Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kulturologiya (mədəniyyətşünaslıq)Rus mədəniyyəti tarixindən

Dünyanın ən qədim mədəniyyətlərindən biri olan rus mədəniyyətinin konkret olaraq hansı tarixdən və hansı sosial-ictimai proseslə əlaqədar təşəkkül tapdığı məlum deyil. Bir həqiqət inkaredilməzdir ki, rus mədəniyyətinin əsasında qədim slavyan mədəniyyəti durur. Bu gün ruslar və digər rus mənşəli xalqlar qədim slavyan mədəniyyəti ənənələrinə sadiq qalır, onun mütərəqqi keyfiyyətlərindən istifadə edirlər.

İbtidaidən aliyə doğru tədrici inkişaf keçmiş rus mədəniyyətinin ən qədim qalıqlarının əsasında şərq slavyanlarının bütpərəst mədəniyyəti durur. Bu xalqlar müxtəlif region və ərazilərdə yaşasalar da, müxtəlif həyat normalarına, məişət tərzinə malik olsalar da, hətta orcinal xüsusiyyətləri ilə fərqlənsələr də tarixi kökləri eynidir.

İlk xaç suyuna çəkilmə mərasimlərinin keçirilməsi, bütpərəstlik şəraitinə tədriclə son Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Cənub-Şərqi Asiya dövlətlərinin mədəniyyəti

İndoneziya bir neçə xırda adaları əhatə edir. Adada yaşayan xalqların, etnik qrupların öz dili, mədəniyyəti, incəsənəti, adət – ənənələri mövcuddur. Onun ərazisinə Kalimantan, Sumatra, Sulavesi, Yava, Madura daxil olan Böyük Zond adaları və Kiçik Zond adaları – Bali, Lombok, Sumbava, Sumba, Flores, Timor adaları, Molukka adaları, Yeni Qvineya adalarının qərb hissəsi daxildir. İndoneziya inzibati cəhətdən 20 əyalətə bölünmüşdür. İndoneziyanın ərazisində 150-dən çox xalq yaşayır. Onun ərazisində ibtidai – icma adət – ənənələrini saxlayan xalqlar və tayfalar da yaşayır.

İndoneziya ərazisində Aşağı, Yuxarı Paleolit və Mezolit dövrlərinə aid abidələr aşkar edilmişdir. II – V əsrdən başlayaraq İndoneziyada məhsuldar qüvvələr inkişaf etməyə Tarum, Kalinq, Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Orta əsrlərdə ərəb mədəniyyəti

Ərəblər işğal etdikləri xalqlardan mədəni cəhətdən aşağı səviyyədə idi. Onlar bu xalqların və hətta işğal etmədikləri xalqların, məsələn, yunanların, romalıların mədəniyyətlərini öyrənib mənimsəyərək öz müstəqil mədəniyyətlərini yaratdılar. Ərəblərin işğal etdikləri ölkələrdən çıxan adamlar Xilafətin idarə olunmasında və İslam mədəniyyətinin yaranmasında iştirak etdilər. Müxtəlif xalqlardan olan alimlər, yazıçılar ərəb dilində yazıb yaradırdılar. Buna səbəb aşağıdakılardır:
1. Ərəb dili xilafətin dövlət dili idi. Dövlət işləri və məhkəmələr ərəb dilində aparılırdı;
2. Ərəb dili islam dininin, "Quran"ın dili idi. Bütün dini ibadətlər, məktəblərdə dərslər ərəb dilində aparılırdı;
3. Yunanıstanın və şərq alimlərinin əsərləri ərəb dilinə tərcümə edilmişdi;
4. Ərəb dilində yazılan əsərlər daha tez və Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Elitar və kütləvi mədəniyyət

Tarixi inkişaf proseslərinin zəruri sosial hadisələri kimi qiymətləndirilən cəmiyyətin təbəqə və zümrələrə parçalanması ideyası elitarizm və «kütləvi cəmiyyət» təlim və nəzəriyyələrində möhkəm yer tutmaqla yanaşı, bu parçalanmanın sosial həyatın bütün sahələrinə nüfuz etməsi və təsiri fikri də təsdiq olunur. Belə ideyalardan biri də mədəniyyət və incəsənət aləmində özünə yer tutmuş, «elitar mədəniyyət» və «kütləvi mədəniyyət» anlayışlarıdır. Əslində bu anlayış və hadisələr yuxarıda haqqında şərh və təhlillər apardığımız mövzuların – elitarizm, «kütləvi cəmiyyət» nəzəriyyələrinin tərkib hissələri olmaqla ayrıca konsepsiyalar kimi yaranmış və həyatda özünü təsdiq etdirməyə çalışmışdır. «Elitar» və «kütləvi mədəniyyət» anlayışları insanların yaradıcılıq prosesində estetik yaşantılara cəlb olunmasının bu və ya Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Mezoamerika mədəniyyəti

