Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kulturologiya (mədəniyyətşünaslıq)Kulturologiya elmi və onun tarixi kökləri

Kulturologiya (lat. cultura, yun ) — ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edən elmdir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və gələcək nəsillərə ötürülməsini həyata keçirir.
Üst Paleolit dövründən - yəni “Homo Sapiyens”in (“Ağıllı insan”ın) meydana gəlməsindən başlayaraq ta bu günə qədər insanlar böyük bir kulturoloji mənəvi-əxlaqi dəyərlər məcmusu yaratmış və bu toplum mənəvi irs şəklində nəsildən-nəslə ötürülərək kulturologiya tarixini daha da zənginləşdirmişdir. Şifahi ənənədən gələn qədim türk mif, əfsanə, rəvayət və nağılları, dastanları, mövsüm və mərasim nəğmələri Oğuznamələr,”Kitabi-Dədə Qorqud”, “Manas”, Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Kulturologiya və Sivilizasiya

Antik tarixi konsepsiyalarda mədəni tərəqqi ideyası ana xətt kimi keçirilməsinə baxmayaraq, bu təkamül sırasında sivilizasiyanın formalaşması ilə əlaqədar olan sərhəd dəqiq qeyd olunmurdu. “Sivilizasiya” sözü, “mədəniyyət” sözü kimi, hələ qədim romalılar tərəfindən işlənmşdir. Onlar barbarların bəsit həyat tərzindən üstün olan şəhər həyat tərzini bu terminlə ifadə edirdilər. İ.Kant, O.Şpenqler, A.Toynbi, M.Veber, F.Koneçnı, L.Qumilyov, L.Meçnikaov və digərləri sivilizasiyanın mahiyyətini mədəniyyətdən fərqləndirən əsas cəhətləri göstərmək üçün müxtəlif mülahizələr irəli sürmüşlər. Yaradıcı və qurucu prosesi ifadə edən mədəniyyət anlayışından fərqli olaraq, “sivilizasiya” bəşər tarixinin müxtəlif mərhələlərinə xas olan dağıdıcı və neqativ prosesləri də özündə dialiktik şəkildə əks etdirən tarixi sosial-mədəni birlik anlamında işlənir. Keçən Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Azərbaycanlıların maddi və mənəvi mədəniyyəti

Yaşayış məskənləri
Bildiyimiz kimi yaşayış məskənləri maddi mədəniyyətin mühüm tərkib hissəsidir. Məskənlərin tarixi insan kollektivinin tarixi qədər qədimdir.
Azərbaycan kəndləri 4 tipdədir. Yol kənarı, çay kənarı, düzən və ya dağlıq, şəhər ətrafı kəndlər. Azərbaycan kəndləri öz quruluşuna görə də 4 qrupa bölünür. Koma-koma, Yığcam, küçəvari, pərakəndəformalı kəndlər. Bundan başqa yaşayış məskənlərinin kənd, şenlik, oba kimi tarixən qərarlaşan ictimai-iqtisadi formaları da vardır. Əhalinin təsərrüfat ənənələri, mövcud inşaat materialları, iqtisadi güzaran və etnik xüsusiyyətlər yaşayış evlərinin forma və tip müxtəlifliyinə sox böyük təsir göstərən amillərdəndir. Azərbaycan əhalisi qədim dövrlərdən bəri başlıca olaraq əkinçilik və maldarlıqla məşğul olduğundan belə həyat tərzinə uyğun olaraq daimi və Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Mədəniyyətin tədqiqində müxtəlif məktəb və nəzəriyyələr

İki əsrə qədər tarixi olan kulturologiyanın humanitar bilik sahəsi kimi formalaşmasında nəzəri konsepsiyaların böyük rolu olmuşdur. Bu kulturoloji nəzəri məktəblər mədəniyyət nəzəriyyəsinin bir elm kimi formalaşması, habelə təkmilləşməsində əhəmiyyətli yer tutmuşdur. Mədəniyyətin tədqiqində klassik kulturoloji məktəb və nəzəriyyələr kulturologiyanın nəzəri bünövrəsini təşkil edir. Nümunəvi əhəmiyyət kəsb edən bu klassik konsepsiyalardan İ.Q.Gerder, N.Y.Danilevski, O.Şpenqler, Z.Freyd, P.Sorokin, A.Toynbinin nəzəriyyə və məktəblərinin adları mütləq sadalanmalıdır. Həm forma, həm də məzmun keyfiyyətlərinə görə bu nəzəriyyəçilərin kulturoloji təlimləri böyük əhəmiyyət kəsb edir.
Alman filosofu İohann Qotfrid Gerder (1744-1803) Keniqsberq Universitetinin ilahiyyat fakültəsində təhsil alarkən İ.Kantın mühazirələrini dinləmiş və öz dövründə həyata şəxsi mütərəqqi baxışı ilə fərqlənmişdir. Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Qədim dövrün kulturoloji fikir tarixi

Arxeoloqlar qədim insanların hazırladıqları müxtəlif alətlər əsasən ibtidai dövrü daş və metal (mis, tunc və dəmir) dövrlərinə görə mərhələləşdirirlər. İbtidai insan torpaq və heyvandarlıqla məşğul olmuşdur. Bundan öncə isə, o, minillər ərzində öz dolanışığını üç yolla: yığıcılıq, ovçuluq və balıqçılıqla təmin etmişdir. İbtidai cəmiyyətin tarixi amerikalı etnoqraf L.Q.Morqanın «Qədim cəmiyyət» adlı tədqiqatında öz əksini tapmışdır.

