Azərbaycanla bağlı tayfa və qəbilələr → Teymuri memarlığı
Teymuri memarlığı özünəməxsus cəhətləri ilə fərqlənir. Mərkəzi Asiya və İranda özündən əvvəl mövcud olmuş dövlətlərin memarlığından təsirlənən Teymuri memarlığı bir növ sintez təşkil edən əsərlərlə tanınmışdır. Əsasən türbə, məscid, mədrəsə və dərgah kimi bölmələri olan komplekslərin əsas xüsusiyyətlərindən biri fasadını örtən mozaika işləmələri olan kaşı, soğana bənzəyən xarici qübbə və daxildəki yüksək iç qübbənin meydana gətirdiyi qübbə sisteminin özünəməxsus cəhətləri idi.
Teymuri memarlığında ən önəmli yeri türbələr tuturdu. Teymuri türbə memarlığının ən önəmli örnəklərindən biri Səmərqənddəki Şahı-Zində kompleksidir. Bu kompleksdə Teymurilər soyundan önəmli şəxslərin türbələri yerləşir. Bir digər nümunə kimi Səmərqənddə yerləşən və 1380-1390-cı illərə aid edilən Ruhabad türbəsini göstərmək olar. Ruhabad Ardı »