq etmək çıxıb və xeyirxahlığın ürəyə müsbət təsir göstərdiyi sübuta yetirilib.
British Colombia Universiteti tərəfindən aparılan araşdırmada isə xeyir işlərlə məşğul olmağın, gənclərin ürəyinə və bədən sağlamlığına yaxşı təsir etdiyi müəyyən olunub.
Məlumatda oda bildirilir ki, araşdırmaya imza atanlardan Hannah Schreierin sözlərinə görə, fədakarlıq və empatiya etməyin ürək və bədən sağlamlığı üçün müsbət təsirləri vardır. Həmçinin stress, depressiya və s. xəstəliklərin olma riskini azaltdığı da bildirilir. Ardı »

KardiologiyaKeçəl kişilər ürək xəstəliklərinə daha çox tutulur

Keçəl kişilərin ürək xəstəliklərinə tutulma riski daha yüksəkdir. "British Medical"da yayımlanan araşdırmada belə deyilir. Məlumata görə, bu risk alın nahiyəsində tüklərin seyrəkliyindən əziyyət çəkənlərdə yox, təpə hissəsi tamamilə keçən olarda çoxdur.

Bunu müəyyən etmək üçün 11 il ərzində 37 min kişi üzərində araşdırma aparılıb. Nəticədə keçəllərin xəstəlik riskinin başında saç olanlarla müqayisədə 32 faiz çox olduğu bəlli olub. 55-60 yaş arasında bu faiz göstəricisi 44-ə qalxır.
Nəticələr Yaponiya, Avropa və ABŞ-da aparılan 7 fərqli çalışmanın nəticələrinin müqayisəsi nəticəsində əldə edilib.

Keçəllik ilə ürək xəstəliyi arasında hansı əlaqənin olması isə hələlik araşdırılır. Ardı »