Azlar və ya Aslar– Avropa və Asiyada geniş yayılmış qədim xalq. Zaman-zaman bütöv Avrasiyaya yayılan türk etnosunun içində həmişəyaşarlığı ilə seçilən, Azıx (Az – oq) mağarasından tutmuş quzey, güney, batı Azərbaycan bölgələrində və Azov (Azaq) dənizinə qədər müxtəlif ölkələrdə izlərini qomuşlar.
Azərbaycan ölkə adının kökündəki azər boyadının yaranmasında əsas özək olan az boyu türk etnosu içində çoxsaylı soylardan biri idi. Aziya//Asiya adındakı paralellik kimi, az etnoniminin də as variantı geniş yayılmışdır. Belə yayılmanın səbəbi az//as boylarının vaxtilə qədim Azərbaycandan qərb, şimal və şərq ölkələrə olan köçü ilə bağlıdır.
Bəllidir ki, hər hansı bir boyun adı onun daxil olduğu xalqın içində uzun müddət soyadı (etnonim) kimi yaşayır. Bu baxımdan, özbək, altay, qaraqalpaq və sair türk xalqlarının tərkibində uruq, soy, boy adı kimi işlənən az//as etnoniminə [1] [2] və Göy-Türk yazılarında az budun (az xalqı) və az-kişi (az adamı) adına, Kuban epiqrafiyasında eren az ayırıltım (az ərənlərindən ayrıldım) ifadəsinə rast gəlmək olur.
Tarix: 15.01.2015 / 17:15 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr