Kulturologiya (mədəniyyətşünaslıq) → Mədəniyyətdə millilik və beynəlmiləlçilik
Mədəniyyətin inkişafı cəmiyyətin obyektiv qanunlarına əsaslanır. Bu baxımdan mədəniyyət spesifik, xüsusi və ümumi qanunlar əsasında inkişaf edir. Spesifik qanunlar yalnız cəmiyyətin müəyyən mərhələsində mövcud olan mədəniyyətdə, xüsusi qanunlar məzmun baxımından yaxın olan mədəniyyət tiplərində, ümumi qanunlar isə bəşər mədəniyyətinin inkişafı prosesində fəaliyyət göstərir. Qeyd etdiyimiz qanunlar öz inkişafında bir-biri ilə vəhdət təşkil edir. Qanunların belə vəhdəti müxtəlif tipli mədəniyyətlər arasında da əlaqəyə səbəb olur. Nəticədə mədəniyyətin inkişafında təkcə, xüsusi və ümuminin əlaqəsi meydana çıxır. Bu nöqteyinəzərdən mədəniyyətin milli xüsusiyyətlərinin və beynəlmiləl xarakterinin öyrənilməsi müəyyən mənada xüsusinin ümumiyə, ümuminin isə xüsusiyə münasibətindən, nisbət və vəhdətindən asılıdır.
Hər hansı milli mədəniyyət digərindən özünəməxsus üsusiyyətlər Ardı »