Xüsusilə, dünya arxeologiya elminin mütəxəssisləri bu haqda yetərincə misallar göstərmək iqtidarındadırlar. 1836-cı ildə Şaffoda (Vyana departamenti) məşhur arxeoloq Eduard Larte tərəfindən xüsusi rəsmlərlə cizgilənmiş lövhəciklərin tapıntısı bu sahədə ən dəyərli nümunələrdəndir. O, həm də La Madlendə (Fransa) mamont təsvirini də tapmışdır. Ən erkən mərhələdə incəsənətin səciyyəvi xüsusiyyəti Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Kulturologiya və mentalitet

Kulturologiya ilə bağlı mənbələrdə «mentalitet», «mentallıq» sözlərinə indiki dövrdə çox tez-tez rast gəlinir. Demək olar ki, bu, son on il ərzində dilimizə nüfuz edən ən populyar anlayışlardan birinə çevrilib. Mentallığın tarixi mənşəyi, onun ayrı-ayrı millət və xalqlara xas olma xüsusiyyətlərindən də danışılır. Bu sözün mənşəyi latın dilində «əql, düşüncə tərzi, mənəvi tərz» mənalarını verir. Bir sözlə, mentallıq, mentalitet – insan birliklərinin, mədəni ənənələrin vəhdətini möhkəmləndirən ruhi, mənəvi vərdiş, bacarıqlar, inam və fikirlər toplusudur, - desək, yanılmarıq.

İnsanların təfəkkürü haqqında danışılarkən antropoloji və ya mədəni ştrixlər nəzərə alınır. Mentallıq fərdi və kollektiv şüurun spesifik səviyyələri ilə səciyyələndirilir. Bu səciyyəsinə görə, mentallıq təfəkkürün özünəməxsus Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Vasili Blajennı kilsəsi (Храм Василия Блаженного)

Vasili Blajennı kilsəsi - Moskvanın mərkəzi olan Qırmızı meydanda yerləşir.
O, son dərəcə gözəl inşa edilməklə yanaşı, həm də Moskva şəhərinin əsas rəmzlərindən biridir. Qeyri-adi memarlığı ilə diqqətləri üzərinə çəkən bu sənət nümunəsi əsrlərdən bəri dini obyekt rolunu məharətlə ifa edir.
Vasili Blajennı kilsəsi Moskvanın ən möhtəşəm qədim memarlıq abidələrindən sayılır. Hələ XVI əsrdə səyahətçiləri heyrətə gətirən Moskvanın mərkəzində Qızıl meydanda rus memarlığının fəxri sayıla biləcək bir abidə kimi Vasili Blajennı kilsəsi fərqliyi ilə göz oxşadırdı. Bu abidə yerləşdiyi əraziyə verdiyi gözəlliyi və memarlıq zənginliyi ilə seçilir. Həmin abidə, dünya memarlığı tarixində rus memarlığının rəmzinə çevrilmişdir.

Vasili Blajenni Kilsənin memarlığı barəsində bir çox mübahisəli Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Qədim Mesopotamiya mədəniyyəti

Mesopotamiyada ilk sakinlər təxminən b.e.ə. 40-cı minillikdə məskunlaşmışlar. B.e.ə. IV-III minillikdə ilk şəhər-dövlətlər yaranmağa başlayır: Ur, Uruk, Kiş, Laqaş, Nippur, Akkad belələrindəndir. Şəhərlərin çoxu şumerlər tərəfindən qoyulduğu üçün həmin mədəniyyəti şumer mədəniyyəti kimi adlandırmaq qəbul edilmişdir . Şumer mədəniyyətinin mövcudluq tarixi b.e.ə. IV minillikdən III minilliyin I yarısına qədərdir.

B.e.ə. XXIV-XX əsrlərdə Akkad şəhərinin təsirinin güclənməsi nəticəsində bu mədəniyyət şumerlərin varisi kimi inkişaf etməyə başlayır. Tarixi mənbələrdə hər iki mədəniyyət İkiçayarası mədəniyyəti kimi qəbul edilmişdir ki, bu da ilk növbədə həmin dövlətlərin Dəclə və Fərat çaylarının arasında yerləşməsi ilə izah edilir. «Mesopotamiya» sözü yunan dilindən tərcümədə «İkiçayarası» mənasını verir.

qədim MesopotamiyaMədəniyyət tarixində bunu Ardı »