Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kulturologiya (mədəniyyətşünaslıq)Dünyaya səs salan «Arşın mal alan»

«Arşın mal alan» Üzeyir Hacıbəyovun üçüncü və sonuncu musiqili komediyasıdır. 1913-cü ildə yazılmış və həmin il Sankt-Peterburqda, konservatoriyaya qəbul imtahanı ərəfəsində bitmişdir.

Əsərin librettosunu da Üzeyir Hacıbəyov özü yazmışdır. Burada əsas məzmun coşqun ruhlu baş qəhrəmanlar olan — Əsgər və Gülçöhrənin böyük və səmimi məhəbbətidir. Obrazlı məzmunun dərinliyi və musiqinin inkişafının əhatəliliyi «Arşın mal alan»-ı komik operaya yaxınlaşdırır. Baş qəhrəmanların obrazlarını və fərdiyyətini dolğun açmaq üçün dahi bəstəkar başlıca olaraq ariyadan istifadə etmişdir. Əsərdə məhəbbət, coşqun ehtiraslı, vətənpərvər ruhlu, ümidsizliyi ifadə edən ariyalar səslənir. «Arşın mal alan» musiqili komediyasında Süleyman, Asya, Cahan xala, Soltan bəy, Telli, Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)İlk sivilizasiyaların meydana gəlməsi və formalaşması

1.İlk sivilizasiyalarının meydana gəlməsi və formalaşması
2.İbtidai-icma quruluşu dövrünün mədəniyyət abidələri
3.İlk sinfi cəmiyyətinin mədəniyyəti və onun xüsusiyyətləri
4.Dəclə və Fərat çaylarının hövzələri arasında yaranmış Şərqin qədim mədəniyyəti

İlk sivilizasiyaların (mədəniyyətin) yaranmasının rüşeymləri ibtidai-icma quruluşu dövrünə aiddir. Birgə əmək fəaliyyəti, ümumi məskən, ümumi od – bütün bunlar təbii onların birləşməsinə əsas olmuşdu. Sosial əlaqələrin möhkəmlənməsi, təbiət ilə mübarizədə insanların birləşməsi zəruriəti yararmışdı. Qədim insan bu dördə özünün və uşaqlarının maraqları barəsində düşünürdü, hətta bütün icmanın istəyini nəzərə alırdı. Çox güman, məhz bu dövrdə (daş dövrü) ictimai həyatın yeni mərhələsinə keçid başlanmışdı. İlk qədim qəbilə ictimai həyat formasına keçid başlanmışdı, madərşahlıq qəbilə icma Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Qədim Roma mədəniyyəti

Roma şəhəri eramızın ilk əsrlərində. Roma Aralıq dənizi sahillərində olan ən böyük şəhər idi. Onu «əbədi qızıl şəhər», ya da sadəcə, «şəhər» adlandırırdılar. Eramızın ilk əsrində burada bir milyon əhali yaşayırdı. Şəhər Tibr çayının hər iki sahilində yerləşirdi. Buraya dağ bulaqlarından 11 kəmərlə öz axarı ilə su gətirilirdi. Sezardan başlayaraq Roma forumu ətrafında abidələr ucaldılır, məbəd və saraylar tikilirdi. Roma imperatorlarının heykəli qoyulurdu. Trayan Dunay qələbələrinin şərəfinə Forumda 40 metr hündürlüyündə sütun ucaltmış, onun üstündə özünün heykəlini qoydurmuşdu.

Kolizey(Colisseum)Romanın ən əzəmətli və gözəl binalarından biri I əsrdə tikilmiş Kolizey (latınca «kolosseus» «böyük», «iri» demək idi) 50 min tamaşaçı tutur, burada qladiator döyüşləri Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Cənubi Amerika mədəniyyəti

Bəzi alimlərin fikirlərinə görə Cənubi Amerikaya insanlar artıq b.e.ə.XI-X minilliklərdə Panama boğazından gəlmişlər. Kolumbiya çayları Kauki və Maqdolenanın axarı boyu, Ekvador sahili boyunca onlar Mərkəzi And vilayətinə daxil olmuş, daha sonra materikin bütün ərazisinə səpələnərək b.e.ə.VIII minillikdə Magellan boğazını əldə etmişlər. Bunu sübut edən əsas tapıntılar ovçuların düşərgə və daş silahlarının qalıqlarıdır.
Cənubi Amerikada ibtidai insanların mədəniyyəti bir-birindən ayrı şəkildə yaşayan tayfa qruplarının məişət və əmək fəaliyyətində təzahür edirdi. Onlar Cənubi Amerika və Odlu Torpaq rayonunun tropik meşəlikləri və düzənliklərində məskunlaşmışlar. Hündür dağlar, böyük çaylar, təsəvvürəgəlməz düzənliklərlə əhatələnmiş bu məkandan insanlar öz ibtidai məişətlərindən irəliyə addımlaya bilməmişlər.
Odlu Torpaq rayonu, Şərqi Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Gender və mədəniyyət

