Azərbaycanla bağlı tayfa və qəbilələr → Mürtəzaqulu Bayat Fəaliyyəti
Mürtəzaqulu Bayat Azərbaycanda vali vəzifəsində çalışmışdı. Mehdi Fərruxinin Azərbaycandakı olaylardan qorxuya düşüb bura vali gəlmək fıkrindən tam yayındıqdan sonra antiazərbaycançılığı ilə şahpərəstlər içərisində şöhrət tapan Murtazaqulu Bayat M.Fərruxinin yerinə 1945-ci ilin oktyabrında Azərbaycana vali təyin olunur. M.Fərruxidən fərqli olaraq M.Bayat "diplomatiyaya" əl ataraq, S.C.Pişəvəri və onun rəhbərlikdə olan məsləkdaşları ilə "dil" tapmağa çalışdı. Bu məqsədlə o, S.C.Pişəvərini dialoqa çağırdı. Bir müddət valini əvəz etmiş və sonra Təbrizdə maliyyə iĢləri üzrə məsul olan Dövlətşahini S.C.Pişəvərinin yanına göndərir. Dialoq üçün razılıq əldə edildi. Bunun üçün görüş dövlətə məxsus "Alaqapı"da yox, tanınmış din xadimi Siqətülislamın evində, 1945-ci il dekabrın 1-də keçirilmişdi. Bu görüşdə S.C.Pişəvəri Ardı »