Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Otluqbeli döyüşü

Ağqoyunlulara qarşı müharibəni davam etdirməyə cəsarət etməyən Osmanlı sultanı Malatya məğlubiyyətinin səhərisi günü öz ordusuna İstanbula doğru geri çəkilmək əmri verdi. II Mehmed Venesiya başda olmaqla Avropa dövlətlərinin birləşmiş hərbi qüvvələrinin qərbdən hücuma keçəcəyindən, xüsusən İstanbulun alınacağından ehtiyat edirdi. Osmanlı qoşunları Fərat sahili ilə şimal-qərbə doğru – Bayburt istiqamətində geri çəkildilər. Sultan Həsən Bayandurlunun[1] oğulları başda olmaqla bir çox Ağqoyunlu sərkərdələri Fəratı keçərək geri çəkilməkdə olan düşmənlə yenidən döyüşə girmək üçün hökmdardan icazə istədilər. Lakin Ağqoyunlu hökmdarı buna razılıq vermədi. Görünür, o, sayca çox və yaxşı silahlanmış Osmanlı qüvvələrini həmişəki kimi əlverişsiz coğrafi mövqedə, qəfil zərbə ilə məğlub etmək istəyirdi.

Mənbələrin məlumatına Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Əliyar Şahsevən

Həyatı[redaktə]
Əliyar İbrahim oğlu 1831-ci ildə Şahsevən elinin Pireyvatlı obasında anadan olmuşdu. 1835-ci ildə atası ilə bərabər Qarabağa keçib Cavanşir-Dizaq mahalının Oltan adlı sahəsində məskunlaşmışdı. Obanın ağsaqqalarından idi.Söz-söhbəti ilə qan yatırırdı. Onun törəmələri Əliyarlı kimi tanınırlar.



Ailəsi[redaktə]
Əliyarın Fətulla, Əsədulla, Məmiş adlı oğlanları vardı.

Süleyman Əliyarlının babasıdır. Ardı »