Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kulturologiya (mədəniyyətşünaslıq)Qədim Misir mədəniyyəti

Misirdə yazı e.ə. IV minilliyin sonlarında meydana çıxmışdır.Müxtəlif dövrləri əks etdirən Misir yazı abidələri indiyə qədər qalmaqdadır. Misirdə də ilk yazı növü şumerlərdə olduğu kimi piktoqrafiya, yəni şəkli yazı olmuşdur.
Burada yazılar əsasən papirus üzərində cızılırdı ki, bu da onlar üçün kağızı əvəz edirdi. Yazı "lövhəsi" düzəltmək məqsədilə misirlilər papirusun qabığını hissə-hissə kiçik zolaqlarla kəsir, sonra onları sıra ilə bir-birinə yapışdırırdılar.
papirus (papyrus) üzərində e.ə. 1200-ci ildə Ölülər Kitabı bir parçaPapirus hissələrinin uzunluğu bəzən 40 metrə çatırdı. Yazılmış papirusu burur və iplə bağlayırdılar.
Misir yazısı qarışıq yazı hesab olunur. Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Qədim Midiya mədəniyyyəti

Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Bir dövlət kimi müasir İranın mərkəzi hissəsində yaranmışdı. Midiya haqqında ilk məlumat e.ə. IX əsrin ortalarına aid mixi yazılı qaynaqlarda verilir.
Midiya sənətkarları - dulusçular, toxucular, dəmirçilər əmək alətləri, parça, xalça, silah, bəzək əşyaları, məişət əşyaları və s. hazırlayırdılar. Onların hazırladıqları gözəl sənət nümunələri qonşu ərazilərə yayılırdı. Bu, həmin ölkələrdə yerli mədəniyyətin inkişafına böyük təsir göstərmişdir.

Midiya-Azərbaycan əlaqələri Azərbaycanda (Urmiyada, Naxçıvanda, Qarabağda) tunc dövrünün boyalı qablar mədəniyyəti nümunələrində daha yaxşı izlənir.

Qədim yunan tarixçisi Herodotun “Tarix” əsərindən, Assur- Babil qayaüstü mixi yazılarından məlum olur ki, Midiyada mədəniyyət yüksək inkişaf etmişdi. Midiya əfsanələri (“Astiaq və Tomiris”) Midiya mədəniyyətin öyrənilməsi üçün çox Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Elitar və kütləvi mədəniyyət anlayışları. «Elitizm» və «kütləvi cəmiyyət» nəzəriyyələri

«Dünyada heç vaxt əsil bərabərlik olmayacaq. İnsanların bir qismi rəhbərlik etmək üçün, çoxluq təşkil edən digər qismi isə tabeçilik altında yaşamağa təhkim olmuşdur. Bu isə elita və passiv kütlənin olmasını zəruriləşdirən ən mühüm şərtlərdir» – bu kiçik ifadə müasir ideologiyanın mədəniyyətin müəyyən hissəsi haqqında irəli sürdüyü nəzəriyyənin xülasəsidir.
«Elita», «kütləvi cəmiyyət» – bu anlayışlar müasir sosioloqların, mədəniyyətşünasların əsərlərində təcəssüm tapan mövzulardır. «Elitizm» və «kütləvi cəmiyyət» mövzularına toxunaraq bu nəzəriyyəçilər bəşəriyyətin tarixi, strukturu və müasir cəmiyyətin sosial dinamikasını aydınlaşdırmağa cəhd göstərirlər. Amerikalı sosioloq U.Kornhauzer təsdiq edir ki, bu anlayışlar müasir mədəniyyətşünaslıq və sosioloji ədəbiyyatlarda əsas hadisələrdən birinə çevrilmişdir.
Elitistlər («elita» sözü mənşəcə Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Təsviri sənət termini və anlayışların izahı

Avtoportret – yunan sözü olub, “öz” mənasını verir. Bəzən rəssamlar öz portretlərini qələmə alırlar ki, belə əsərlərə avtoportret deyilir.

Anatomiya – yunan sözü olub “hisslərə ayırmaq” deməkdir. Canlı orqanizmi bitki, heyvan, insan quruluşunu öyrənən elmdir.

Animalistik janr – “animal” heyvan deməkdir. Boyakarlıqda,qrafikada heyvanlar aləminin təsviri deməkdir. İlk dəfə Çində yaranmışdır.

Bafta – güləbətin və ya ipək saplardan toxunmuş qaytan, ağ, çəhrayi, qırmızı və s. rənglərdə olur. Paqon hazırlamaq, geyimlərə xüsusi bəzək vurmaq üçün istifadə olunur. Orta əsrdə qadın arxalıqlarından istifadə olunurdu.

