Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎ → Şamakelər

Azərbaycan türklərinin təşəkkülündə iştirak etmiş qədim türk tayfalarında biri də şamake tayfasıdır.Azərbaycanlıların mənşəyinə dair konsepsiyaya əsasən Şirvan və Şamaxı toponimləri də İranmənşəli və ya Qafqazmənşəli sayılırdı.Hətta Şamaxı adının ərəbmənşəli olduğunu yazanlar da olmuşdu.Halbuki,Şamaxının adı bir şəhər kimi Kemaxiya formasında II əsrdə Ptolomey tərəfindən çəkilmişdi.Son tədqiqatlardan sonra isə Şamaxı adının məhz şamake tayfasının adını yaşatdığı şübhə doğurmur.Bu tayfanın adı V-VII əsrlərə aid qədim ərmən mənbələrində "ijmak" kimi çəkilir.Lakin onun etnik mənsubiyyəti haqqında heç bir məlumat verilmir.Tayfanın türkmənşəli olmasını yalnız etnonimik və toponimik paralellər əsasında sübut etmək mümkündür.

İlk dəfə olaraq I əsr müəllifi Böyük Plini haradasa Şimali Qafqazda kamak adlı bir tayfanın yaşadığını Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎ → Kumanlar

Etimologiyası[redaktə]
Türk dillərində kürən, sarışın anlamı verən[6][7]. kuman adı altında tanınan boylarla əlaqədə olmuş xalqlar onları əsasən kumanu, kumenu (assur – urartu), kumanos, kumanoi (Bizans – latın) adlandırsa da, bəzi yazılarda bu boy adının koman, koban, kaman, kaban, kuman, kuban, kumanlı, kumandı şəklində yayıldığını da görmək olur.

Kuman adındakı "sarışın" anlamını nəzərə alındıqda, türk boyları içində onların həm də sarı, ər-sarı, sarı-uqur, sarı-tirgiş, sarıcalı adı daşıyan soylarla ilgisi olduğunu qeyd edən tədqiqatçılar da vardır. Rus abidələrində sarışın (polovets) kimi tanınan kumanlar alman yazılarında da eyni anlamda (Falben) xatırlanır. Maraqlıdır ki, məşhur kuman bəyi Şarukan (Sarıxan) adında da həmin anlam var. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎ → Kəngərlər

Kəngərli eli - Azərbaycan türklərinin etnogenrzində iştirak etmiş türk mənşəli tayfalardan biridir.

Eramızın ilk əsrlərindən, hələ Qafqaz Albaniyası ərazisində yaşadıqları qeyd olunan qədim türk tayfalarından biri də kəngərlərdir. Mənbələrdə bu tayfanın adı V əsrdən çəkilir. Onlar əsasən Naxçıvan bölgəsində məskunlaşsalar da Qərbi Azərbaycan (indiki Ermənistan) və Qafqaz Albaniyasının Qərb torpaqlarında da (Borçalı, Göyçə gölü hövzəsi) məskun idilər. Tarixşünaslıqda kəngərlərin türkmənşəli olmasına heç kəs şübhə etmir. Azərbaycan ərazisində Kəngərli toponimləri də bu tayfanın adını əks etdirir.

Səfəvilər dönəmində Qızılbaşlar tayfa ittifaqına qatılan Ustaclı elinin bir qolu idi. Sonra oymaq şəklindən çıxıb müstəqil elə çevrildi. Elin təşkil olunmasında Ustaclı tayfasının Kərəmpa oymağı eləcə də Qızıllı Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎ → Səfərəlibəyovlar (I)

Soyun yaranması[redaktə]
Səfərəli bəy Əli bəy oğlu Qarabağın Kəbirli elinin Əlibəyli qışlağında dоğulmuşdu. Mədrəsə təhsili almışdı. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Səfərəli bəy Cəfərqulu xan Məhəmmədhəsən ağa oglu Sarıcalı-Cavanşirin lələsi idi. Cəfərqulu xan 1809-cu ildə lələsinin əlindən Qaravəlli kəndini almaq istəyirdi. Səfərəli bəy öncə Mehdiqulu xana, sonra Qafqaz canişininə şikayət etdi ki, bu obanı onun atası Əli bəy Muğandan gətirmişdir. Sonda obanı Səfərəli bəyə qaytarılar. Səfərəli bəy ruslara qulluq göstərmişdi. Öncə prapоrşik, sоnra 1820-ci il mart ayının 31-də Yermоlоvun əmri ilə pоruçik rütbəsi almışdı. 1826-cı ildə tutulmuş, bir neçə ay ev dustağı оlmuşdu. Səfərəli bəy 1826-cı ildən sоnra, rus üsul-idarəsi dönəmində Zəngəzur Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎ → Mustafa xan Şamlı

Həyatı[redaktə]
Nadir şah Avşar dövrunun mötəbər şəxsiyyətlərindən biri Mustafa xan Şamlı bu tayfanın böyüklərindən olmusdur.

1731-ci ilin sonundа Təhmаsibin elçiləri Məhəmməd Rizа хаn Qorçubаşı, Mustаfа хаn Bəydilli və Şаhqulu Becаn bəy аrtıq Həmədаnа gəlmişdilər. Оnlаr Bаğdаd və Kirmаnşаh аrаsındаkı və dаhа sonrа Аrаz çаyı boyu хətti sərhəd kimi təsdiq edərək, sülh bаğlаmаğı təklif edirdilər.

1732-ci il fevrаlın 4-də İstаnbuldа bаğdаdlı Əhməd pаşаnın məlumаtı аlındı. Bildirilirdi ki, Kirmаnşаhа onun yаnınа gəlmiş II Təhmаsibin nümаyəndəsi 1730-cu ildə rаzılаşdırılmış əvvəlki şərtlərlə sülh müqаviləsi təklif edir. Bu şərtlərə görə, Оsmаnlı imperiyаsı Təbriz, Kirmаnşаh, Huveyz, Хuzistаn və Həmadandаn imtinа etməli idi, Gürcüstаn, Qərbi və Şimаli Аzərbаycаn Smanlı dövlətinə qаlırdı. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎ → A z a r i

A z a r i – ehtimal ki, bu adın sonundakı -i səsi əlavə olunmadır. XIV əsr müəllifi Rəşid əd-Din yazır ki, türklərdə azar uca deməkdir. Prof. Q. Qeybullayev hesab ediri ki, kaspilərdə bu ad həmin sözdəndir. XIII əsrdə Azar adlı türk əmirinin adı ilə müqayisə olunur. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎ → Abbasqulu xan Bayat

Həyatı[redaktə]
Nadir şah Əfşardan sonra onun qazandığı torpaqlarda ağır vəziyyət yarandı. Bu zaman İran dovlətinin taxt-tacına yiyələnən Adil şah dövran sürürdü. Onun sarayının görkəmli səxsiyyətlərindən biri, Xorasanın Bayat tayfalarından olan Abbasqulu xan Bayatdır.

Abbasqulu xan Bayat Cəfər xan Bayatdan sonra Nişapur hakimi təyin edilmişdi.

1751-ci ildə Dürranilər sülaləsinin hökmdarı Əhməd xan Abdali ikinci dəfə Xorasana gəldi. Nişapuru mühasirə etdi. Şahrux şah Qırxlı-Avşar tərəfindən Nişapurda hakim olan Abbasqulu xan Bayat 2.000 nəfərlə müdafiəyə başladı. Dalbadal bir neçə döyüşdən sonra əfqanlar 12 min tələfat verdikdən sonra yenə Herata qayıtdılar.

1752-ci ildə Əhməd xan yenidən Nişapura hücum etdi. Mühasirədə olan şəhərin vəziyyəti ağırlaşdığından Abbasqulu xan Bayat məsləhət gördü Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎ → Saklar

Saklar — müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biri.

E.ə.I minillikdə Orta Asiya və Qazaxıstan çöllərində yaşayan əhalinin əsas hissəsi sak (əslində saka, yaxud şaka) adlanmışdır. Onlar bu ərazilərin aborigen xalqı idilər. Çünki, arxeoloji qazıntılar onların tunc dövründən başlayaraq arasıkəsilməz mədəniyyət vərəsəliyi olduğunu göstərmişdir. Arxeoloji qazıntılar sakların yalnız 20%-də monqoloid irqinin nişanələrini göstərmişdir, deməli, onlar əsasən avropoid irqinə mənsub idilər. Antropoloji cəhətdən Orta Asiya və Qazaxıstanın türk xalqlarının təşəkkülündə mühüm rol oynamış saklar Altay tayfaları ilə Aralətrafı ərazinin tayfaları arasında aralıq vəziyyət təşkil edir.

Orta Asiyada yaşayan sakların bir hissəsi antik mənbələrdə Ardı »