Amerika qitəsi sivilizasiyalarının inkişaf tarixinin ən parlaq səhifəsi onun mərkəzi hissəsində yaşayan xalqların mədəniyyəti ilə bağlıdır. Qitəni iki tərəfdən Sakit və Atlantik okeanları əhatə edir. Zəngin və rəngarəng faunası olan bu ərazi yaşıl düzənlik və çəmənliklərdən, rütubətli tropik meşələrdən ibarətdir. Burada məskunlaşmış tayfa və xalqlar makromayya, makrotomanqe, xokanaklar, naua və d. dil qrupundandır. Bunların hər biri ərazinin mədəniyyətinə öz töfhəsini gətirmişdir. Mədəniyyət sahəsində xüsusi nailiyyətləri ilə seçilənlər Mezoamerika(Bu anlayışı elmə gətirən meksikalı alim P.Kirxhofun əsaslandırıcı başlıca amil həmin regionun mədəniyyətlərini ümumi cəhətləri ilə bağlıdır: yüksək sivilizasiyalar zonası adlandırılan bu əraziyə Meksikanın 2/3 hissəsi, Qvatemala, Beriz, Salvador, Qondurasın bir hissəsi, Nikaraqua, Kosta-Rika Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Kulturoloji baxışlar

Mədəniyyətə kulturoloji konteksdə baxışlar aşağıdakı alimlərin olmuşdur.
H.Hesse – intellektual, mənəvi və estetik mədəniyyət, klassik mədəni irs və ziyalıların xüsusi yaradıcı rolunun prioritetlərinə əsaslanan, humanist mədəniyyətin səviyyəsi ilə müəyyən edilən sosial sərvətdir.
A.Toynbi- yaradıcı azlığın fəaliyyəti ilə şərtlənən lokal sivilizasiyaların rəngarəngliyində təzahür olunan , lakin insan təbiətinə xas olan şüur, iradə, xeyir və şəri fərqləndirmək qabiliyyəti və dindarlığın birliyinə malik sosial fenomendir.

K.Yaspers- insanın yaratdığı dil, mənşə və taleh ümumiliyi ilə bağlı olan dəyərlər, həyat formaları, institutlar , təsəvvürlər, etiqadlar dünyasıdır.

M.Haydeqqer – böhran hadisələrinə aparan texnogen sivilizasiyanın utilitar dəyərlərinin və kütləvi mədəniyyətin əksinə olaraq, insan, dil, yüksək incəsənət və mükəmməl təhsil dəyərlərinə əsaslanan əsil Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Qloballaşma şəraitində mədəniyyətə elmi baxış

XXI əsrin əvvələrində qloballaşma nəzəri mübahisə və siyasi diskussiyalar predmeti olmaqla yanaşı, artıq sosial-mədəni reallığa çevrildi. Bu gün qloballaşan mədəni məkanın səjiyyəvi xüsusiyyətləri kimi aşağıdakı amilləri göstərmək olar:
• iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin sərhədlərinin genişlənməsi prosesinin intensifikasiyası;
• soyuq müharibədən sonra yeni tarixi mərhələnin başlanğıjı;
• dünya iqtisadiyyatının transformasiyası;
• qeyri-liberal iqdisadi proqramların siyasi demokratizasiya proqramlarılə əlaqələndirməsi nətijəsində amerikan dəyər sisteminin üstünlük təşkil etməsi;
• ortodoksal(bir məsləkin sabitliyi və ardıcıllığı) ideologiya;
• texnoloci inqilab;
• milli dövlətlərin qlobal problemlərin (demoqrafik, ekoloci, insan hüquqları və nüvə silahının yayılmasının qarşısının alınması) həlli qarşısında ajizliyi.
Qlobal sivilizasiyanın formalaşmasında mütəxəssislər əsasən 4 Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Əbu-Simbel

Əbu-Simbel — Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298-1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir.

Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında «müqəddəs dağ», bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində «Ramessopolis qalası» adlandırılır. Ərazinin indiki adı (ərəb. أبو سنبل və ya أبو سمبل)) ərəb dilindəki əbu — «ata» və simbel — «sünbül» sözlərindən yaranmışdır. Tərcümədə «sünbül atası» mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı Ardı »