Genderin nəzəri anlamında mərkəzi, əsas yer onun sosial-mədəni kateqoriya kimi şərhinə məxsusdur. Genderə belə yanaşma qanunauyğun olaraq onun sosial təşkilli və mədəni təşkilli fenomen kimi tərifindəki fərqin dəqiqləşdirilməsinə ehtiyac ilə şərtləndirilir. Həmin səviyyədə genderin iki qarşılıqlı əlaqəli mahiyyət tərəfi – sosial və mədəni tərkib hissələri, maddi-praktiki, sosial-konkret və mədəni-mənəvi, rəmzi büruzəsi arasındakı fərq aşkar olunur.
Genderin sosial təşkil baxımından dərk olunması sosial varlığın əmək alətləri və istehsal vasitələrinin inkişaf səviyyəsi, tarixi inkişafın müvafiq mərhələsində yaranmışəməyin ictimai bölümü, sosial həyatın müxtəlif tərəflərinin artıq formalaşmış və təsdiqini tapmış xarakterinin həmin prosesə təsirinin nəzərə alınmasını tələb edir. Bu zaman genderin formalaşma, inkişaf və yenidən Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Mesopotamiya mədəniyyəti

Mesopotamiyanın ilk sakinləri təxminən b.e.ə. 40-cı minillikdə məskunlaşmışlar. İnsan qruplarının bir hissəsi mağaralarda yaşayaraq dağ keçisi və qoyunlarının ovu ilə məşğul olurdu. Yalnız b.e.ə. X minillik müəyyən dəyişikliklərlə müşayiət olunur – insanlar torpaqla işləməyə başlayaraq oturaq həyat tərzinə keçirlər. Bu həyat şəraiti onların özləri üçün komalar, çiy kərpicdən evlər inşa etməsinə imkan yaradır. Beləliklə, b.e.ə. VII minillikdə artıq Mesopotamiya ərazisində torpaqla məşğul olanlar məskunlaşmağa başlayır. Cəmiyyətin bundan sonrakı inkişafı sürətlə tərəqqiyə doğru irəliləyir.
B.e.ə. IV-III minillikdə ilk şəhər-dövlətlər yaranmağa başlayır: Ur, Uruk, Kiş, Laqaş, Nippur, Akkad belələrindəndir.
Şəhərlərin çoxu şumerlər tərəfindən qoyulduğu üçün həmin mədəniyyəti şumer mədəniyyəti kimi adlandırmaq qəbul edilmişdir. Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)L.A.Uaytın Kulturologinanın inkişafında rolu

Kulturologiyanın müstəqil elm kimi formalaşması XX əsrin ortalarında başlamışdır. Ondan əvvəl, insan və insan dünyasını tədqiq edən və kulturologiyanın ilkin nailiyyəti olan - antropologiya, XIX əsrin axırlarında isə sosiumun öyrənilməsi nəticəsində, sosiologiya mövcud olmuşdur. Buna, məkan və zaman daxilində özünəməxsus inkişaf və fəaliyyət qanunauyğunluqları olan, insan mədəniyyətinin bütöv sistemi haqqındakı təsəvvürlər də yardım etmişdir.

Bir elm kimi, kulturologiyanın banisi haqlı olaraq, amerika antropoloqu Lesli Alvin Uayt hesab edilir. Onun 1949-cu ildə nəşr olunmuş "Mədəniyyət haqqında elm" kitabı mədəniyyət və onun qeyri-adi inqilabi dəyişdirici imkanları haqqında keyfiyyətcə yeni, daha yüksək səviyyəli Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Süfrə mədəniyyəti haqqında ilkin məsləhətlər

Əvvəlcə qeyd edim ki, istər restoranda, istərsə də kababçıda yemək yediyiniz zaman süfrə mədəniyyəti restoran ilə deyil, məhz sizinlə bağlıdır. Süfrə sadə olsa da, ofisiant xidmət ədəbini bilməsə də süfrə mədəniyyəti qaydaları hər şəraitdə uyğun şəkildə istifadə edilərsə restoranda sizə verilən xidmət sizi qane edəcək. Bunun üçün aşağıda qeyd edilən ilkin qaydalara əməl etmək kifayyətdir:

Masada yerləşdirilmiş parça salfet yeməyə başlamadan əvvəl ayaqların üzərinə yumuşaq bir şəkildə sərilər. Yemək zamanı xüsusilədə içki içmədən əvvəl tez-tez istifadə olunar. Ancaq ağız bu parça salfetlə silinməz. Ağız silmək üçün kağız salfet istəmək daha düzgündür. Süfrədən qısa müddətə durduğunuz zaman parça salfeti stula qoyun, bu zaman Ardı »