Buta – badama bənzər naxış, qönçə deməkdir. Azərbaycan ornament sənətində ən geniş yayılmış növlərindən biridir. Bakı, Ərdəbil, Muğan xalçalarında butadan geniş istifadə olunur. Butalar Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Ermitaj

Dünyanın ən iri muzeylərindən olan Ermitajın 350 zalında 3 milyonadək eksponat var. Muzey 5 binadan ibarətdir: Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj, Ermitaj Teatrı. Bu binalar bir-birilə əlaqəli tikilib. İlk vaxtlar eksponatlar Qış sarayının otaqlarında yerləşdirilib.

Yaranma tarixi

“Ermitaj” fransız sözüdür, mənası tənhalıq, tənha yer deməkdir. Ermitaj muzeyinin yaranma tarixi 1764-cü ildən hesablanır. Həmin il Sankt-Peterburqa Qərbi Avropa rəssamlarının əsərlərinin böyük kolleksiyası gətirilir. Berlinli tacir Qoçkovski 225 rəsmdən ibarət bu kolleksiyanı Prussiya kralı II Fridrix üçün alıb yığmışdı. Ancaq o ərəfədə ağır müharibələr Prussiyanın kral xəzinəsini elə boşaltmışdı ki, II Fridrix kolleksiyanı almaqdan imtina edir.

Kolleksiyanı rus çariçası II Yekaterina alır. Muzeyin Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Mədəniyyət anlayışı və ona tarixi yanaşma

Mədəniyyət nəzəriyyəsi «mədəniyyət» anlayışının tərifi və şərhi ilə başlayır. «Mədəniyyət» anlayışının izahında ilk diqqət bu terminin çoxmənalılığı və çoxəhəmiyyətliliyinə verilir. «Mədəniyyət» anlayışının tərifi yüzlərlədir. Həmin anlayışın tərifi öncə bu terminin mənşəyi ilə bağlıdır. «Mədəniyyət» anlayışının tədqiqi, onun həm elmi, həm də həyati, praktiki mahiyyətinin dəqiqləşdirilməsi bir sıra elmlərin - antropologiya, arxeologiya, etnologiya, dilçilik, psixologiya, tarix, fəlsəfə, mədəniyyət fəlsəfəsi, mədəniyyətin sosiologiyası və digər sahələrin öyrənilməsi ilə də çox sıx bağlıdır. Bu elm sahələrinin tədqiqatçılarının fikirlərini eyni məxrəcə gətirən amillərdən birini, məhz «mədəniyyət» anlayışının təyinatının eyni məzmunda izahı təşkil edir.Beləliklə, «mədəniyyət» - latınca «kultura» (cultura) sözündən olub, işləmə, qulluqetmə, yaxşılaşdırma, həmçinin tərbiyə, inkişaf, Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)İran mədəniyyəti

Asiyanın cənubunda yerləşən İran qədim Şərqin inkişaf etmiş ölkələrindən biri olmuşdur. Bu inkişaf mədəniyyətdə də özünü təzahür etdirmişdi. Qədim İran mədəniyyəti öz mənəvi zənginliyi iləşöhrət tapmışdır.
Qədim İran əhalisinin etnik tərkibi müxtəlif idi: buraya elamlılar, kutilər, lullubilər, sular, turukilər, prototürklər və başqaları daxil idi. Ölkənin «İran» adlandırılmasına gəldikdə isə, onun coğrafi anlayış olduğu bir çox müəllifləridə məsələn, Y.Yusifovun «Qədim Şərq tarixi» əsərində qeyd edilir.
Qədim İranın zəngin mədəniyyəti incəsənətin müxtəlif sahələrində – ədəbiyyatda, təsviri sənətdə, memarlıqda, həmçinin elmdə, təhsildə əks olunmuşdu. Ədəbiyyatın əsas nümunələri əfsanələrdə, dini rəvayət və hekayətlərdə; təsviri sənət müxtəlif məişət tipli əşyaların bəzədilməsində; memarlıq isə, zərdüşt ideologiyası ilə Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Dünyaya səs salan «Arşın mal alan»

«Arşın mal alan» Üzeyir Hacıbəyovun üçüncü və sonuncu musiqili komediyasıdır. 1913-cü ildə yazılmış və həmin il Sankt-Peterburqda, konservatoriyaya qəbul imtahanı ərəfəsində bitmişdir.

Əsərin librettosunu da Üzeyir Hacıbəyov özü yazmışdır. Burada əsas məzmun coşqun ruhlu baş qəhrəmanlar olan — Əsgər və Gülçöhrənin böyük və səmimi məhəbbətidir. Obrazlı məzmunun dərinliyi və musiqinin inkişafının əhatəliliyi «Arşın mal alan»-ı komik operaya yaxınlaşdırır. Baş qəhrəmanların obrazlarını və fərdiyyətini dolğun açmaq üçün dahi bəstəkar başlıca olaraq ariyadan istifadə etmişdir. Əsərdə məhəbbət, coşqun ehtiraslı, vətənpərvər ruhlu, ümidsizliyi ifadə edən ariyalar səslənir. «Arşın mal alan» musiqili komediyasında Süleyman, Asya, Cahan xala, Soltan bəy, Telli, Ardı »