Azərbaycanla bağlı tayfa və qəbilələr → M a t e
M a t e – V əsr, Albaniyanın Bərdə mahalının xristian ruhanisinin adı. Türkmənşəli Mete adının qədim ermənicə yazılış formasıdır. Er. əv. III əsrdə Hun imperiyasının əsasını qoymuş Mete (209 – 174) xaqanın adı ilə eynidir. Türk dillərindəki matı – gözəl, vicdanlı, sədaqətli, səmimi, doğruçul, yaxud matı (batı) – mətin, qüvvətli, möhkəm sözündəndir. Ardı »