Kulturologiya (mədəniyyətşünaslıq) → Azərbaycanın mədəniyyət siyasəti
XX əsrin 80-90-ci illərində, Azərbaycan sovetlər məkanının tərkibi hissəsi olduğu dövrdə, «yenidənqurma»nın kulminasiya nöqtəsi dövründə mədəniyyət siyasəti aparıcı mövzulardan birinə çevrilmişdir. Həmin mərhələdə Sovet İttifaqının Kommunist Partiyasının «yenidənqurma» rəhbərliyi, Avropadan nümunə götürərək, mədəniyyət siyasətinə maraq göstərirdi. Burada mədəniyyət siyasəti partiyanın mədəni konsepsiyalarının reallaşdırılması kimi dərk olunurdu. Kulturoloqların bir qismi bu zaman radikal təkliflərlə çıxış edirdilər. Onlar göstərilən konsepsiyanın və ondan irəli gələn siyasətin «demokratik cəmiyyət»əuyğun olmamadığını göstərdilər. Eyni zamanda da bildirirdilər ki, mədəniyyət olduqca azad və müstəqil bir hadisə olduğundan hər hansı bir siyasi təzyiqdən sərbəst formada inkişaf etməlidir. Eyni zaman da, bu qəbildən olan tədqiqatçılar mədəniyyətin cəmiyyətdən (və ya hakimiyyətdən) Ardı »