Azərbaycanla bağlı tayfa və qəbilələr → Udilər - Tarixi
Udilərin ulu babaları Qafqaz Albaniyası tayfalarından biri olan utilər olmuşdur. Udilərə aid ilk məlumat hələ 2500 il bundan əvvəl verilmişdir. Bu etnosun əcdadları olan utilər haqqında e.ə. V əsr yunan müəllifi Herodotun "Tarix" əsərində məlumat var. Marafon döyüşünü (b.e.ə. 490-cı ildə yunan-fars döyüşü) təsvir edən müəllif göstərir ki, fars ordusunda, XIV satrapinin tərkibində utilərin əsgərləri də vuruşurdular. E.ə. l əsrdə yaşamış Strabonun "Coğrafiya" əsərində Xəzər dənizi və Qafqaz Albaniyası haqqında məlumatında utilərdən danışılır. Udi sözünə termin kimi ilk dəfə Böyük Plininin (l əsr) "Həqiqi tarix" əsərində rast gəlinir. Ptolomeyin (ll əsr) "Coğrafiya" əsərində, Xəzər dənizinin ətrafında müxtəlif tayfaların, o cümlədən – Ardı »