Kulturologiya (mədəniyyətşünaslıq) → Pantomima
Pantomima necə yarandı?
XIX əsrin sonunda mədəniyyətin bütün sahələrində inqilabi dəyişikliklər baş verdi. İyirmi beş əsrlik teatr tarixi yeni bir keyfiyyət kəsb etdi – rejissor teatrı.
XX əsrsə bir neçə böyük rejissor isimləri ilə başladı ki, bunların hər biri ayrıca bir teatr sistemi idi. Teatr məkanında Fransa teatrı öz islahat və meylləri ilə prosesə xüsusi təsir göstərdi. Andre Antuanın “Azad teatr”ı 1880-ci illərin teatr həyatına həvəskar dərnəklərdən mübariz şüarlarla atıldı. Onlar Komedii Fransezin ənənəvi şərtlərindən imtina edərək “Azad teatr” yaratdılar. Bu teatr elan etdi ki, onlar gənc dramaturqların, həmçinin Parisin başqa teatrlarının rədd etdiyi məşhur dramaturqların pyeslərini oynamağa hazırdır. Elə ikinci tamaşada Antuanın Ardı »